Ana səhifə

Muhərrəm ayı və Aşura günü orucu


YazdırSend to friend
Sual Detayı: 
Muhərrəm ayı və Aşura günü orucu
Cavab: 

 

İbni Abbas Radiyallahu Anhumə rəvayət edir:

Peyğəmbərimiz Sallallahu Aleyhi Vəsəlləm Mədinəyə hicrət etdikdən sonra orada yaşayan Yəhudilərin oruclu olduqlarını öyrəndi.

"Bu nə orucudur?"  deyə soruşdu.

Yəhudilər, "Bu gün Allahın Musanı düşmənlərindən qurtardığı, Fironu boğdurduğu gündür. Hz. Musa Əleyhissalam şükür olaraq bu gün oruc tutmuşdur "dedilər.

 

Bunun üzərinə Rəsulullah Sallallahu Aleyhi Vəsəlləm də, "Biz Musanın sünnəsini əhya etməyə sizdən daha çox yaxın və haqq sahibiyik" buyurdu və o gün oruc tutdu, tutulmasını da əmr etdi. (Əbu Davud, Savm: 64) Bu barədə Həzrəti Aişə anamız deyir ki:

 

"Aşura, Qureyş qəbiləsinin Cahiliyyə dövründə oruc tutduğu bir gün idi. Rəsulullah Sallallahu Aleyhi Vəsəlləm də buna uyğun hərəkət edirdi.

 

Mədinəyə hicrət edən kimi bu orucu davam etdirdi və başqalarına da əmr etdi. Lakin Ramazan orucu fərz qılınan kimi özü Aşura günündə oruc tutmağı buraxdı.

 

Bundan sonra müsəlmanlardan istəyən bu gündə oruc tutdu, istəyən tutmadı. "(Buxari, Savm: 69)

Bu barədə başqa bir rəvayət də belədir:

 

Qeys ibni Səd ibni Ubadə Radiyallahu Anhumə deyir:

 

"Biz Aşura günü oruc tutur və sədəqəsini ödəyirdik. Ramazan orucunun fərz olması və zəkat əmri enən kimi artıq onunla əmr olunmadıq, ondan yasaqlanmadıq amma biz onu edirdik. "(Nəsai, Zəkat: 35)

Aşura orucunun fəziləti haqqında da bu tərcümədə hədislər zikr edilir.

 

Bir zat Peyğəmbərimiz Sallallahu Aleyhi Vəsəlləmin yanına gəldi vəsoruşdu:

 

"Ramazandan sonra nə vaxt oruc tutmağımı tövsiyyə edirsiniz?"

 

Peyğəmbərimiz Sallallahu Aleyhi Vəsəlləm, "Muhərrəm ayında oruc tut. Çünki o, Allahın ayıdır. Onda elə bir gün vardır ki, Allah o gündə bir qövmün tövbəsini qəbul edib və o gündə başqa bir qövmü də əfv edə bilər "buyurdu. (Tirmizi, Savm: 40)

Yenə Tirmizidə ​​keçən bir hədisdə Peyğəmbərimiz Sallallahu Aleyhi Vəsəlləm belə buyurmuşdur:

 

"Aşura günündə tutulan orucun Allah qatında o gündən əvvəl bir ilin günahlarına kəffarə olacağını qüvvətlə ümid edirəm." (Tirmizi, Savm: 47)

"Ramazan ayından sonra ən fəzilətli oruc  Allahın ayı olan Muhərrəm ayında tutulan orucdur" (İbni Macə, Sıyam: 43) hədisi-şərifi isə bu günlərdə tutulan orucun fəzilətini ifadə edir.

 

Bu hədisin şərhində İmam Qəzali "Muhərrəm ayı Hicri ilin başlanğıcıdır. Belə bir ili oruc kimi xeyirli bir təmələ söykəmək daha gözəl olar. Bərəkətinin davamından da ümid edilir " deyir.

 

Bundan başqa "Hər kim Muhərrəm ayında bir gün oruc tutarsa, o kəsin tutduğu hər bir günə qarşılıq olaraq ona otuz savab verilər" mənasında bir hədis vardır. Ancaq səhhəti mövzusunda bir məlumata rastlaya bilmədik. (bax. Kənzul-Ummal, 8/572)

 

İstər Yəhudilərə bənzəməmək, istərsə də orucu tam Aşura gününə bərabər gətirməmək üçün Muhərrəmin doqquzuncu, onuncu və on birinci günlərində oruc tutulması tövsiyyə edilmişdir.

Yazıçı:

Mehmet Paksu



03-10-2016 07:42:30