Ana səhifə

Kişi evlənməyi düşündüyü qızla danışması və görüşməsi caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Kişi evlənməyi düşündüyü qızla danışması və görüşməsi caizdir?
Cavab: 

Bir müsəlmanın başqa Müsəlman qardaşları ilə istər qarşılıqlı istəsə virtual mühitdə olsun danışıb dərdləşməsi gözəl bir şeydir. Ancaq bu eyni cins olanlar üçündür. Bir kişinin bir qadınla danışması isə bəzi istiqamətlərdən diqqət yetirməyi tələb edir.

 

Məsələn eşq, sevgi, qeybət, yalan və şəhvani hissləri oyandıran şeylərdən olsa bu qətiliklə doğru deyil. Bu mövzuda adamın evli və ya subay olması fərq etməz. Evli birinin günahı isə daha çox olar.

 

Lakin dini mövzularda Allahı, ölümü, axirəti və dini duyğu və düşüncələri xatırladan danışmalar olsa əlbəttə bunlar qadağan olmadığı kimi savabı da vardır. Ölçünüz bu olmalıdır. Bu ölçülərlə hərəkət etdiyiniz zaman günaha girməyəcəyinizi və özünüzü qoruyacağınızı söyləyə bilərik. Ayrıca etdiyiniz işi bir də vicdanınıza soruşmanızı tövsiyə edərik. Vicdanınız rahat deyilsə o işdən imtina edin.

 

 

İrəlidə evlənəcək iki cütün, yalnız yanlarında qohumlarından bir adam olmaq şərti ilə bir yerdə oturub tək danışmaları caizdir, hətta sünnədir. Lakin eşqbazlıq tərzi əlaqələrdə qadın və kişinin yanlarında qohumları olsa belə danışmaları caiz deyil. Dinimiz zinanı qadağan etdiyi və haram saydığı kimi zinaya aparan yolları da tıxamış və haram saymışdır.



01-02-2010 02:55:39

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz