Ana səhifə

Kişinin yatarkən yarı çılpaq (alt paltarı və mayka) ilə uyuması günahmıdır? Yəni ki soyunarkən ədəb yerlərinin görülməsini mələklər günaha yazarmı?


YazdırSend to friend
Sual Detayı: 
Salam əleyküm. Həya edərək söyləyirəm. - Kişinin yatarkən yarı çılpaq (alt paltarı və mayka) ilə uyuması günahmıdır? Yəni ki soyunarkən ədəb yerlərinin görülməsini mələklər günaha yazarmı?
Cavab: 

Və aleykum Salam.

         Qadın və kişilər, tək başınaykən və heç bir ehtiyac olmadığı halda övrət yerlərini açması haram olmaz.

        Ancaq tək başına belə olsa övrət yerlərini açmaqdan çəkinməsi və örtünməyə diqqət yetirməsi çox daha gözəl bir davranışdır.           

          Bununla birlikdə, paltar dəyişdirmək, tualet ehtiyacını aradan qaldırmaq kimi bir ehtiyacdan dolayı övrət yerinin açılmasının heç bir qorxusu olmaz.

       Necə ki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Çılpaqlıqdan çəkinin, böyük dəstəmaz və adamın yoldaşı ilə cinsi təmasda olması xaric. Digər hal və zamanlarda sizinlə birlikdə olan və sizdən əsla ayrılmayan mələklər vardır. Onlardan həya edin  və onlara hörmət göstərin." (Tirmizî, Sünən, Ədəb 42, Hədis nömrə: 2801)

      Buna görə, yatarkən iç paltarlarını dəyişdirmənin də bir qorxusu olmaz. Əhəmiyyətli olan və diqqət yetirilməsi lazım olan şey, övrət yerlərini, bu yerləri görməsi haram olan kəslərdən qorumaqdır.
Əlavə məlumat üçün buna baxa bilərsiniz:

Kişinin övrət yerinin, diz ilə göbək arası olduğunu bildirən dəlillər nələrdir?

 



08-05-2014 12:51:34

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz