Ana səhifə

Mikayıl (ə.s.) vəzifəsi nədir?


YazdırSend to friend
Sual Detayı: 
Mikayıl (ə.s.) vəzifəsi nədir?
Cavab: 

Hz. Mikayıl, dörd böyük mələkdən biridir. Təbiət hadisələrinə, insanlara, heyvanlara və bitkilərə, ruziyə və yağışa nəzarət edən mələkdir.

 

Qurani Kərimdə adı bir yerdə zikr edilər: "Kim Allaha, mələklərinə, peyğəmbərlərinə, Cəbrayıla və Mikayıla düşmən olsa bilsin ki, Allah da inkarçı kafirlərin düşmənidir." (Bəqərə Surəsi, 98)

 

Xəyal edə bilməyəcəyimiz qədər geniş olan göylərdə həyat olub olmadığı məsələsi, bir çox insanın zehinini məşğul edər. "Səma, mələklərin bir mənzili, bir təyyarəsi, bir məscidi" şəklindəki təsbit, məsələni həll etməkdədir. Bəli, bu kiçik dünyamızda heç bir yeri canlılardan boş buraxmayan İlahi qüdrət, əlbəttə o böyük səmanı boş buraxmamışdır. Mələklər və ruhanilər, səma ölkəsinin sakinləridir.

 

Mələklər,

 

• Aləm sarayının tamaşaçıları,

• Kainat kitabının mütaliəçiləri,

• Səltənəti ağalığın dəllalları,

• Kainatdakı xeyirli işlərdəki qanunların nümayəndələridirlər.

 

Bunlardan biri olan Mikayıl (ə.s)

 

 

Peyğəmbər Əfəndimiz Mikayıl (ə.s.) ilə bir çox dəfə görüşmüşdür. Bədir Döyüşü və Mirac Möcüzəsində görüşmələri kimi. (Buxari, Mağazi: 18, Libas: 24; Müslim, Fedail: 46, 47, nömrə. 2306; Qazi İyaz, eş-Şəfa, 1:361)



07-01-2010 06:32:30