Ana səhifə

"Mənim ümmətimin ömrü 1500 ili keçməyəcək." kimi hədis varmı? Səhihdir?


YazdırSend to friend
Sual Detayı: 
Həzrəti Məhəmməd (s.ə.s) `ın "Mənim ümmətimin ömrü 1500 ili keçməyəcək." kimi hədisi varmı? Səhihdir?
Cavab: 

Salam aleykum 

Əbu Sələbə nəql edir: Rəsulullah (aleyhissalâtu vesselâm) belə buyurdu:

"Allah bu ümməti yarım gündən âciz buraxmaz." (Əbu Davud, Məlahim 18; Müsnəd, IV/193)

Münavi, bu hədisin sənədinin möhkəm(sağlam) olduğunu söyləmişdir. (Avnu'l- Məbud, 11/ 512). Heysəmî, bu hədis ravilərinin Səhihin ricali(güvənilir insanlar tərəfindən deyilən) olduğunu ifadə etmişdir. (bax. Məcmauz-Zəvaid , 6/ 219). Aclunî də Əbu Davud və Tabəranî’nin Əbu Sa'ləbə'dən nəql etdikləri hədisin səhih olduğunu vurğulamışdır. (Keşfu'l- Hafa , II/149 )

Bu hədisi rəvayət edənlərdən biri olan Sad b. Əbi Vaqqas'a "yarım gün" dən məqsədin nə olduğu soruşulmuş, o da, "Beş yüz ildir." deyə cavab vermişdir. (Müsnəd , 1/170 ) Hz. Sad(Allaha ondan razı olsun) bu şərhi

"Şübhəsiz Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!" (Həcc 47)

ayəsinə görə etmiş olmalıdır.

Cəlâləddin-i Suyutî "Əl-Kəşf-ü An Mücavəzəti Hâzihi-l Ümməti Əl-Əlfə" adlı bir Risalə təlif etmişdir. Bu Risalədə bir çox səhih hədisləri təhlil etmiş və "bu ümmətin ömrü min beş yüz ili çox keçməyəcəyinə" dair qənaətini ifadə etmişdir. (Bax. əl- Havi li`l- Fətavi, Suyuti idi, 2/248; Ruhul Bəyan, Bursəvi, (Ərəbcə) 4 /262, Əhməd bin Hənbəl, İləl, s , 89)

İsmayıl Haqqı Burusəvî də, yenə bir çox mənbələrdən dəlillər gətirərək, eyni hökmü qeyd etmişdi. Bədiüzzaman da, bu məsələni, xüsusi bir ilham və kəşf nəticəsində və eyni zamanda bir hədisi- şərifin cümlələrinin həm məna, həm mutabakat(uzlaşma), həm cifir və əbcəd qaydaları ilə görmüş və isbat etmişdir.

İlk insan Hz. Adəm ( ə )`dan bu yana nə qədər zaman keçmişdir ? Və bu barədə irəli sürülən yüz min illik tarixlər, nə dərəcə doğrudur? Bu gün qəbul olunmuş  görüşə görə, dünya beş milyard il əvvəl isti və sıx bir qaz kütləsi idi. Dörd milyard il əvvəl isə, tünd bir alov kürəsi halında olmuşdur. Həyat isə, tək hücrelilerin ortaya çıxdığı bir milyard il öncəsinə dayanır.

Bu təxmin, əsrlər boyunca zamanın həmişə eyni axdığı və sabit qaldığı düşünülərək edilir. Halbuki zamanın dəyişən bir ölçü olduğu və onun, atomda, şüalarda, hadisələrin əvvəlində və sonunda fərqli bir seyr(gedişat) izlədiyi aydın oldu. Bu hal, bir çayın yer üzü şərtlərinə görə eyni sürətlərdə axdığına bənzəyirdi.

Zaman, məsələn, ilk əsrlərdə genişləmə göstərib durğun axa bildiyi kimi, əsrimizdəki şəkliylə də daha sürətli bir gedişatı təqib edə bilir. İlk əsrlərdəki iri heyvan və bitkilərin, indikilərə nisbətlə on qat daha çox yaşadıqlarına baxılacaq olsa, o əsrlərdə zamanın on qat daha yavaş axdığı deyilə bilər. Bu vəziyyətdə yaş hesablamalarını, indiki zaman axışına görə təxminən (1/10) onda bir ölçüsündə kiçiltmək məntiqli olar.

Buna görə Günəş Sisteminin 4 milyard deyil 400 milyon, həyat başlanğıcının 1 milyard il deyil 100 milyon il əvvəl ortaya çıxdığı və 100 min il olduğu fərz edilən insanlıq tarixinin 10 min il olduğu nəticəsi ortaya çıxar

Cisimlər sürətləndiyində və işıq sürətinə yaxınlaşdığında, mütləq bildiyimiz qanunların bir-bir dəyişdiyini görərik. Məsələn işıq sürətinə çox yaxınlaşan birinin zamandakı hərəkəti, bizə görə on dörd dəfə daha yavaşdır. Yəni o adam bir il yaşadıqda, biz on dörd yaş almış olarıq. Bu sürətdə hərəkət edən birinin yalnız zamanı deyil, boyu da dəyişikliyə uğrayaraq yarıya enər. Ağırlığı isə üç misli artar. Digər bir ifadəylə, ağırlığı 70 kq-dan 210 kq-a yüksələn o adamın əlindəki metrə yarı yarıya qısalmış, qolundakı saat isə yerdəki bir insana görə on dörd dəfə daha yavaşlamışdır. O adamın belə bir saatla kainatın keçmişini və insanlığın tarixini ölçməsi halında əldə etdiyi nəticələr doğru ola bilərmi? Eyni şəkildə yerdə olan biri də, enerji dünyasını normal saat və cədvəllə ölçməyə cəhd etsə müvəffəqiyyət əldə edə bilər mi ? Maddi aləmin miqyasını, kütlə hesabını və zamanını bu ölçülərlə araşdırsaq doğru nəticələrə çata bilmərik. Eyni hesablamanı, enerji dünyasında yaşayan enerji - varlıq cinlərdən biri etməyə cəhd etsə, enerjinin ölçüləriylə maddi dünyanı ölçməyə çalışsa , doğru nəticələr əldə edə bilməyəcək.

Radioaktiv elementlər, "yarı ömür" deyilən sirli bir hadisəylə, müəyyən bir zaman sonra, sirrini bilmədiyimiz bir şəkildə enerji deyilən mahiyyətə çevrilir. Məsələn 1 kq. Uran, 1620 il sonra yarım kiloya enər. Bu müddət uranın yarı ömrüdür. Maddənin bir şəkli və ölçüsü varkən onun özülü və əsli olan enerjinin, ölçüsüz və zamansız dünyasının sirlərinə hələ agah deyilik. Bildiyimiz odur ki, enerjinin işıq sürətində olduğu və maddədən tamamilə fərqli xüsusiyyətlər nümayiş etdirdiyidir. Radioaktiv elementlərin müəyyən bir zaman sonra yarıya enməsi, canlıların, xüsusilə yaxın keçmişləri ilə əlaqədar ipucları verməkdədir. Nə var ki, biz , hesablamaları həmişə maddə yönüylə ələ alırıq . Bu hesabı enerjinin ölçülərinə görə etsək: Yəni hardasa işıq sürəti dediyimiz işıq sürətinin 99% küsuru ilə ələ alsaq (Elektron kimi bir çox atom altı və kosmik hissəciklər bu sürətdə hərəkət edirlər. Təbii ki bu sürətdə hissəcik deyil şüa halındadırlar ) , hesablamalarımızda düzəliş etmək məcburiyyətində qalar və kainatın yaşının 16-20 milyard il deyil, bunun on dörddə biri olduğu nəticəsiylə qarşılaşarıq. Dünyanın yaşı isə dörd milyard il yerinə üç yüz milyon il olar. 100.000 il əvvəl ortaya çıxdığına inandığımız insanlıq tarixi isə, birdən 7000 ilə düşər .

Bu izah edilənləri təsdiqləyən məsələnin bir başqa yönü də, sürətli bir artım göstərən dünyanın bu andakı əhali sayıdırdır. Əgər insanlıq tarixinin 15.000 ildən bu yana davam etdiyi və bu tarix boyunca ortalama ömürün həmişə yetmiş il olduğu qəbul edilsə, edilən hesablamalara görə dünya əhalisi indi bir trilyon ətrafında olmalı idi. Hazırkı nəzəri anlayışa görə yüz minlər il olduğu irəli sürülən insanlıq tarixinin 15.000 ildən daha qısa olması lazımdır. Bu da kafi gelmemekte, atalarımızın ilk zamanlar 600-1000 il kimi daha uzun ömürlü olduqlarını qəbul etmək məcburiyyətindəyik. Yüz il sonra dünya əhalisinin nə qədər olacağını təxmin edə biləcəyimiz kimi, eyni təxmini geriyə doğru getdiyimizdə, Hz. İsa ( ə.s.) dövründə dünya əhalisinin 250.000.000 (iki yüz əlli milyon) qədər olduğu hesablanır (Miller , C.Tyler. "Living In the Environment" Kaliforniya ABŞ 1975). Dünya əhalisinə təsir edən vəba kimi epidemiyalar və döyüşlərdə ölənlərin, ancaq əhalinin yüzdə bir buçuğuna uyğun etdiyi qəbul edilir. Bu halda insanlıq ömürünün yüz min il olduğu iddiası da etibarlılığını itirir. Sadəcə əhalinin artım sürəti belə insanlığın ömürünün 10.000 ili keçə bilməyəcəyini göstərir.

Bugünkü tarix hesablamalarında istifadə edilən metod, termodinamika soyuma kimi yaxşı hazırlanmamış bir metoddur. Radioaktiv yarılanmaya əsaslanan hesablama metodu isə, uzaq zamanlar üçün doğru nəticələr vermir. Bu vəziyyətdə ən etibarlı və doğru qaynaq, Qur`an və hədislərin xəbərləri olmalıdır. Onsuz da elmin doğru nəticələri ilə Qur`ana aid həqiqətlər bir-biriylə hər zaman uzlaşmış, bir-birini inkar etməmişlər ... Çünki kainat və Qur`an, Allah`ın iki ayrı kitabıdır. Yetər ki hər iki kitabı da doğru anlayaq və şərh etməyi bilək. Bəzən görülən səhvlər, şərh edənlərin qabiliyyətsizliyidən irəli gəlməkdədir.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm),

"Mən insanlığın ilkindi vaxtında gəldim. " (İbn - i Kəsir təfsiri , 12/ 6549 )

buyurur. Digər bir hədisində isə ,

"Mənim ümmətimin ömürü 1.500 ili çox keçməyəcək. " ( Bax. əl- Havi lil- Fətavi , Sunu idi , 2/248 ; Ruhul Bəyan , Bursəvi , (Ərəbcə) 4 /262 , Əhməd bin Hənbəl , İləl , s , 89)

buyurmuş. Günün dörddə ya da beşdə biri olan ikindidən (əsrdən) axşama qədərki vaxtı 1500 il qəbul etdiyimizdə, insanlığın ömürünün 6000 - 7500 il arasında olduğu ortaya çıxar. Digər bir məşhur hədis rəvayətində isə bu açıqca ortaya qoyulmuşdur:

"Adəmdən qiyamətə qədər insanlığın ömürü yeddi min ildir. " (Kənzu`l- Ummal , h.no : 16459 ; Munavi , Feyzu'l- Qədr , III/547 ; h.no : 4278 )

Görüldüyü kimi bu üç hədis bir-birini təsdiq edir və tamamlayır.

Bununla birlikdə, bu açıqlamalar yalnız bir şərhdir. Çünki insanlığın ömürünün 7000 il olduğuyla əlaqədar rəvayətdə keçən "il" ifadəsinin nə məna verdiyi qəti deyil. Bu baxımdan başqa və fərqli şərhlər  də edilə bilər. Başqa dərin mənalarının da ola biləcəyi və onların açıqlamaya başqa məna ölçüsü gətirə biləcəyi də düşünülə bilər.

Dünyanın öz oxu ətrafındakı və günəş ətrafındakı hərəkət sürətlərinin qədim dövrlərdən indiyə dəyişiklik göstərdiyindən indiyə qədər heç bəhs edilmədiyi və zamanın da sürətə bağlı olaraq dəyişə biləcəyi nəzərə alınaraq, yalnız qədim dövrlərdəki böyük bitki və heyvanların ömür müddətləri ilə indikiləri müqayisə edərək qədim dövrlərdə zamanın daha sürətli axdığı deyilə bilər.

Müxbiri Sadiq olan Peyğəmbərimizin (s.ə.s.) axır zamanla bağlı verdiyi xəbərlər bir-bir ortaya çıxmaqdadır. (bax. Bədiüzzaman Səid Nursi , Barla Lahikası , s , 324-326 , Envar Nəşriyyat )



10-05-2014 12:53:00