Ana səhifə

Nə üçün Allah?


YazdırSend to friend
Sual Detayı: 
Heç bir şey yoxdan öz-özünə var ola bilməz. Onda bir şey həmişə var idi. Bu şey ağılsız, gücsüz də ola bilməz. Çünki insan kimi sənətli bir canlını meydana gətirib. Elə isə bu yaradıcı çox güclü və bilikli biridir. Amma bu yaradanın Allah olduğu bilinə bilməz. Başqa bir yaradıcı da ola bilər. Allahın hər şeyə gücü yetər bu yaradanın hər şeyə gücü çatmaya da bilər, amma yenə də güclüdür. Çünki insanı yaradıb. Bu yaradan hər şeyi bilmiyə də bilər. Bəlkə də bildiklərim ən son sərhəddi insan kimi bir canlı yaratmaqdır. Quranı və peyğəmbərləri göndərib. Amma belə ki: Bu yaradan bu peyğəmbərlərə özünü sonsuz gücdə tanıtmış və yalan söyləmiş də ola bilər. Yəni yaradanın Allah olduğunu bilmirik. Məntiqlə yalançı hər şeyi bilməyən bir yaradıcı da ola bilər. Bu mümkündür deyən birinə nə cavab verməliyik? Bizi yaradanın Allah olduğunu necə bilə bilərik?
Cavab: 

 

Əvvəla sualda istifadə edilən məntiq özü öz içində içində ziddiyyətlidir.

Çünki "Allahın hər şeyə gücü yetər" mühakiməsi, nəzəri bir iddia deyildir. Əksinə

burada istifadə edilən "hər şey" ifadəsi kainatda var olan hər şeyi əhatə etdiyi kimi, var

olmayanları da var etməməklə əhatə edir.

Yəni "Allahın hər şeyə gücü yetər" demək, həm var etməyə, həm də var etməməyə

gücü yetər mənasına gəlir. Bu isə onsuz da (var olanlar və olmayanlar) reallığı ortaya

qoyur.

Bu səbəbdən, var olanları var etməyə və var olmayanları da var etməməyə gücü

çatan bir yaradıcıdır.

"Məlumatının son sərhəddi olan insan .." ifadəsi də problemlidir.

Çünki yaradılmış olan insanın məlumatının da bir sərhəddi yoxdur. Nə qədər

yeni məlumat olursa olsun onları bilməyə qadir bir mahiyyət sözün mövzusudur. İnsan

məlumatının sərhədləri yoxdur. Yalnız sonsuz bir şəkildə irəliləyən bir məlumatlanma

prosesi sözün mövzusudur.

O halda yaradıcının məlumatının sərhəddindən danışmaq əbəsdir.

Digər əsassız ifadə isə "yalan" anlayışı ilə yaradıcının əlaqələndirilməsidir.

Çünki "yalan" bir şeyi elə olmadığını bildiyi halda olduğundan fərqli göstərməkdir. Var

olan və var edilməyən şeylərin hamısı, olduqları kimidirlər. Öz gerçəkliklərinin

fenomenləridirlər.

Yalan yalnız şeytanda və bir şeytan əməli olaraq insanda mövcuddur. Bunun səbəbi

isə əsl gerçəklik Allah olduğu halda bu həqiqətə əsaslanmamaqdan qaynaqlanan

istisna halıdır. Bu istisna halı da nəticədə doğrunu ifadə edir. İfadə edilən doğru isə

Allaha əsaslanmama gerçəkliyindən ibarətdir.

Ancaq bu əsaslanmama faktiki bir gerçəklik olmayıb, vəhmi (qondarma) bir dil

oyunundan ibarətdir. Çünki bu əməliyyat da ilahi təqdirin məlumatı və izni daxilində

yaradılır.

Əgər bu icazə verilməmiş olsa, insanın azad iradəsindən də bəhs edilə bilməzdi. Bu

səbəbdən iradənin gərəyi fərdlər (işi görən) üçün layiq olduqları dərəcələnmədən söhbət

gedə bilməzdi.

Nəticədə Allah ismi-şərifi dəlalət etdiyi uca Yaradıcımızın camiliyidir (əhatə

edicilik) .

Allah sözü, Cövşən adlı Peyğəmbər Əfəndimizin (s.ə.s.) duasında, min bir olaraq ifadə

edilən bütün ilahi xüsusiyyət və isimlərin cəmindən zühur edən zatlığın ismidir.

Yenə "min" "bir" ifadəsi ilə çoxluq və birlik arasındakı paradoksal ziddiyyəti bir

araya gətirən mənasını da ifadə edilir.

Yenə hədislərdə bəyan edilən 99 Əsma isə, Allah adının içindəki əsmaları sayır, onların

cəmi olaraq yüzüncü də Allah ismi olur.

Bu isimlərdən biri də "sadiqul-vəd" doğru sözlü olandır (vədində sadiq olan).

Yaradılmış olan insanların hansı dindən, hansı fikirdən olursa olsun şeytanlaşmamış bir

şəkildə vicdanı korlanmamış hansından soruşsaq, yalanı rədd edəcəkdir.

Üstəlik bu bütün insanların doğuşdan gətirdiyi bir dəyərdir.

O halda bu yalanı rədd etmə və qəbul etməmə Yaradandan qaynaqlanmaqdadır.

Allah ismi eyni zamanda bir negation (inkar edici) olaraq bəzi xüsusiyyətləri də rədd

edir.

Buna görə yalan söyləyən, zülm edən, əbəs məşğul olan Allah ola bilməz.

Halbuki  Allahdan başqa tarix boyunca qəbul edilən saxta ilahlar hər cür qeyri əxlaqi

xüsusiyyətlərə sahibdirlər.

Bu mövzuda antik Yunan mifologiyası batil etiqadların tanrı anlayışlarının absurdluğunu

qəti olaraq ortaya qoyur.

Unudulmamalıdır ki, həm məntiqi olaraq, həm də faktiki olaraq, Allah bütün nöqsan

sifətlərdən münəzzəh olma və bütün kamil sifətləri ilə də vəsflənmiş olma

mərtəbəsinin adıdır.

Dekartın ontoloji sübutunda ifadə etdiyi kimi, bu mərtəbənin məlumatı zehnimizdə

mövcuddur. Bu məlumat bizə nöqsan olan özümüzdən, ya da kainatdan gələ

bilməyəcəyinə görə açıqdır ki, bizim və kainatın xaricindəki yaradıcımızdan gəlir və

onun zatına xas olan bu mərtəbənin ismi də Allahdır.



17-12-2016 11:19:42

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz