Ana səhifə

"Mənim ümmətimin ömürü 1500 ili çox keçməyəcək" bu hədis səhihdir?


YazdırSend to friend
Sual Detayı: 
"Mənim ümmətimin ömürü 1500 ili çox keçməyəcək" bu hədis səhihdir?
Cavab: 

Əbu Səhləbə nəql edir: Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Allah bu ümməti yarım gündən aciz buraxmaz" (Əbu Davud, Melahim, 18; Müsnəd, 4/193)

Münavi, bu hədisin sənədinin möhkəm olduğunu söyləmişdir. (Avnu'l-Məbud, 11/512). Heysemi, bu hədis Səhih olduğunu ifadə etmişdir (bax. Mecmau'z-Zevaid, 6/219). Əbu Davud və Taberaninin Əbu Sa'lebe'den rəvayət etdikləri hədisin səhih olduğunu vurğulamışdır (Keşfu'l-Hafa, 2/149)

Bu hədisi rəvayət edənlərdən biri olan Sad b. Əbi Vakkasa yarım gündən məqsədin nə olduğu soruşulmuş o da, "beş yüz ildir" deyə cavab vermişdir. (Müsnəd, 1/170) Hz. Sad(Allah ondan razı olsun) bu şərhi "Şübhəsiz Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!" (Həcc 47) ayəsinə görə etmiş olmalıdır.

Cəlaləddin Suyuti "əl-Kəşfi An Mücavezeti Hazihi-l Ümməti əl-Elfe" adlı bir Risalə təlif etmişdir. Bu Risalədə bir çox səhih hədisləri təhlil etmiş və bu ümmətin ömürü min beş yüz ili çox keçməyəcəyinə dair qənaətini ifadə etmişdir. (bxx. əl-Havi li'l-Fetavi, Suyuti,  2/248; Ruhul Bəyan, Bursəvi, (Ərəbcə) 4/262, Əhməd bin Hənbəl, İlel, s, 89)

İsmayıl Haqqı Burusevi də, yenə bir çox qaynaqlardan dəlillər gətirərək, eyni hökmü qeyd etmişdir. Bədiüzzaman da, bu məsələni, xüsusi bir ilham və kəşf nəticəsində və eyni zamanda bir hədisin cümlələrinin  həm məna, həm uzlaşma, həm cifir və əbcəd qaidələriylə görmüş və isbat etmişdir.

İlk insan Hz. Adəm`dən bu yana nə qədər zaman keçmişdir? Və bu barədə irəli sürülən yüz minlər illik tarixlər, nə dərəcə doğrudur? Bu gün qəbul olunmuş  görüşə görə, dünya 5 milyard il əvvəl isti və sıx bir qaz idi. 4 milyard il əvvəl isə, tünd bir alov topu halında idi. Həyat isə 1 milyard il əvvəllə dayanır.

Bu təxmin, əsrlər boyunca zamanın həmişə eyni axdığı və sabit qaldığı düşünülərək edilir. Halbuki zamanın dəyişən bir ölçü olduğu və onun, atomda, şüalarda, hadisələrin əvvəlində və sonunda fərqli bir seyr(gedişat) izlədiyi aydın oldu.

Zaman, məsələn, ilk əsrlərdə genişləmə göstərib durğun axa bildiyi kimi, əsrimizdəki şəkliylə də daha sürətli bir gedişatə təqib edə bilir. İlk əsrlərdəki iri heyvan və bitkilərin, indikilərə nisbətlə on qat daha çox yaşadıqlarına baxılacaq olsa, o əsrlərdə zamanın on qat daha yavaş axdığı deyilə bilər. Bu vəziyyətdə yaş hesablamalarını, indiki zaman axışına görə təxminən (1/10) onda bir ölçüsündə kiçiltmək məntiqli olar.

Buna görə Günəş Sisteminin 4 milyard deyil 400 milyon, həyat başlanğıcının 1 milyard il deyil 100 milyon il əvvəl ortaya çıxdığı və 100 min il olduğu fərz edilən insanlıq tarixinin 10 min il olduğu nəticəsi ortaya çıxar.

Peyğəmbərimiz "Mən insanlığın ikindi vaxtında gəldim." buyurur. Digər bir hədisində isə "Mənim ümmətimin ömürü 1500 ili çox keçməyəcək." buyurmuş. Günün dörddə ya da beşdə biri olan ikindidən axşama qədərki vaxtı 1500 il qəbul etdiyimizdə, insanlığın ömürünün 6000 - 7500 il arasında olduğu ortaya çıxar. Digər bir məşhur hədis rəvayətində isə bu açıqca ortaya qoyulmuşdur: "Adəmdən qiyamətə qədər insanlığın ömürü yeddi min ildir." Görüldüyü kimi bu üç hədis bir-birini təsdiq etməkdə və tamamlamaqdadır. Muhbiri Sadiq olan Peyğəmbərimizin (s.ə.s.) axırzamanla əlaqədar verdiyi xəbərlər bir-bir ortaya çıxmaqdadır. (bax. Bədiüzzaman Səid Nursi, Barla Lahikası, s, 324-326 Ənvar Nəşriyyat)



22-02-2010 06:00:46

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz