Ana səhifə

Kim Rahman`ın zikrindən qafil olarsa, .. ayəsini necə anlamalıyıq?


YazdırSend to friend
Sual Detayı: 
Kim Rahman`ın zikrindən qafil olarsa, .. ayəsini necə anlamalıyıq?
Cavab: 

    - Əlaqədar ayənin tərcüməsi belədir:

"Kim Rahman'ın zikrindən üz döndərərsə, Biz ona bir şeytan ürcah edərik və onun yaxın dostu olar .." (əz-Zuxruf, 43/36)

  Ayədə qeydə olunmuş "zikr" dən məqsəd Qur'an'dır. Kim mal-mülk, məqam-vəzifə kimi dünyəvi mənfəətlərə düşkünlük göstərər və onlardan başqa bir şey görə bilməzsə, Qur'an'ı da görə bilməz və ya görməzlikdən gələr və Qur'an'a qarşı kor vəziyyətə düşər. (Razi, əlaqədar yer)

"Rahman Qur'an'ı öyrətdi." (Rahman, 55 / 1-2)

    tərcüməsindəki ayə ilə bu ayəyə birlikdə baxıldığında buradakı "zikr" dən məqsədin Qur'an olduğu daha yaxşı aydın olar. Çünki, hər iki ayədə də "Rahman" adının zikr edilməsi, buradakı "zikr" in oradakı "Qur'an" olduğunu göstərir.

    - Bildiyimiz kimi, insanın fikir, düşüncə, ağıl və duyğuları bir anda çox şeylərlə məşğul ola bilməz. Biriylə məşğul olacağı təqdirdə, digərlərinə səhlənkar yanaşmaq məcburiyyətində qalar.  

    Buna görə ayədə bu dərs verilir ki, əgər bir insan öz azad iradəsilə bizim zikrimizdən / Qur`an`ımızdan üz çevirər, sanki özünü korluğa vurub onu görməzlikdən gələrsə, biz də onu daima pisliklə məşğul edəcək, onu haqq və həqiqəti öyrənməkdən məhrum qoyacaq bir şeytanı yoldaş verəcəyik.

     - Həmçinin, İnsan qəlbinin sağ tərəfində qüvvəyi-i mələkiyə, sol tərəfində isə lümmə-i şeytaniyə adında iki mərkəz vardır. Bu iki mərkəzdən insana təlqinlər gəlir. Mələkdən ilham, şeytandan vəsvəsə, pis təlqinlər gəlir.

    Əgər bir kimsə, qulluq prinsiplərinə yaraşan bir üslubda Allah'ın razılığını axtarmağa çalışarsa, onun bu xidmətinə mələklər də kömək edərlər.

     Əgər pis bir yolu seçərsə, o zaman da şeytanın təlqinlərinə məruz qalar.

    Gözəl düşüncələr, haqq və həqiqətli fikirlər, mələklərin yolunu; pis düşüncələr də şeytanların yolunu açar.

     Məhz ayədə bu həqiqətə də işarə edilmişdir. Yəni, kim Qur'an'ın həqiqətlərinə qarşı korluq edib onları görməzlikdən gələrsə, onun düşüncə dünyasına açılan qapı, lümmə-i şeytaniyə olacaqdır. Artıq o daim bu xəttdən gələn şeytani mesajları eşitmək, dinləmək və onlara görə hərəkət etmək vəziyyətində qalar.



06-08-2017 07:36:24