Ana səhifə

Məzhəb fərqlilikləri nədən qaynaqlanır, məzhəb dəyişdirmək caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Məzhəb fərqlilikləri nədən qaynaqlanır, məzhəb dəyişdirmək caizdir?
Cavab: 

İslam düşmənləri tərəfindən işlədilən mövzulardan biri də "məzhəb" məsələsidir. Məzhəb məsələsi bir tərəfdən İslamda bir ixtilaf ünsürü kimi göstərilməyə çalışılarkən, digər tərəfdən bir sıra demaqoqluqlarla saf zehinlər bulandırılmaq istənməkdədir. Məsələnin üzərinə bir az əyildiyimiz zaman məzhəblərin bir ehtiyacdan doğulduğu, heç bir zaman ixtilaf ünsürü olmadığı aydın olacaq.

 

Etiqad və əməl deyə iki qisimdən meydana gələn İslam dinində, məzhəblər, əməli (praktikada yaşanan) qisimləri mövzu olaraq ələ alar. Birdən çox məzhəbin meydana gəlməsi, nəzəri prinsiplərin məzhəb imamları tərəfindən fərqli başa düşülməsindən irəli gəlmişdir. (Məktubat, 449 )

 

 

Məzhəblərin doğuşu

Peyğəmbər (s.ə.s.) əfəndimizə qədər etiqadı nöqtələrdə eyni olan şəriətlər təfərrüat qisimlərində dəyişərək gəlmiş, hətta bir əsrdə ayrı-ayrı qövmlərə ayrı şəriətlər göndərilmişdir. Ancaq Peyğəmbər (s.ə.s.) əfəndimizlə birlikdə daha başqa şəriətlərə ehtiyac qalmamış və Onun dini bütün əsrlərə kafi gəlmişdir. Lakin təfərrüat məsələlərdə bir sıra məzhəblərə ehtiyac qalmışdır. Cənabı Allah tərəfindən vəzifəli olaraq göndərilən haqq məzhəblərin imamları bu vəzifəni haqqıyla yerinə yetirmişlər və insanların bütün ehtiyaclarına cavab vermişlər. Peyğəmbər (s.ə.s.) əfəndimiz bir möcüzə olaraq bu imamların gələcəklərini və böyük bir vəzifə edəcəklərini daha bunlar gəlmədən xəbər vermiş (Məktubat, 108) və bu görkəmli şəxsiyyətlər də etmiş olduqları xidmətlərlə Rəsulullah (s.ə.s.) əfəndimizi həqiqətən təsdiq etmişlər...

 

 

Haqq birdən çox olar?

Bir zamanlar qəzet sütunlarından Müsəlmanlara meydan oxuyarcasına soruşulan və hələ də künc bucaq təkrarlanan bir sual vardır: "Haqq bir olar; necə belə dörd məzhəbin ayrı-ayrı, bəzən bir-birinə zidd hökmləri haqq ola bilər?"

 

Bu suala Bədiüzzaman Səid Nursi həzrətləri xülasəylə bu cavabı verər: "Bir su, beş müxtəlif mizaçlı xəstələrə görə beş hökm alar. Əhəmiyyətli miqdarda su itirən bir xəstəyə su içməsi vacibdir, şərtdir. Yeni əməliyyatdan çıxmış bir xəstəyə zəhər kimi zərərlidir. Tibbən ona haramdır. Digər bir xəstəyə qismən zərərlidir; su içmək ona tibbən məkruhdur. Digər birinə zərərsiz mənfəət verər, tibbən ona sünnədir. Digər birinə də nə zərərdir nə də mənfəətdir. Tibbən ona mübahdır nuşla içsin... Burada haqq taadüt etdi, birdən çox oldu. Beşi də haqqdır. "Su tək dərmandır, tək vacibdir, başqa hökmü yoxdur." deyilə bilər? (Sözlər, 513)

 

 

Məzhəbdən Məzhəbə Keçmək Caizdir?

 

Məzhəblərin rəhmət və feyik olduğu açıqdır. Ancaq məzhəbdə həddindən artıq fanatizm doğru deyil. Haqq olan məzhəblərin hamısı da Allahın Kitabına, Peyğəmbər (s.ə.s.) Əfəndimizin Sünnəsinə və Səhabələrin, ümmətin yetkin elm adamlarının icmasına dayanmaqdadır. Müsəlman adam haqq məzhəblərdən hər hansı birini seçməkdə sərbəstdir. Dinimiz bu barədə bir sıra şərtlər və ya maneələr qoymamışdır. Çünki məzhəbdən məqsəd, Müsəlmanların dini məsələlərini özlərinin ifadə edilən ana qaynaqlardan çıxarma imkanı yoxdur. Bu çox geniş, köklü və detallı elm istər. Hər kəs belə bir elmə sahib ola bilməz. O təqdirdə belə bir elmə sahib olub özünü ümmətə qəbul etdirən müctəhid imamlardan birinin məzhəbini seçərək dini məsələlərini ona görə həll etmək və əməl etmək məcburiyyətindədir.

 

O halda hər kəs özünə asan gələni haqq məzhəblərdən birini seçə bilər. Ancaq seçəcəyi məzhəbin elmihalını bilməsi lazımdır.

 

 

Nəticə olaraq deyirik ki : Dörd məzhəbə və imamlarına eyni sevgi və hörməti bəsləmək Müsəlmanlığımızın gərəyidir.

 

 

 

 

Ayrıca məşhur bir rəvayətə görə Peyğəmbərimiz Hz. Muazı Yəmənə göndərərkən necə və nəyə görə hökm verəcəyini soruşduğunda onun sırayla Allahın Kitabına, Rəsulun Sünnəsinə və onlarda tapa bilməzəmsə öz fikirimə görə hökm verərəm demişdir. Peyğəmbərimiz bu cavaba çox sevinmişdir. ( Əbu Davud, Akziye, 11; Tirmizi, ehkam, 3)Bu da mövzumuz baxımından əhəmiyyətli bir qaynaqdır.



13-02-2010 03:20:55