Ana səhifə

Məcid Məcidinin Muhəmməd (s.a.s) adlı filmi haqqında nə deyirsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Muhəmməd (s.a.s) haqqında çəkilmiş yeni film...
Cavab: 

      Diyanət İşləri Başqanlığından mövzuyla əlaqədar verilən açıqlamanı yazmağı yetərli görürük:

      Məcid Məcidinin "Muhəmməd (s.a.s)" adlı filmi tərəfimizdən izlənilib aşağıdakı qənaətə gəlmişik:

     1. Əməvi-Haşimi münaqişəsi bariz bir şəkildə göstərilib Əməvilər küfrün, Haşimilər isə haqqın öndəri olaraq təsvir edilmişdir.

     2. Hz. Əlinin üzü də Hz. Peyğəmbərin üzü kimi gizlənmək surətiylə ikisi sanki eyniləşdirilmişdir.

     3. Şiə qaynaqlar istinad alındığı üçün Əbu Talib mücahid bir müsəlman olaraq göstərilir, buna qarşı Hz. Əbubəkr, Hz. Ömər kimi səhabənin öndə gedənlərinə yer verilmir.

     4. Filmin musiqiləri kilsə musiqiləri kimi olub xüsusilə Əminə xarakteri qucağındakı körpə və geyim-kecimiylə Hz. Məryəmi xatırlatmaq surətiylə bir Xristian filmi təəssüratı verir.

     5. Hələ peyğəmbər olmamışdan əvvəl bir çox qeyri-adi şeylər göstərən, davamlı olaraq möcüzə göstərən bir peyğəmbər imici verilmiş, xüsusilə dənizdən balığın yağdığı səhnədə mistisizm sanki zirvəyə çıxmışdır.

     6. Filmin əvvəlindən sonuna qədər Peyğəmbərimizə davamlı olaraq tələ qurmağa çalışan bir portret çəkilərək Yəhudilərə gərəyindən çox yer verilmişdir.

     7.Ad qoyma mərasiminin olduğu səhnədə Ərəblərin davranışlarını alçaldan Yəhudi: "İndi peyğəmbər bunlardan çıxacaq?" deyəndə digər Yəhudi: "Bunlardan deyil, bunlar üçün" demək surətiylə sanki Peyğəmbərimizin Ərəblərdən çıxmasının onlar üçün bir şərəf olmadığı, əksinə onların pərişan hallarının bir göstəricisi olduğu ifadə edilərək Şiə dünyasının bu istiqamətdəki əzilmişliyi bərpa edilməyə çalışılmışdır. 

     Nəticə olaraq sadalanan bu mənfi istiqamətlərdən ötəri İslami həssaslığı olan kütlələrin tənqid oxlarından xilas ola bilməyəcək olan sözü gedən filmin bəhsi keçən kütləyə çox da faydası olmayacaqdır.

     Bununla birlikdə istər ölkəmizdə Peyğəmbərimizi kifayət qədər tanımayan kütlələrdə, istərsə də Qərb dünyasında adından söz salınacaq xüsusiyyətdə bir filmin olduğu da şübhəsizdir. Xüsusilə kino texnikası baxımından müvəffəqiyyətli olan bu filmdə Peyğəmbərimizin rəhmət və sevgi dolu mesajlarının olduğu səhnələr izləyənlərə təsir edəcək və cildlərlə kitabla çata bilmədiyimiz kütlələrə Peyğəmbərimizin tanıdılmasında müsbət istiqamətdə və əhəmiyyətli faydalar icra edəcəkdir. 

    Bundan başqa vizual məlumatın yazılı məlumatın önünə keçdiyi və daha təsirli olduğu bu əsrdə, işin asanına qaçıb tənqid etmək yerinə, bu mövzuda bizdən sanki işıq ili məsafəsində qabaqda olan Qərbin kinosu kimi təsirli bir silahıyla silahlanmaq çox daha yerində bir davranış olacaqdır. Məğlubiyyətlərində belə qəhrəmanlıq hekayələri ortaya çıxaran filmlər çəkmək surətiylə millətlər üzərində təsir meydana gətirməyə çalışan və bu mövzuda da son dərəcə müvəffəqiyyətli olan dövlətləri bu sahədə nümunə götürüb gerçək qəhrəmanlıq hekayələriylə dolu olan tariximizi və dinimizin sevgi, şəfqət və mərhəmət dolu geniş mesajlarını ağ pərdəyə köçürərək şiddət və terror dini olaraq təqdim edilən Uca Dinimizin üzərindəki bu pis idrakı aradan qaldıra bilərik.

     Hindistan istehsalı olan "My Name s Khan" adlı kino filmi, islamî bir film olmamasına baxmayaraq, İslamın terrorla eyniləşdirilməyəcəyinə dair verdiyi mesajlarla bu mövzuda bir çox İslam ölkəsinin / aliminin edə bilməyəcəyi bir töhfəsini vermişdir.

     Yalnız subliminal mesajlar verilməsi üçün belə milyon dollarlıq büdcələrlə filmlərin çəkildiyi bu zamanda, mövcudu tənqid etmək yerinə daha yaxşısını ortaya qoymaq adına nələr edə biləcəyimizin müzakirəsini etməyin çox daha məhsuldar olacağı qənaətindəyəm. Lazım olsa bu mövzuda qurum olaraq ssenaristlərlə birlikdə işləmək surətiylə bizlər də əlimizi daşın altına qoymalıyıq.

Xəlil KILIÇ

DİYK Mütəxəssis Yrd.



11-11-2016 12:10:28

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz