Ana səhifə

Milliyyətçilik, irqçilik haqqında məlumat verərsiniz? Öz millətimi digər millətlərdən daha çox sevməm caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Milliyyətçilik, irqçilik haqqında məlumat verərsiniz? Öz millətimi digər millətlərdən daha çox sevməm caizdir?
Cavab: 

İnsanın öz millətini və vətənini sevməsi caizdir. Ancaq öz millətini üstün görməsi doğru deyil. İslam dini insanın üstünlüyünü Allaha qulluqdakı ölçüyə görə təyin etməkdədir. Bu baxımdan hansı millətdən olursa olsun Allaha kim daha çox qulluq etsə o insan daha üstündür. Elə isə Allah qatında üstün olan bizim yanımızda da üstün olmalıdır. Əks halda öz millətimizdən olan bir dinsizi fərqli millətdəki bir müsəlmandan daha çox sevmək və onu üstün görmək doğru deyil. İşdə İslam dini möminlər arasındakı bu cür ixtilafı qaldırmaq üçün din qardaşlığı əsasını gətirmişdir. Bir müsəlman hansı irqdən və millətdən olursa olsun bizim qardaşımızdır və yanımızda üstündür. Bu ölçülər içərisində öz millətimizi sevməmizin bir üzrlüsü yoxdur.

 

 

Prof. Dr. Alaaddin Başar



09-04-2010 12:42:06