Ana səhifə

Masturbasiya (istimna) ilə məşğul olmaq olarmı?


YazdırSend to friend
Sual Detayı: 
Salam aleykum. Sualıma görə bağışlayın. Bir insanı şəhvət hissi basır və bundan qurtarmaq üçün özündən (bilərəkdən) (məni yəni sperma) xaric etsə günah sayılırmı?
Cavab: 

Həmd Aləmlərin Rəbbi Allaha məxsusdur. Salat və salam Hz. Muhammədə, ailəsinə və onun yoluyla gedənlərə olsun.

Bunu tam əminliklə deyə bilərik ki, masturubasyon ilk dəfə nəfsin istəyi ilə başlasa da, ardınca vərdişə çevrilir.

Açıq-saçıqlığın yoluxucu xəstəlik kimi cəmiyyətə yayıldığı bir dövrdə yaşayarıq. Bu xəstəlik az-çox hərkəsi öz təsiri altına almaqdadır. Bunun nəticəsində hiss və həvəslərinə uyan zəif iradəli insanlarda masturbasiya kimi bəzi pis vərdişlər yaranır.

Evlənmə vaxtına gəlib lakin buna imkanı olmayan kimsələrə Rəbbimiz iffətli olmalarını tövsiyə etməkdədir:

Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar.” (Nur, 33).

İbn Məsudun rəvayət etdiyi hədisi-şərifdə Peyğəmbərimiz (s.a.v.) belə buyurmuşdur:

Ey gənclər topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır. Evlənmə məsrəfinə də gücü çatmayan kimsə oruc tutsun, çünki oruc şiddətli bir şəhvət qırıcıdır”. (İbni Macə, Nigah 1)

Masturbasiya (əl il razı salma və ya istimna) alimlərin çoxuna görə caiz deyildir. Haram sayılmaqdadır.

O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır” (Möminlər, 5-7)

ayətlərini dəlil gətirən İmam Şafii, İmam Maliki və İmam Nəsəfi istimnanın haram olduğunu hökm etmişlər. Əgər caiz olsaydı Hz. Peyğəmbər (s.a.v.) tərəfindən bir yol göstərilərdi deməkdədirlər. İmam Əhməd ibn Hənbəl və İbn Həzmə görə: “məni vücudun çölə atmağa möhtac olduğu bir şeydir, onu əliylə atan qan aldıran kimidir və caizdir”. Hənbəli alimləri bu caiz olma şəklini 2 şərtə bağlamışlar: zinaya düşmə təhlükəsi və evlənmək üçün imkanın olmaması. Hənəfi məzhəbinin görüşlərini nəql edən İbni Abidin, bu mövzuda bəzi alimlərin görüşlərinə yer verməkdədir. Hənəfilərə görə “subay kimsə harama girəcəyindən qorxduğu zaman istimna (masturbasiya) etməsi caizdir. Bu işdə nə savab nə də günah qazanar” görüşündədirlər. Lakin bunlara baxmayaraq, masturbasiyanın zərərləri vardır ki, bunlar aşağıdakılardır:

1) Aşırı masturbasiya düşkünlərində üzüntü hissi meydana gəlir.Hər masturbasiyadan sonra ümumiyyətlə bir peşmançılıq və ruh sıxıntısı özünü göstərir.

2) Masturbasiya alışqanlığı insanı sevgidən məhrum edə bilər. Evlilikdəki səadət təməlləri sevgi üzərində qurulur. Masturbasiyaya düşkün insanlar isə bu sevgidən pay ala bilməzlər.

3) Masturbasiya alışqanlığı sinir xəstəliklərinə yol açır. Aşırı sinirlənmələr, əl və qolların titrəməsi,baş gicələnməsi,yuxusuzluq və yorğunluq özünü göstərir.

4) Aşırı masturbasiya insanda yaddaş zəifliyi, diqqətsizlik və unutqanlıq yaradır.

5) Masturbasiyaya məruz qalanlar, cinsi münasibətdən lazım olan hissi tam şəkliylə ala bilməz, cinsi münasibətlərə -ailə həyatında- önəm verməzlər.

6) Masturbasiya bel boşalmasına gətirib çıxarır. Bu adətən kişilərdə təsadüf olunur.

7) Qadınlarda cinsi soyuqluğa səbəb olur.

Masturbasiyadan azad olmağın bir neçə yolu vardır. 

1) Yetkinlik yaşına çatınca evlənmək;

2) Nafilə orucu tutmaq; Oruc – cinsi hissin hiddətini qırır, Allahdan haqqıyla qorxmağı xatırladır.

3) Boş vaxtları yararlı şeylərə sərf edib dəyərləndirmək;

4) Korlu-koruna masturbasiya edib günaha girərək mənəvi dəyəri aşağı salmaqdansa, bir az səbr edib nəfsin bu arzusuna qalib gəlmək lazımdır. Nəticə olaraq-masturbasiya davam edildikcə insanı özünə çəkən, tərk edildikcə də bəlası azalan zərərli bir illətdir. Heç masturbasiyaya yoluxmamaq yeganə və ideal tövsiyədir. Hərkəsə məlum olan bir həqiqət vardır ki, gənc bir insan qəlbinin dərinliyində Allahın hər an onu gördüyünü, gizli-aşkar hər halını bildiyini dərk etməlidir. Bilindiyi kimi elm və zikr məclislərinə hazır olmaq, fərz və nafilə namazlarına davam etmək, gecələr insanlar yatarkən qalxıb təhəccüd namazı qılmaq, sünnət və məndub orucları tutmaq, əxlaqlı və fəzilətli insanları dost seçmək, ölümü və sonrasını xatırlamaq, bütün bunlar Allah (c.c.) qorxsunu, Ona qarşı sevgi duyğusunu qüvvətləndirir. Sonda sözümüzü bir ayəti-kərimə ilə bitirmək istərdik:

Kim dünya həyatını seçib (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məkanı Cəhənnəmdir! Amma kim (qiyamət günü) Rəbbinin hüzurundan durmaqdan qorxmuş və özünə nəfsin istəyini (şəhvəti) qadağan etmişsə, onun yurdu Cənnətdir”(Naziat, 37-42).

Allah yar və yardımçımız olsun. Amin.



24-07-2013 10:26:24

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz