Ana səhifə

Kişinin qadın üzərindəki haqqı


YazdırSend to friend
Sual Detayı: 
Kişi qadın üzərində haqq olaraq qadından südəmər uşağını ala bilərmi? Ananı baladan ayırmağın şəriətə görə bir səbəbi varmı? Kişinin belə bir haqqı varmıdır?
Cavab: 

Ər-arvadın  boşanması halında ümumi qayda belədir: Uşaqların baxımı anaya, xərclərin qarşılanması isə ataya aiddir.

Çünki uşağa baxmaq üçün lazımlı şəfqət və bacarıq anada, imkan hazırlayıb xərcləri qarşılama qabiliyyəti də atada vardır. Bunun üçün ata anası yanındakı uşaqların alimentini qarşılamağa məcburdur. Ancaq ana eyni şəkildə baxıma məcbur deyildir. Qəbul etməzsə, atanın anası və digər yaxınları uşağa baxmağa məcbur olarlar.

 Ananın baxımı qızlarda doqquz yaşına, oğlanlarda isə yeddi yaşına qər davam edir. Bundan sonra onları saxlama hüququ ataya aid olur. Ata saxlamağa daha layiqli görülür.

- Ana müsəlman olmasa belə, uşaqlar ona verilir. Ancaq yaşları böyüdükcə anadan İslamın ziddinə tərbiyə görüb, dindən uzaqlaşdırma şəklində bir təlqin aldıqları aydınlaşarsa, anadan alınar, bunu etməyən bir yaxınına verilər. Belə bir ana uşaqları saxlama hüququnu itirir.
- Ana saxlama hüququnu qorumaq üçün başqa biriylə evlənmiş olmamalı, uşaqlarına baxmağa qadir, qorumağa malik durumda olmalıdır.
Evlənən, yaxud ağlında və iffətində nöqsanlığı olan ana uşaqları saxlama haqqını itirir. Uşaqlar əlindən alınıb ataya təslim edilir.
- Baxıma davam edən ana xərc olaraq üç cür haqqa malikdir:
      * Uşaq süd əmirsə, südd haqqı. 
      * Uşağa baxım haqqı. 
      * Uşağın öz xərclik haqqı.
Bu üç çeşid xərc səlahiyyətli kimsələrin uyğun gördüyü miqdarda ata tərəfidən anaya ödənilir. Ata uşağı ananın yanında ziyarət edə bilər. Ayağına aparmaq məcburiyyəti yoxdur.

Əlavə məlumat üçün aşağıdakı linkə daxil olun:

Boşanmalarda uşaqların himayəsi, şəriətə görə, kimə aiddir? 

Əhməd Şahin



12-09-2013 09:31:45