Namaz qılan günah edərsə hökmü nədir?


Elədiyi ibadətlərin savabı ayrı yazılır, günahları ayrı yazılır.
Hərkəs günah işlər, bütün müsəlmanlarda, İnsanın fətrində olan bir özəllikdir bu.
Amma günahlardan mümkün qədər uzaq durmaq, etməmək, unutmadan əgər edilərsə həmən tövbə edib, kəffarəsi üçün sədəqə verilməli və bir daha edilməməlidir.
Siz dediyiniz qısa geymək, zatən hicaba uyğun deyilsədə, əlavə olaraq uzun geysə belə hicab geymədiyinə görə günaha girir, yəni uzun geyinir ama başı açıqdır, qolları açıqdır və s. eyni hökmdədir.
Makyaj eləmək islamda günah deyildir, Qadın hər zaman gözəlgeyinməli və baxımlı olmalıdır, amma hicab geymək şərti ilə.
Siz dedikləriniz qadınlar üçündür, amma kişilərdə də eyni vəziyyət vardır. Onlarda ən çox göz zinasını edirlər. Televizorda, küçədə, internetdə istəsələrdə istəməsələrdə bu cür açıq qadınlar görürlər, şeytanda vəsəvəsə verərək onları göz zinasına çəkər. İndi onlar üçündə demək olmazki, namaz qılır ama günah edir.
Allah buyurur ki, Hər kəs günah edər, amma günah edənlərin ən fəzilətlisi tövbə edənlərdir.
Burdan anlayırıq ki, Günah ən təqvalı və mömün belə edəbilər, çünki Allah insanı zəif yaratmışdır, bəzi hallarda nəfsi hakim olabilmir, amma bunu dərk elədiyi anda gərək həmən tövbə edə və mümkün dərəcədə sədəqə verərək kəffarəsini ödəyə.
Düğüme özel
- Əgər qadın 6 gün heyz olub təmizləndiyini qismən bilsə və qüsul alıb oruc tutub namaz qılıb yatsa, lakin zöhrdən əvvəl cüzi qan ləkəsi görərsə bunun hökmü nədir? Orucu və namazı batildir?
- Namaz qılan kişi,evlilikdən öncə evlənəcəyi qadınla əl-ələ tuta və ya onu öpə bilərmi?
- İstimna / masturbasiyanın dini hökmü nədir?
- Namazın təşəhhüdündə işarə barmağını qaldırmanın hökmü nədir?
- Komputer və televizor qarşısında vaxt keçirib çox gec yatıram. Dinimizə görə gec yatmağın hökmü nədir?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.