Ana səhifə

Müsəlman olaraq seçilmək və fetrət əhli haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Müsəlman olaraq seçilmək və fetrət əhli haqqında məlumat verərsiniz?
Cavab: 

Əvvəla bu həqiqəti xatırlatmaqla mövzuya başlamaqda fayda vardır. Hesab soruşmaq, ancaq Allahu Azimüşşanın haqqıdır. Məxluqatın Ona sual və hesab soruşmağa haqqı yoxdur.

 

Ümumi mülkün yeganə sahibi, tək hakimi Allahu Azi-müşşandır. O Sultanı Əzəl və Əbəd öz mülkündə əlbəttə dilədiyi kimi hökm edər. Amma O Ədalətli Hakim və Rəhmi Mütləqin bütün tasarrufatı hakimanə, rəhmanə və adilənədir. Heç kim Onun məxluqatına Ondan başqa şəfqətli və mərhəmətli ola bilməz.

Qədər və ədalətlə əlaqədar məsələlərin tədqiqində bu həqiqətin gözdən uzaq tutulmaması lazımdır. Hər bir insanın, bu aləmdə içində olduğu fərqli həyat şərtləri, fərd, ailə və qohum dairələrində qarşılaşdığı ayrı-ayrı məsələləri, məişət (dolanışıq) nöqtəsindəki dəyişik problemləri və nəhayət içində olduğu məmləkətin özünə xas ictimai quruluşuyla ayrı bir dünyası vardır. Hikmətlərini haqqıyla bilmədiyimiz, lakin ədalətli olduğundan da şübhə etmədiyimiz bu İlahi təqdimatın nəticələri axirətdə, uca ədalət günündə sərgilənəcək, Zilzal Surəsində də bəyan buyurulduğu kimi zərrə qədər xeyr və zərrə qədər şərin hesabı orada görüləcək.

 

Bu dünyada faydalı sanılan bir çox hallar, orada məsuliyyətinin ağırlığı ilə qulun böyük bir yükü olarkən, zəhmət və məşəqqət olaraq görünən nə qədər hadisələr -səbr etmək şərtiylə- orada günahların bağışlanmasına vəsilə olacaq.

 

Həşir meydanı, heyvanların belə gərək insanlardan və gərəksə bir-birilərindən olan haqqlarının alınacağı, hətta bir kafirin Müsəlmanda olan haqqının da hesaba qatılacağı bir uca ədalət divanı olaraq insanları gözləməkdədir. Heyvanların bir-birində olan kiçik haqqlarını belə, mahiyyətini bilmədiyimiz həssas bir tərəzi ilə dartan O Ədalətli Mütləq, əlbəttə ki insanları da o mütləq ədaləti ilə mühakimə edəcək.

 

Bir qisim insanların, Qədər və İlahi ədalət nöqtəsindəki vəsvəsələri, bu ədalət gününü düşünməməkdən irəli gəlməkdədir. O günü düşünmədən, bir cəhətdə yolun ortası olan bu dünyada, İlahi ədalətin qulların imtahan şərtlərindəki təcəllisini layiqi ilə anlamamız, əlbəttə qeyri-mümkündür.

 

Zərrə qədər şərin diqqətə alınacağı o ədalət günündə, İlahi ədalətə böhtan atanların da hesaba çəkiləcəyi gözdən uzaq tutulmamalıdır. Aydın olmayan məsələlərə etiraz etmək yerinə, maraqla əyilmək və öyrənmək ağıl və hikmətin tələbidir. Həm bir cür ibadətdir. Cənabı Haqq, Qurani Kərimində:

 

"Allah, adama ancaq gücünün çatacağı qədər yükləyər" (Bəqərə Surəsi, ayə: 286.) buyurmaqla, qullarına götürə bilməyəcəkləri yükləri yükləmədiyini bildirməkdədir. İnsanın bədəninin taqət gətirə bilməyəcəyi və ya mal varlığının kafi gəlməyəcəyi yüklər olduğu kimi, ağlının da tək başına çata bilməyəcəyi həqiqətlər vardır. Bunların hamısı, qullara çəkə bilməyəcəkləri yüklərin yüklənmədiyi həqiqəti içərisindədir. Mövzunu bəzi misallarla açıqlayaq:

 

- Ayaqda dayana bilməyəcək qədər xəstə olan bir kimsə, namazını oturaraq qılar.

- Otura bilməyəcək və tərpənə bilməyəcək vəziyyətdə olan bir xəstənin isə namazı təxirə salar.

- Ramazanda unudaraq yemək yeyən kimsənin orucu pozulmaz.

- Özünə zorla haram bir şey yedirilən kimsə məsul olmaz.

- Kasıb bir Müsəlmana həccə getmək və zəkat vermək fərz deyil.

 

 

 

 Bəzi üləmaya görə əhli fetrət üç qisimdir:

Birincisi, fetrət zamanında yaşadıqları halda ağıl və nəzərləriylə Allahı təsdiq edənlərdir, bunlar əhli Cənnətdir.

İkincisi, Cənabı Allaha şərik qoşanlardır, bunlar da əhli nardır.

Üçüncüsü, qəflət üzrə olub fikiri Üluhiyyətdən zahil olanlardır. İxtilaf bu qisim haqqındadır. "

 

Yuxarıdakı ifadələrin sadələşdirilmiş şəkli:

 

"Fetrət zamanında yaşayan və özlərinə peyğəmbər səsi çatmayan kəslər də, Cənabı Haqqa iman etməklə mükəlləfdir. Çünki, ağılları, pozulmamış fitrətləri özlərini Allahı bilməyə və birliyinə inanmağa aparar. Lakin, bunlar digər dini hökmlərdən məsul deyildirlər. Çünki, bu kimi hökmlər, peyğəmbərlər tarlasından təbliğ edilmədikcə ağılla aydın ola bilməz.

 

Fetrət, kəsilmə mənasınadır, peyğəmbərlərin göndərilməsinə ara verilərək, İlahi vəhyin kəsildiyi zamana deyilir. Xüsusi ilə Hz. İsa ilə son Peyğəmbər Hz. Məhəmməd (s.ə.s.) arasında keçən zaman üçün istifadə edilər. Belə bir zamanın insanlarına fetrət dövründə yaşayan kəslər deyilər.

 

Peyğəmbərimizin, peyğəmbər olaraq göndərilməsindən sonra, dünyaya gəldikləri halda, tək olaraq, dağ başında və ya dünyanın bilinməyən bir yerində yaşadıqları üçün özlərinə İslamın səsi çatmayan Huluslar da, fetrət zamanında yaşamış insanlar hökmündədir.

 

Bu səbəbdən bunlar bu cəhətlə üzrlü sayıldıqlarından namaz, oruc kimi dini hökmlərlə mükəlləf olmazlar. Ancaq, Cənabı Haqqa iman etmənin bunlara fərz olub olmaması barəsində ixtilaf vardır.

 

 

 

 

Məmməd Qırxıncı -Qədər Nədir-



11-01-2010 09:01:30

Düğüme özel