Ana səhifə

Müsəlmanların qarşı cinsdən olan bir insanla çatlaşması, normal mövzularda forum saytlarında, internetdə (msn) danışması caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Flört və qarşı cinslə yazışmağa dinimiz necə yanaşır?
Cavab: 

     Bir müsəlmanın başqa müsəlman qardaşları ilə istər qarşılıqlı istərsə virtual mühitdə olsun danışıb dərdləşməsi gözəl bir şeydir. Ancaq bu eyni cins olanlar üçündür. Bir kişinin bir qadınla danışması isə bəzi yönlərdən diqqət etməyi tələb edir.

     Məsələn eşq, sevgi, qeybət, yalan və şəhvani hissləri oyandıran şeylərdən olsa, bu qətiyyən doğru deyildir. Bu mövzuda şəxsin evli və ya subay olması fərq etməz. Evli birinin günahı isə daha çox olar.

     Lakin dini mövzularda Allahı, ölümü, axirəti və dini duyğu və düşüncələri xatırladan söhbətlər olarsa əlbəttə bunlar qadağan olmadığı kimi savabı da vardır. Ölçünüz bu olmalıdır. Bu ölçülərlə hərəkət etdiyiniz zaman günaha girməyəcəyinizi və özünüzü qoruyacağınızı söyləyə bilərik. Ayrıca etdiyiniz işi bir də vicdanınızdan soruşmanızı tövsiyə edirik. Vicdanınız rahat deyilsə o işdən imtina edin.

     Evlənməyi düşünənlərin, yanlarında qohumlarından bir adam olmaq şərtiylə bir yerdə oturub yalnız danışmaları caizdir, hətta sünnədir. Lakin eşqbazlıq tərzi əlaqələrdə qadın və kişinin yanlarında qohumları olsa belə danışmaları caiz deyildir. Dinimiz zinanı qadağan etdiyi və haram saydığı kimi, zinaya aparan yolları da qapamış və haram saymışdır.

     Eyni şəkildə də internetdən tanışılan biri ilə istədiyiniz kimi havadan sudan danışmaq və çatlaşmaq caiz deyildir. Əgər ona İslamiyyəti izah edib sevdirməyə çalışsanız, o başqa məsələdir. Yoxsa başqa tərzdə danışıb söhbət etmək insanı yanlış nəticələrə aparacağından caiz görülməməkdədir.

    Bundan başqa sağlam ailələrin və ailə bağlarının qurula bilməsi və təsis edilə bilməsi üçün, evliliyin sağlam təməllərə dayandırılması lazımdır. Bu səbəblə İslamiyyət görücü üsulunu təşviq etməklə yanaşı, namizədlərin bir-birləriylə görüşməsini də əsas qəbul etmişdir.

    Buradan yola çıxaraq deyə bilərik ki, bir-birlərini heç tanımayan və ailəvi də tanış olmayan iki şəxsin internetdə bir-birlərinə verdikləri ifadələrə güvənib də evlilik kimi ciddi bir işə yönəlmələri lazımdır. Çünki bu şəkildə bir tanışlıq zərərlə nəticələnə bilər. Bizim qənaətimiz sizin və ya hər hansı bir insanın belə bir üsulla evliliyi seçməməsidir.

    Evlənmək istədiyim qızla nişanlı və ya sözlü deyilimsə islami cəhətdən görüşməyimizə icazə vardırmı?



01-10-2016 09:38:23

Düğüme özel