Ana səhifə

Nə üçün hər insanın iradəsi fərqlidir?


YazdırSend to friend
Sual Detayı: 
Nə üçün hər insanın iradəsi fərqlidir?
Cavab: 

    - Allah, imtahana tabe tutduğu hər insana imtahanı qazana biləcək qədər təchizat vermişdir. Bu təchizata sahib olmayan, məsələn uşaq və ağıl qüsuru olan insanları məsul tutmamışdır.

    - Hər insana verilən iradə gücü, imtahanı qazana biləcək qüvvətə sahibdir. Əks halda onsuz da ədalətli bir imtahandan söz edilə bilməz.

    Ancaq Allah, insana verdiyi azad iradəsini əlindən alacaq şəkildə, hər kəsi doğruları etməyə məcbur etməz. Bu halda insanlar bir kukladan ibarət olar.

    - Dünya imtahanında çalışanlar qazanar, tənbəllər məğlub olar. Din imtahanı da belədir. Əgər Allah hər kəsi imtahandan keçirmək üçün planlar hazırlasa, bu təqdirdə imtahan ciddiliyini itirib bir oyun və əyləncədən ibarət qaldığı kimi, çalışqanlarla tənbəlləri, ağılını istifadə edənlərlə nəfsini  istifadə edənləri, ülvi duyğuları qane etməyə çalışanlarla süfli duyğularını qane etməyə çalışanları, xülasə fəzilətli insanlarla rəzil insanları eyni tərəzinin gözünə qoymuş olacaqdır .

    Halbuki imtahanın varlığı onsuz da bu iki sinif insanı ayırd etmək üçündür.

    "Allah heç kəsə gücünün çatacağından başqa yük yükləməz. Hər kəsin qazandığı xeyir özünə, etdiyi pisliyinzərəri yenə özünədir. "(Bəqərə, 2/286)



02-04-2017 02:40:27