Ana səhifə

Kehf suresin 54 ayeti kerimenin tefsirini


YazdırSend to friend
Sual Detayı: 
SALAM ALEYKUM...El Kehf suresin 54 ayeti kerimenin tefsirini vermenizi istiyerdim,mumkunse eger iIbin Kesir ve ya Teberi tefsirinden vererdiniz?
Cavab: 

Kəhf Surəsinin 54. Ayəsinin tərcüməsi belədir:

"And olsun ki biz bu Qur`an’da insanlara (məlumatlar, ibrətlər və nəsihət alınacaq) hər cür məsəlləri bir-bir, təkrar-təkrar açıqladıq. İnsan isə ən çox mübahisə edəndir."

Mövzuyla əlaqədar bir hədis rəvayəti belədir:

Hz. Ali (Allah ondan razı olsun) nəql edər:

Bir gecə vaxtı Rəsulullah (Allah’ın Salamı və Salatı Onun üzərinə olsun) qapımıza gəldi. Mənlə Fatimə yatırdıq. "Qalxıb namaz qılmazsınızmı?" deyə səsləndi. Mən də: "Yox Rəsulullah! Canlarımız Allah`ın qüdrət əlindədır. O dilədiyi zaman bizi qaldırar." dedim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əfəndimiz mənim bu sözüm üzərinə bir şey demədən ayrılıb getdi. Sonra eşitdim ki, Əfəndimiz (asm) gedərkən elini dizinə vurub, "Bu insanlar hər şeydən daha çox mübahisə  edib çəkişərlər!" buyurmuştur. (Buxari, Teheccüd,  5, Təfsir, 18)

Quranda Təkrarlanan Və Açıqlanan Xüsuslar

"And olsun ki biz bu Quranda insanlara (məlumatlar, ibrətlər və nəsihət edər alınacaq) hər cür məsəlləri bir-bir, təkrar -təkrar açıqladıq.."

Qur`an, insanın sonsuz ehtiyaclarını qarşılayacaq zənginlikdə endirilmiş; bəşər həyatını nizamda tutacaq hökmlər, nəsihətlər, ibrətlər və vədlərlə təchiz edilmiş və elmi araşdırmaya imkan vermək üçün ana fikirlər, təməl məlumatlar gətirmişdir.

Bəzi hökmlər, vədlər,vaîdler(Yaxşılığa sövq və ya pislikdən qurtarmaq üçün irəlidə olacaq qatı hadisələri xəbər verərək qorxutmaq. * cəhənnəmi xəbər vermək) ,misal və nəsihətlər ara-sıra təkrarlanar. Əslində bunlar bir təkrar deyil. Çünki hər biri olduğu cümlə içində, bağlı olduğu mövzu çərçivəsində fərqli məna və hökmlər daşıyır. İlk baxışda təkrar kimi görünməsi, mövzuya qarşı insan idrakını oyanıq tutmaq üçündür, eyni zamanda yaddaşda buraxdığı izi dərinləşdirmək kimi bir məqsədə yönəlmişdir.

İnsan ağlının məhsulu olub onun qələmindən çıxan və bəzi mövzuları, misalları və fikirləri arabir təkrarlayan hər kitab bezginlik verər. Hətta eyni paraqrafda eyni cümlə, ya da sözün iki, üç dəfə təkrar edilməsi, onun axıcılığını, cazibədarlığını azaldar; oxucusundan yaxşı bir dəyər almaz. Çünki insan, etdiyi təkrarı ayrı hökmlərə və ya nəsihətlərə yönəldib dəyişik mənalar verəcək, həmsöhbətinin beynində fərqli məlumatlar doğuracaq gücde deyil.

İşdə Qur`an’ı digər bütün kitablardan ayıran xüsusiyyətlərindən biri də budur.

Quru və sonsuz bir tərcüməni və ya elmi dəyəri olmayan bir təfsiri oxuyan kəslərin Qur`an haqqında bəzən xəyal qırıqlığına uğradıqlarını eşitməkdəyik. Bunun səbəblərindən biri, Qur`andakı ucalıq və incəliyi, ilâhî hikmət və metodu idrak edə bilməmələrindəndir. Buna tam olmasa belə, yaxın  bir nümunə vermək istəsək, yüksək səviyyədə hüquqçuların hazırladığı bir konstitusiyanı göstərə bilərik. Hüquqi məlumatı olmayan, qanunun səbəbini bilməyən bir adamın onu oxuyub anlaması nə dərəcə doyurucu olar?

Qur`an isə, müqayisə ölçüsünə gəlməyəcək bir güc və qüdrətdə hazırlanıb endirilmişdir. O bütün çağlara, ictimai inkişaflara, inkişaf edən elmlərə və millətlərə səslənməkdədir. Sahəsi bu qədər geniş olan bir kitabı tam doğru anlaya bilmək üçün mütləq mütəxəssis qələmlərdən çıxan əhatəli, planlı və proqramlı təfsirə ehtiyac vardır.

Hər Mütəxəssis, Quranda Özünə Aid Bir Şeylər Tapa bilər

Quran çox yönlü, çox əhatəli bir kitabdır. Tamamilə ilâhîdir. Hər sinif insana rəhbər olacaq, yol göstərəcək yüksək mənada bir qüdrətdir.Bu baxımdan bilgi və mədəniyyət səviyyəsi nə olursa olsun, hər kəs mütəxəssisliyi, mədəniyyəti, məlumatı, zəkası və idrakı nisbətində Qur`an’dan nəsibini ala bilər.

Şübhəsiz ki, bu dediklərimiz boş bir tərif, dəlilsiz və əsassız bir şişirtmə, ya da Qur`an’ın ucalığını əks etdirmə babında ədəbî bir yaraşdırma deyil, gerçəyin özüdür. Buna bir neçə misal vermək surətiylə maraqlıları aydınlatmağa çalışaq:

a) Yüksək səviyyədə bir fizika alimi, yer kürəsinin iki ayrı hərəkəti, buludların elektrik istehsalı, yer ilə göydəki cisimlərin əvvəllər tək bir parça halında olduğu, çünki ikisində eyni elementlərə rast gəlindiyi haqqında ana fikirlər, təməl məlumatlar tapa bilər.

b) Mütəxəssis bir bioloq, insanın yaradılışı, hüceyrələrinin daşıdıqları canlılıq xüsusiyyətləri, sperma və dölyatağı, dölün ana rəhmindəki inkişaf mərhələləri haqqında təməl məlumatlar görə bilər.

c) Bir hüquqçu, ahkâm-ı şahsiyye, ailə hüququ, dövlətlər hüququ, cəmiyyət hüququ və hüququn digər qolları ilə əlaqədar bir çox hökmləri, ana fikirləri tapıb çıxara bilər.

d) Müəllim, mütəxəssis pedagog lüzumu qədər vəsait yığa bilər.

e)   İş adamı, iş əxlâqının bütün incəliklərinə rast gələ bilər.

f) Dövlət adamı, xalqı idarə etmə sənətinin ana xətlərini, idarə edənlə, idarə edilənlər arasındakı münasibətin qayda və prinsiplərini tapıb təsbit edə bilər.

g) Mütəxəssis bir iqtisadçı, iqtisadî mövzularda özünə görə bölümlər, fikirlər, mövzular tapa bilər.

 h) Yenə mütəxəssis bir psixoloq, insan ruhunun bir çox yönlərini, incəliklərini seçib lazımlı vəsaiti yığa bilər.

İşdə əlaqədar ayətlə Qur`an’ın bu çox istiqamətliliyinə işarə edilərək maraq oyandırılmaq istənməkdədir: "And olsun ki, biz bu Quranda insanlara (məlumat, ibrət və öyüd) olacaq hər cür kimi (mövzunu) bir-bir, təkrar təkrar açıqlamışıq."

 İnsan Ən Çox Mübahisə Edən Bir Canlıdır

"İnsan hər şeydən çox mübahisəedib durandır."

Mübahisə duyğusu insanda yaradılışdan mövcuddur. Sonra doğulub böyüdüyü ətraf ya bunu inkişaf etdirər, ya da korlaşdırar; ya qanuni sərhədlər içinə alıb insaf ölçülərinə çevirər, ya da başı boş buraxıb onu təcavüzkar, incidici, hörmətsiz edər.

Bilindiyi kimi, mübahisə; bənzərləriylə yarışa çıxıb üstün gəlmə istəyindən qaynaqlanar. Ancaq bu istək və doğurduğu mübahisə təməlində cəhaləteqoizm varsa, pis və təhlükəli nəticələndirər doğurar və ya doğura bilər.

Bunun əksinə təməlində elm, mədəniyyət, hakkaniyet və möhkəm imân varsa, çox faydalı nəticələrin meydana çıxmasını təmin etməyə vəsîlə olar. Necə ki İmam Şafiî deyir ki: "Nə qədər bir elm adamıyla bir mövzu üzərində görüş alış-verişində oldumsa, mütləq haqqın onun dilində təcəlli etməsini Allah’dan dilədim, onun xəcalətli olmamasına diqqət göstərdim.." deyərək mübahisəni  eqoizm duyğusunun xaricində tutmağı, əxlâq və fəzilət çərçivəsinə almağı və insanları xəcalətli etmək üçün ən kiçik bir cəhddə belə olmamağı tövsiyə etmişdir.

Qur`an-i Kerîm insanın psixoloji quruluşunda yer alan bu duyğunu, küfr və cəhalətlə birləşdiyi üçün tənqid etməkdə, lakin insanın bu duyğu ilə doğulduğuna işarə edərək faydalı bir səviyyəyə gətirilməsini, meşru(qanuni) sərhədlər içində tutulmasını nəsihət etməkdədir.

 



06-04-2014 06:59:45