Ana səhifə

Kenzul-Arş duası var?


YazdırSend to friend
Sual Detayı: 
Kenzul-Arş duası var?
Cavab: 

Kenzul-Arş duası:

 

Kenzul-Arş duası başda peyğəmbərlər haqqı və hörməti üçün, böyük mələklərin haqqı və hörməti üçün, "Bismilləhir-rahmənir-rahim" haqqı və hörməti üçün və Fatihə Surəsindən başlayıb Quranın Surələrinin hamısının ilk ayələrini zikr edərək, surələrin haqqı və hörməti üçün, Qurandakı söz və heca hərflərinin haqqı və hörməti üçün, peyğəmbərlərdən, böyük mələklərə və böyük şəxslərə qədər bütün möhtərəm şəxslərin haqqı və hörməti üçün, insanlığın və mələklərin müxtəlif hal və sifətləri əsnasında zikr etdikləri Allahın adları haqqı və hörməti üçün Allahdan, bağışlanma və çox geniş bir çərçivə içində ehtiyaclarımızın qarşılanmasını istəyən geniş, fəzilətli və təsirli bir duadır.

 

Həzrəti Əli (r.ə.) tərəfindən tərtib edildiyi və əhli Beyt rəvayət edildiyi təxmin edilən və əsli Qurandan alınmış olan bu dua, Mecmuatu'l-Ahzab'da keçir. Nə qədər sıxlıqla oxuduğunu bilməsək də, bu duanı bir xüsusi vird olaraq qəbul etdiyini bildiyimiz Bədiüzzaman Həzrətləri, Rumuzatı Səmanıya risaləsi olan İyirmi Doqquzuncu Məktubun Səkkizinci Qisiminin İkinci və Üçüncü hissələrində bu duadan bəhs etməkdədir.

Duanın başlanğıc qismi Allahın Erhamü'r-Rahimin, Hannan, Mennan, Bedius-Semavati vəl-Ərz, Zül-Celali Vəl-İkram adlarına və Allahın Kərim şəxsini zikrə təsis edilmiş. Bu uca adların şəfaətiylə üzrümüzün qəbulunu, ehtiyaclarımızın aradan qaldırılmasını, istəklərimizin verilməsini, günahlarımızın bağışlanmasını istəyirik və necə ki günahları Erhamü'r-Rahimin olan Allahdan başqa heç kimin bağışlaya bilməyəcəyini dilə gətiririk.

 

Duada daha sonra eyni dilək və istəklərimizi Həzrəti Adəm (ə.s.) və Həvva, Həzrəti Nuh (ə.s.), Həzrəti Musa (ə.s.), Həzrəti İsa (ə.s.), Həzrəti Məhəmməd (s.ə.s.) hörmətinə, Cəbrayıl (ə.s.), Mikayıl (ə.s.), İsrafil (ə.s.), Əzrail (ə.s.) hörmətinə, Bismilləhir-rahmənir-rahim və Elhamdülillahi Rabbi'l-Alemin hörmətinə, Əlif lam mim ilə başlayan Bəqərə Surəsi, Əlif lam mim ilə başlayan Al-İmran Surəsi hörmətinə, Nisa Surəsi, Maidə Surəsi, Ənam Surəsi, Əlif lam mim sad ilə başlayan Əraf Surəsi, Ənfal Surəsi, Tövbə Surəsi, Əlif lam rə ilə başlayan Yunus Surəsi, Əlif lam rə ilə başlayan Hud Surəsi, Əlif lam rə ilə başlayan Yusuf Surəsi, Əlif lam mim rə ilə başlayan Rəd Surəsi, Əlif lam rə ilə başlayan İbrahim Surəsi, Əlif lam rə ilə başlayan Hicr Surəsi, Nəhl Surəsi, İsra Surəsi, Kəhf Surəsi, Qaf ha ya ayn sad ilə başlayan Məryəm Surəsi, Taha Surəsi hörmətinə və davam edərək sıra ilə Quranın yüz on dörd surəsinin hər birisinin ilk ayələrini zikri içinə alaraq bu surələrin və ayələrinin şəfaətləriylə Cənabı Haqqdan əfv və bağışlanma tələbini ehtiva edir.



22-02-2010 06:00:13