Ana səhifə

Namaz necə qılınar?


YazdırSend to friend
Sual Detayı: 
Namaz necə qılınar? Namazların qılınışı haqqında məlumat və namazda oxunan surə və duaları göndərərsiniz?
Cavab: 

Namaz müəllimi kimi kiçik kitablarda bu kimi məlumatlar gözəl bir şəkildə izah edilmişdir. Belə bir ilmihal kitabı alaraq namaz mövzusunda nələri öyrənməniz lazım olduğuna baxabilərsiniz.

 

Səhər Namazının Qılınışı:

 

Səhər namazı iki rükət sünnət, iki rükət də fərz olmaq üzrə dörd rükətdən ibarətdir. Əvvəl sünnət qılınar.

 

Belə ki: Namazın şərtlərinin hamısı yerinə yetirildikdən sonra, qibləyə dönülüb səhər namazının sünnətini qılmağa ürəkdən niyyət edilər. Dil ilə yavaş: "Niyyət etdim Allah rizası üçün səhər namazının sünnətini qılmağa" deyilər. Bundan sonra, əllər qulaqların xəttinə qədər qaldırılıb, baş barmaqlar qulaq yumşağına dəydirilər. Və ovuc içləri Kəbəyə dönük şəkildə barmaq araları açılar və "Allahu Əkbər" deyilərək iftitah təkbiri alınar. Təkbir alındıqdan sonra sağ əl ilə sol əlin biləyi tutularaq, əllər göbəyin altına qoyular. (Qadınlar isə təkbir alarkən əllərini çiyin xəttinə qaldırıb sinələri üzərinə bağlarlar. Sağ əli sol əlin üzərinə qoyarlar.

 

Əllər də bu şəkildə bağlandıqdan sonra, əvvəl Sübhaneke oxunar. Sonra Əuzu-Bismillah deyilərək Fatihə Surəsi sonuna qədər oxunub "amin" deyilər. Fatihədən sonra zammı surə oxunar. Beləcə namazın qıyam və qiraət rüknləri tamamlanmış olar. Qiraət bitincə əllər yanlara salınar və Allahu Əkbər deyilərək rükuya gedilər. Rükuda barmaq araları açıq olaraq əllərlə diz qapaqları tutular. Kürək və bel yerə paralel olaraq düz hala gətirilər. Ayaqlar da bükülmədən dik tutular. Rükuda ikən üç dəfə "Sübhanə rabbiyəl-azim" deyilir. (Rüku' halında qadınlar barmaq aralarını açmazlar və dizlərini tutmazlar, yalnız əllərini dizləri üzərinə qoyarlar. Ayrıca dizlərini də dik deyil bükük saxlayarlar. Yerə paralel olacaq şəkildə əyilmələri də lazım deyildir.)

 

Sonra "Səmiallahu limən həmidəh" deyərək rükudan qalxılar. Ayaqda ikən "Rabbəna ləkəl-həmd" deyilir. Sonra "Allahu Əkbər" deyilərək səcdəyə gedilər. Səcdəyə gedərkən əvvəl dizlər, sonra əllər qoyular. Baş da əllər arasına qoyularaq alın və burun yerə yapışdırılar. Səcdədə əl və ayaq barmaqları qibləyə dönük tutular. (Qadınlar səcdədə qollarını yanlarına qarınlarına yapışdırar və yerə doğru enər və yapışarlar.) Səcdədə üç dəfə "Sübhanə rabbiyəl-a'la" deyilir. Sonra "Allahu Əkbər" deyərək səcdədən qalxılıb bir dəfə "Sübhanallah" deyəcək qədər oturular. Sonra təkrar "Allahu Əkbər" deyilərək eyni şəkildə ikinci bir səcdə edilər. İkinci səcdənin təsbehləri deyildikdən sonra "Allahu Əkbər" deyilərək təkrar ayağa qalxılar. Beləcə birinci rükət bitmiş ikinci rükətə qalxılmış olar. İkinci rükətdə yalnız Bismillah çəkilərək Fatihə və zammı surə oxunar. Yuxarıda təsvir etdiyimiz şəkildə rükuya və səcdəyə gedilər. İkinci səcdədən sonra sol ayaq yerə yayılıb üstünə oturular. Sağ ayaq isə barmaqları qibləyə dönük şəkildə içəri qıvrılar. İki səcdə arasındakı oturuşlar da eynilə belədir. (Qadınlar ayaqlarını sağ tərəfə yatırdaraq oturarlar). Bu oturuşda əvvəl "Təhıyyat" oxunar. Arxasından "salavatlar və dualar" oxunar. Duaların oxunuşu bitincə əvvəl sağ tərəfə dönülərək: "Əssələmi əleykum və rahmətullah" deyə salam verilər. Sonra da sol tərəfə eyni şəkildə salam verilər.

 

Beləcə iki rükətli səhər namazının sünnəti bitmiş olar. Səhər namazının sünnətinin bütün qiraət, təsbeh və təkbirləri gizli olaraq edilər. Səhərin fərzi də eynilə sünnəti kimi qılınar. Yalnız başda niyyət edərkən "Bu günki səhər namazının fərzini qılmağa" deyə niyyət edilər. Bir də niyyətdən əvvəl iqamə oxunar. (Qadınlar iqamə oxumazlar). Səhər namazının fərzinin qiraətləri səsnən oxuna bilər.

 

Günorta Namazının Qılınışı:

 

Günorta namazı dörd rükət sünnə, dörd rükət fərz və iki rükət də son sünnət olmaq üzrə on rükətdir. Əvvəl sünnəti qılınar. Sünnəti qılmaq üçün əvvəla bu şəkildə niyyət edilər: "Niyyət etdim ya Rəbbi bu günki günorta namazının sünnətini qılmağa..." Sonra eynilə səhər namazının sünnəti kimi iki rükət qılınar. İkinci rükətdə oturulduğunda yalnız "Təhıyyat" oxunar. Salavat və dualar oxunmadan "Allahu Əkbər" deyərək üçüncü rükətə qalxılar. Üçüncü və dördüncü rükətlər də eynilə birinci və ikinci rükətlər kimi qılındıqdan sonra, ikinci dəfə oturular. Bu oturuşda Təhıyyat ilə birgə salavat və dualar da oxunaraq salam verilər. Beləcə günortanın sünnəti tamamlanmış olar. Üçüncü rükətə qalxıldığında Fatihədən əvvəl yalnız Bismillah çəkilər. "Sübhanəkə və əuzu" oxunmaz.

 

Günortanın fərzi də sünnəti kimidir. Tək niyyət edərkən günortanın fərzini etməyə niyyət edilər. Bir də üçüncü və dördüncü rükətlərdə yalnız Fatihə oxunar, zammı surə oxunmaz. Bu, yalnız günortanın fərzində deyil, bütün fərz namazlarda belədir. İlk iki rükətdə zammı surə oxunar. Üç və dördüncü rükətlərdə oxunmaz.

 

Günortanın son sünnəti də eynilə səhərin sünnəti kimi qılınar. Yalnız niyyət edərkən "günortanın son sünnətinə" deyə niyyət edilər. Günortanın sünnə və fərzində qiraət gizli edilər.

 

Əsr Namazının Qılınışı:

 

Əsr namazı, dördü sünnət, dördü də fərz olmaq üzrə səkkiz rükətdir. Əvvəl sünnəti qılınar. Əvvəla: "Bu günki əsrin sünnətini qılmağa" deyə niyyət edilər. Sonra eynilə günortanın sünnəti kimi qılınar. Tək ikinci rükətin sonundakı ilk oturuşda, günortanın sünnətində yalnız "Təhıyyat" oxunarkən, əsrin sünnətində salavatlar da oxunar. Dualar oxunmadan, "Allahu Əkbər" deyilərək üçüncü rükətə qalxılar. Üçüncü rükətdə də namaza yenidən başlanar kimi, "Sübhanəkə" oxunaraq "Euzə-Bismillah" çəkilər və Fatihə ilə zammı surə oxunar. Dördüncü rükət isə günortanınkı kimi normal şəkildə qılınar.

 

Əsrin fərzi, günortanın fərzi kimidir. Yalnız niyyətlər fərqlidir. Əsr də günorta kimi gizli oxuyuşla qılınar.

 

Axşam Namazının Qılınışı:

 

Axşam namazı üçü fərz, ikisi sünnət olmaq üzrə beş rükətdir. Əvvəl fərz qılınar. Əvvəl axşamın fərzinə niyyət edilərək namaza durular. İlk iki rükət digər namazların fərzləri kimi qılındıqdan sonra oturular. Yalnız "Təhıyyat" oxunaraq üçüncü rükətə qalxılar. Üçüncü rükətdə yalnız Fatihə oxunaraq rükuya və səcdəyə gedilər. Səcdələr bitincə ikinci dəfə oturular. Təhıyyat, salavat və dualar oxunaraq salam verilər.

 

Fərzdən sonra sünnətə niyyət edilərək eynilə səhərin sünnəti kimi iki rükət sünnət qılınar. Axşam namazının fərzi də, səhərin fərzi kimi yəni səsli bir oxuyuşla qılına bilər.

 

Şam Namazının Qılınışı:

 

Şam namazı, dördü sünnət, dördü fərz, ikisi son sünnət və üçü də vitr olmaq üzrə on üç rükətdir. Şamın sünnəti əvvəl niyyət edilərək eynilə, əsrin sünnəti kimi qılınar. Yəni ilk oturuşda, Təhıyyatdan sonra salavatlar da oxunar.

 

Şamın fərzinin qılınışı isə, niyyət xaric günorta və əsrin fərzinin eynisidir.

 

Son sünnət də, axşamın sünnətiylə eyni şəkildə qılınar. Fərq yalnız niyyətlərdədir.

 

Vitr Namazının Qılınışı:

 

Vitr namazı isə üç rükətdir. Qılınışı belədir: Əvvəl niyyət edilərək namaza durular. Birinci və ikinci rükətlər eynilə səhərin sünnətində təsvir etdiyimiz şəkildə qılınar. İkinci rükətin sonunda oturular, Təhıyyat oxunaraq üçüncü rükətə qalxılar. Üçüncü rükətdə Bismillah çəkilib Fatihə və zammı surə oxunar. Bundan sonra rükuya əyilməyərək əllər qulaqlara qaldırılıb təkbir alınar. Və təkrar əllər bağlanıb, kunut duaları oxunar. Kunut duaları bitdikdən sonra rüku' və səcdəyə gedilər. Səcdədən sonra oturularaq Təhıyyat, salavat və dualar oxunaraq salam verilər.

 

Kunut duasını bilməyən kimsə, "Rabbəna afina fididinə hasənətən və fil-axirəti hasənətən və qına əzaban-nar" ayəsini oxuya bilər. Üç dəfə "Allahummə'ğfirli" də deyə bilər. Üç dəfə "Ya Rəb" deməsi də caizdir.

 

* Vitr namazı yalnız Ramazanda camaatla qılınar. İmam olan şəxs namazı səslə qılar; kunut isə gizli oxunar. Ramazan xaricində vitri camaatla etmək məkruhdur.

 

OXUNACAQ SURƏ VƏ DUALARI

 

Kunut Duaları:

 

Allahummə inna nəstə'inukə və nəstağfirukə və nəstəhdikə və nümünü bikə və nətubu iləykə və nətəvəkkəlu əleykə və nusni aleykə'l-hayra kulləhu nəşkurukə və la nəkfurukə və nəhləsi və nətruku məhrum yəfcuruk.

 

Allahummə iyyakə na'budu və ləkə nusalli və nəscudu və ileykə nəsə və nahfidu nərcu rahmətəkə və nahşa azabəkə innə azabəkə bilkuffari mülhık.

 

Sübhanəkə Duası

Subhanəkə allhummə və bi hamdik və təbarakəsmuk və təala cədduk (və cəllə sənauk) və la ilahə ğayruk. ("və cəllə sənauk" yalnız cənazə namazında oxunar, digər zamanlarda oxunmaz.)

 

Fatihə Surəsi:

Elhamdu lilləhi rəbbilələmin. Ərrahmanirrahim. Maliki yəvmiddin. İyyakə na'budu və iyyakə nəstəin. İhdinas-sıratal mustəkim. Sıratalləzinə ən'amtə əleyhim gayrilmagdubi əleyhim və ləddallin. (amin)

 

Fil Surəsi:

Əzab tərə kəfə fə'alə rabbukə biəshabilfil. Əzab yəc'al kəydəhum fi tadlil. Və ərsələ əleyhim tayran əbabil. Tərmihim bihicaratin min siccil. Fəcə'alehum kəasfin mə'kul.

 

Qureyş Surəsi:

Liilafi Qureyş. İlafihim rihlətəşşitə vəssayf. Fəlya'budu Rəbbə hazəlbeyt. Əlləzi ət'aməhum min cunun və amənəhum min havf.

 

 

Kövsər Surəsi:

İnna ətaynakəlkəvsər. Fəsalli lirabbikə vənhar. İnnə şaniəkə huval'əbtər.

 

İxlas Surəsi:

Qul huvallahu əhad. Allahussaməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkun ləhi kufuvən əhad.

 

 

 

 

Əttahıyyatu duası:

Əttəhıyyatu lilləhi vəssaləvatu vəttayyibat. Əssəlamu əleykə əyyuhən-Nəbiyyu və rahmətullahi və bərəkatuh, Əssəlamu aləyna və ala ibadillahis-Salihin. Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və Rəsuluh.

 

Allahummə salli duası:

Allahummə salli ala Məhəmmədin və ali əli Məhəmməd. Kəma salleytə ala İbrahimə və ala əli İbrahim. İnnəkə hamidun məcid.

 

Allahummə barik duası:

Allahummə barik ala Məhəmmədin və alə əli Məhəmməd. Kəma baraktə ala İbrahimə və alə əli İbrahim. İnnəkə hamidun məcid.

 

Rabbena duası:

Rabbəna afina fididinə hasənətən və fil'ahırəti hasənətən və qına azabənnar.



07-12-2009 10:04:55