Ana səhifə

Müsəlman bir qadının, əhli kitab olan bir kişi ilə evlənməsini qadağan edən hansı ayədir?


YazdırSend to friend
Sual Detayı: 
Müsəlman bir qadının, əhli kitab olan bir kişi ilə evlənməsini qadağan edən hansı ayədir? Belə bir əmr var?
Cavab: 

İslamın bütün hökmlərini Quranda görməyə cəhd edənlər, dinin ən az üçdə ikisini rəfə qaldırmış olarlar. Belə bir mühakimə, minlərlə İslam alimlərinin ortaq vurğusudur. Bu səbəblə, "ayədə açıqca qadağan edilməmişdir" deyərək Müsəlman bir qadının əhli kitab bir kişi ilə evlənə biləcəyi nəticəsinə çatsaq, İslamın yüzlərlə hökmünü eyni səbəblə dəyişdirməmiz lazımdır. Bunun din baxımından nə qədər dəhşətli bir şey olduğu ortadadır.

 

İslam alimləri aşağıdakı ayələrin ifadələrindən hərəkətlə, "Müsəlman bir qadının əhli kitab bir kişi ilə evlənə bilməyəcəyi" nəticəsinə varmışlardır:

 

1) "Müşrik qadınlar iman etmədikcə onlarla evlənməyin! Mömin bir nökər, xoşunuza gələn azad bir müşrik qadından daha xeyirlidir! Mömin qadınları da, onlar iman etmədikcə, müşriklərlə evləndirməyin;  Mömin bir kölə xoşunuza gedən azad bir müşrikdən daha xeyirlidir. Müşriklər sizi cəhənnəmə dəvət edərlər. Allah isə sizi Öz icazəsi ilə, cənnətə və bağışlamağa dəvət edər  və üzərində düşünüb lazımlı dərsi alsınlar deyə ayələrini insanlara açıqlayar. "(Bəqərə, 221).

 

2) Ey iman edənlər! Mömin xanımlar sizə qatılmaq üzrə hicrət etmiş olaraq gəldiklərində onları sınayın. Hərçənd Allah onların imanlarını çox yaxşı bilər. Amma siz də onların mömin olduqlarını anlarsınızsa, artıq onları kafirlərə geri göndərməyin. "(Mümtahinə, 10).

 

Bu ayələrdə "mömin qadınların müşriklərlə evlənə bilməyəcəyi" hökmünü ortaya qoyulmuşdur. Alimlər bu iki ayədən bu hökmləri çıxarmışlar:

a. Burada açıqca müşriklərdən danışılmış olsa belə, ilk ayədə iştirak edən "Müşriklər sizi cəhənnəmə dəvət edərlər"  tərcüməsindəki ifadədən "mömin qadınların müşriklər yanında əhli kitabdan olan kişilərlə də evlənə bilməyəcəyi" hökmünü qəbul etmək lazımdır. Çünki, ailədə kişi daim istiqamətləndirici, idarəçi və rəis hökmündə olduğundan qadınların dinlərini dəyişdirmələrinə səbəb olma ehtimalı qüvvətlidir. (Fətvayyi Hindiyyə 11/330)

b. "Allah, möminlərin əleyhinə kafirlərə əsla bir yol verməyəcək. "(Nisa,141) tərcüməsindəki ayənin ifadəsində də kafirlərin Müsəlmanlara hakim olmaları qadağan edilmişdir. Kişi qadın üzərində bir cür hakim olduğuna görə, Müsəlman qadının kafir kişilərlə evlənməsinin caiz olmadığına da bir dəlildir. (bx. V. Zuhayli, el-Fıkhu'l_İslam, 7/152).

c. Ayrıca, ailənin dinclik və barışında ən böyük amil, yoldaşların fikir və düşüncə planında uyğunlaşma içərisində olmalarıdır. Hətta İslamda yoldaşlar arasında bərabərliyin axtarılması, bu dinclik və barışı təmin etməyə istiqamətlidir. Bu bərabərliyin ən əhəmiyyətlisi, fikir və düşüncə planında əksləri olan dini düşüncə və inanclardır. Mövzuya bu baxımdan baxıldığında, İslamda Müsəlman kişinin əhli kitab qadınla evlənməsinə icazə verilməsinə qarşılıq, Müsəlman qadının əhli kitab bir kişi ilə evlənməsinə icazə verilməməsinin hikmətini də anlamış olacayıq. Çünki, Müsəlman ər, əhli kitabdan olan yoldaşının -Allaha, axirətə, peyğəmbərlərə, mələklərə, qədərə iman kimi- inancının təməl əsaslarını qəbul etməkdədir. Bu baxımdan xanımının təməl inanclarına tərs düşəcək bir yolu izləməz və ailənin dinclik və barışını zədələyəcək bir tutum içinə girməz. Halbuki, əhli kitabdan bir ər, Müsəlman yoldaşının inandığı ən fundamental inancı olan Hz. Məhəmməd (s.ə.s.)ın peyğəmbərliyinə, Quranın Allahın kəlamı olduğuna inanmadığı üçün, ailə dincliyini pozacaq tutumlar içərisinə girmə ehtimalı çox qüvvətlidir. (bx. Zuhayli, 7/153).

 

Müsəlman olmayan bir kişi əgər Müsəlman olsa, o təqdirdə Müsəlman bir qadının onunla evlənməsi halal olar.



17-01-2010 02:34:01

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz