Ana səhifə

Mələklər görülür?


YazdırSend to friend
Sual Detayı: 
Mələklər görülür?
Cavab: 

Mələklər nurdan yaradılmış lətif cövhərlər, ruhani varlıqlar olduqları üçün, əsl mahiyyətləri ilə insan gözünə görünməzlər. Görmə qabiliyyətimiz, mələkləri görə biləcək şəkildə yaradılmamışdır. Ancaq Cənab-ı Haqq Peyğəmbərlərinə, mələkləri görmə qabiliyyətini verdiyindən, onlar mələkləri həqiqi şəkilləri ilə görə bilmişlər. Ayrıca, mələklər fərqli şəkillərə girərək görünə bilərlər.

Mələkləri həqiqi mahiyyətləri ilə görə bilməməmiz və 5 duyğumuzla hiss edə bilməyişimiz, onların yox olduqları iddiasını gərəkdirməz. Duyğu orqanlarımızın maddi aləmdə hiss edə bilmədikləri bir çox şey vardır. Qulağımız bəzi səsləri eşitməz. Bu gün varlığı alətlərlə təsbit edilən işıq dalğalarının hamısını, hələ rentgen şüalarını gözlə görə bilsəydik, dünyanı indikindən çox başqa şəkildə tanıyacaqdıq.

Biz daha öz aləmimizdəki təzahürlərin həqiqətinə vəqf (agah) deyilkən, Cənab-ı Haqqın yaratdığı aləmlərdəki hadisələrin varlığını necə inkar edə bilərik?

Demək ki bir şeyi gözlə görə bilməmək, o şeyin yox olduğuna dəlil olmaz. Gözlə görə bilmədiyimiz bir çox şey var ki, o şeyin bədənini ağlımızla, elm və təcrübə ilə, qəbul edirik.Mələklər də gözlə görə bilmədiyimiz halda, varlığını qəbul etdiyimiz məxluqlardandır.

Ancaq, Allah diləsə mələk, cin kimi ruhani varlıqları insanlara da göstərər.



07-01-2010 06:36:45