Ana səhifə

"Məliki yəvmiddiin" doğru şəkildə necə yazılır və deyilir ?


YazdırSend to friend
Sual Detayı: 
hemd surede maliki yavumiddin dogru sekilde nece yazilir ve deyilir xayis sualin cavabini yazin
Cavab: 

    Salam aleykum. 

    Deyəsən fatiha surəsindəki مَالِكِ يَوْمِ الدِّينِ  ayəsinin tələffüz şəkilni soruşursunuz.

    1) Fatiha surəsinin 4-cü ayəsi olan bu ayə bu şəkildə deyilir: Məliki yəvmiddiin

" مَالِكِ - Məliki "-ni deyərkən bütün hərfləri aydın ,açıq bir şəkildə deməlisiniz.Burda dodaq və dil aktiv şəkildə iştirak edir. "Məliki"-dəki "k" incə və aydın şəkildə deyilir.

    2) "Yəvmiddin"-dəki   "و-v" incə bir hərf olub ,dodaqlar bağlamadan büzülüb önə doğru uzadılması surətiylə deyilir. Bu zaman dodaqlar qönçə formasını alır. Bəzi qardaşlar bu formada "و-v" deyə bilməyib, bunu "yəuu" şəkilində  deyirlər. Bu yalnış oxuma şəklidir. "و - V" hərfinin oxunuşu elədir ki, tələffüzdə asanlıqla  "u" hərfinə çevrilə bilir. Ona görə də " يَوْمِ - yəvmi " deyərkən, tələffüzümüzdə olan hərflərdə "و - v " səsinin olmasına diqqət etməliyik.

    3)" دِّينِ - diin " səsində " i " səsini iki "i" qədər uzatmaq lazımdır. Bu halda digər ayələrdə də uzatma iki hərəkə (hərflərin aşağı və yuxarısında olan düz xətlər hərəkə adlanır)  qədər olmalıdır. Əgər "دِّينِ - diin" də "i"dörd "i" qədər uzadılarsa , onda digər ayələrdə olan uzatma hallarında da dörd hərəkə qədər uzadılmalıdır. İki hərəkə qədər uzatmaq caiz deyil.



12-05-2014 07:10:16

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz