Nəsh və Mənsuh Nə Deməkdir?


Əmr və qadağanlarla əlaqədar şəri (dini) bir hökmün, ondan sonra gələn şəri bir dəlil (hökm) ilə qaldırılması, istifadəsinin sona çatdığının xəbər verilməsi, açıqlanması Hökmü qaldırılan dəlilə, nəsih; qaldırılan hökmə mənsuh deyilir
Peyğəmbər əfəndimiz (s.ə.s.) Mədinəyə hicrət etdikdən sonra bir müddət Qüdsdəki Məscidi Axsaya yönələrək namaz qılırdı. Bu, Rəsulullahın hərəkəti (işlə əlaqədar) bir sünnəti idi Sonra bu sünnə, " (Ey Məhəmməd s.ə.s.!) Sənin, üzünü göyə doğru çevirdiyini görürük Bunun üçün səni razı olduğun qibləyə çevirəcəyik İndi, üzünü (Məkkəyə) Məscidi haram (Kəbə) tərəfinə çevir Harada olursunuzsa olun üzünüzü o məscid tərəfinə çevirin" tərcüməsindəki Bəqərə surəsinin yüz qırx dördüncü ayəsi ilə nəsh edilmişdir (Fahreddin Razi)
Məhəmməd (s.ə.s.) peyğəmbərlərin sonuncusudur Onun dini bütün dinləri nəsh etmişdir Onun kitabı, keçmiş kitabların ən yaxşısıdır Əvvəlki şəriətlərin (haqq dinlərin) hamısını özündə yığmışdır Onun şəriəti qiyamətə qədər davam edəcək. Kimsə tərəfindən dəyişdirilməyəcəkdir İsa (ə.s.) göydən enəcək, Onun şəriəti (dini) ilə əməl edəcək, yəni Onun ümməti olacaq (İmamı Rəbbani)
Bir hökmün nəsh və ya mənsuh olduğu ya Peyğəmbər əfəndimizin bildirməsi ilə və ya Əshabın açıq bildirməsi ilə və ya iki bir-birinə zidd dəlilin (ayənin) enməsi və ya hədislərdə vürud (gəlmə, buyurulma) tarixləri ilə ilə və ya haqqında icma baş verməsi ilə bilinər. (Molla Hüsrəv, Həddimi)
Allahu təala qulları haqqında dilədiyi kimi qənaət edə bilər; qullarını bir zaman bir hökmə, başqa bir zaman da başqa bir hökmə tabe tuta bilər Buna kimsə etiraz edə bilməz Allahu təala, hikmət sahibi və qullarına çox mərhəmətli olduğu üçün, qullarının faydaları üçün bəzi hökmləri nəsh edə bilər Zamanın dəyişməsi ilə insanların məsləhətləri, faydalarına olan şeylər dəyişə biləcəyi üçün, bəzi hökmlərdə nəshin meydana gəlməsi ağlan caizdir, mümkündür. Bu vəziyyət canlı da mümkündür və olmuşdur da Necə ki, Adəm (ə.s.) zamanında bacı ilə evlənmək caiz ikən, ondan sonra gələn şəriətlərdə (haqq dinlərdə) bu xüsus nəsh edilmişdir Yenə Yaqub (ə.s.) zamanında iki bacını bir kişi alması caiz ikən, İslam bunu nəsh etmişdir (Fahreddin Razi, İmamı Suyuti)
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.