Ana səhifə

Məhərrəm ayı


YazdırSend to friend
Sual Detayı: 
Hər vaxtınız xeyir. Bilmək istərdim ki Məhərrəm ayında toy və ya nişan mərasimi etmək gunahdır? Əvvəlcədən çox sağ olun.
Cavab: 

     Məhərrəm ayında müxtəlif hadisələrin baş verdiyi məlumdur. Bunlardan biri də bu ayın “Aşura ” adlandırılan 10-cu günündə peyğəmbərimizin (s) sevimli nəvəsi hz. Hüseynin şəhid edilməsidir. Məhz bu hadisə səbəbi ilə bəzi təriqətlər bu ayda Hz. Hüseyn üçün yas tutmuş, matəm keçirmişdir və bu ənənə dövrümüzdə bəzi müsəlman ölkələri əhalisi tərəfindən hələ də davam etdirilir. Bəzilərinin “bu ayda toy-nişan mərasimləri keçirmək, bir-birilərinin qapılarına elçi getmək olmaz” demələri də bu bununla bağlıdır.

    Ancaq İslam dini nöqteyi-nəzərindən bu qadağaların heç bir əsli-əsası yoxdur. İslam dininin Allah tərəfindən endirilməsini nəzərə alsaq, bundan dolayı onun özünəməxsus qaydalarının olmasına,  xüsusilə də halal-haram məsələsinə diqqət yetirmək lazımdır.

    Belə ki, İslam dininin əsasını “tövhid” deyilən “Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur” (Lə iləhə illəllah) düsturu təşkil edir. Bu düstura əsasən halal-haram qoymaq yalnız Allahın rübubiyyət məqamına xasdır. (Peyğəmbərin (s.a.s) bəzi halal-haram qoyması bu prinsipin tərkib hissəsidir. Çünki ona bir elçi kimi elçisi olduğu rəbbi adına halal-haram qoyma səlahiyyəti verilmişdir).

    Allah və rəsulunun qoyduğu haramın halal qəbul edərək (qəlbən buna etiqad edən) halal edən kəs islam alimlərinin yekdil rəyinə görə, dindən çıxmış sayılır. Həmçinin, eyni qaydada əksinə halalını haram qəbul etməkdə insanı dindən çıxarar.

“Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (əl-Maidə, 44)

“Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.” (ət-Tövbə, 29) 

Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (ət-Tövbə, 31)

    Peyğəmbərin (s) bu ayənin anlamı haqqında “Onlar alimlərinə rahiblərinə ibadət etmirdilər. Lakin alimləri, rahibləri onlara bir şeyi haram etdikdə onu haram, halal etdiyi şeyləri də halal qəbul edirdilər” (bax: Tirmizi, Təfsir 9).

    Bütün bunları nəzərə alaraq, dini məsələlərdə mümkün qədər susmaq, fitva verməkdən çəkinmək, bir şeyi qəti bilmədikcə fikir söyləməmək lazımdır.

    Məhərrəm ayında toy eləməyə gəldikdə, bunu deyə bilərik. Hər bir müsəlman ilin 365 günündə uyğun zaman yetişdikdə toy edə  bilər. İlin hansısa bir vaxtında toy etməyin qadağan olması haqqında Allahdan heç bir qayda gəlməmişdir. Yəni, məhərrəm ayında Allah müsəlmanlara toy eləməyi qadağan etməmişdir. Nə Quran bunu əmr etmiş, nə də Peyğəmbər (s.a.s) tövsiyə etmişdir. Amma, məsələn, bu ayda digər aylardan fərqli olaraq müharibə etmək, qan tökmək qadağan olunmuşdur. Çünki bu ay Allahın hörmətli aylarındandır.

 



23-12-2009 08:30:16