Ana səhifə

Mənim 12 yaşım var, mən namaz qıla bilərəmmi?


YazdırSend to friend
Sual Detayı: 
Menim 12 yasim var men namaz, qila bileremmi
Cavab: 

       Salam aleykum.

      Sualınızda sanki demək istəyirsiniz ki  " on iki yaşından əvvəl namaz qılmaq olmaz? ." Yaşından asılı olmayaraq hər bir mömin namaz  qıla bilər. Yetkinlik yaşına çatan bir möminə isə Namaz fərz olur, yəni o mütləq qılmalıdır. Siz namaza başlamalısınız.

      İnsanların xeyir ilə şəri, haqq ilə batiliayırd edə bilmələri yetkin olduqdan sonra mümkün olduğundan, Rəbbimiz məhşərdə dünya həyatımızın uşaqlıq dövrəsindən hesab soruşmamaqda, ancaq yetkin olduqdan sonrakı günlərimizdən başlayaraq namaz, oruc kimi ibadət mükəlləfiyyətlərimizi sual etməkdə, beləcə dini mükəlləfiyyətlərimiz yetkinlik çağından sonra başlamış olmaqdadır. - Bu qədər var ki yetkinlik zamanı tarix olaraq qəti deyil. Kişi (12),qız (9) yaşından başlayaraq, (15) yaşlarına çatana qədər keçən hər ay və gündə yetkinliyə çatma hissi təşəkkül edə bilər. Oğlanda ihtilam olma, qızda isə ay halı görmə şəklində özünü göstərən bu bəşəri və cinsi hissin başladığı gündən etibarən mükəlləfiyyətlərin hər biri ayrı-ayrı əməl dəftərinə ya "yerinə yetirdi", ya da "gətirmədi" şəklində yazılar.

On dörd yaşlı oğlana oruc fərzdir ? Həddi buluğ yaşı neçə yaşdan başlanır ?

 

"Uşaqlarınızı yeddi yaşında namaza alışdırın. On yaşına gəldiklərində (qılmırlarsa) onları döyün." bu hədis nə qədər düzgündür? Ümumimiyyətlə uşağa şiddət tətbiq etmək olar? Hədis zəif hədis ola bilərmi?



16-07-2014 04:43:39