Ana səhifə

Namaz qılan kişi,evlilikdən öncə evlənəcəyi qadınla əl-ələ tuta və ya onu öpə bilərmi?


YazdırSend to friend
Sual Detayı: 
NAMAZ qilan kiwi,evlilikden evvel evleneceyi qadinla el ele tuta ve ya onu ope bilermi?
Cavab: 

 

Bir kişi və qadının nigahsız olaraq əllərinin bir-birinə dəyməsi və tək qalmaları caiz deyil, haramdır.

Məhrəm olmayan qadına baxmaq haram olduğuna görə, onlara toxunmaq və ya tokalaşmaq (əllə görüşmək) mütləq haramdır.

Toxunmaq belə haram olduğuna görə, indi  öpməyi də özünüz düşünün ? 

Allah`ın əmrlərinə tabe olub, O`ndan qorxmaq məsələsində ilk sırada elə  namaz qılanlar durmalı və digər insanlara da örnək olmalıdırlar. Sizin namaz qıldığınızı bilən biri belə hərəkət etdiyinizi görsə,bilsə bunun caiz olduğunu düşünəcək və özüdə belə edəcək, hələ başqalarına da bunun caiz olduğunu deyə bilər. O zaman onların da günahı sizə yazılacaq. Çünki pis cığır açdınız. Yəni namaz qılan birinin belə məsələlərdə namazsız insanlardan bir fərqliliyi yoxdur, tam əksinə. 

Bizim namaz qılmağımızın səbəblərindən biri də bizi belə çirkin işlərdən çəkindirməsidir.

"Həqiqətən, namaz çirkin (fəhşə) və pis işlərdən (munkər) çəkindirir..." (Ənkəbut surəsi, 29/45) 

Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisi-şərifində belə buyurur:

"Sizdən biriniziz başına iynə ilə dürtülməsi onun üçün halal olmayan bir qadına toxunmaqdan daha xeyirlidir."(Təbərani, Mucəmu'l Kəbir, 20/212)

İrəlidə evlənəcək iki cütün, sadəcə yanlarında qohumlarından bir adam olmaq şərtiylə bir yerdə oturub yalnız danışmaları caizdir, hətta sünnədir.

*Qadın ilə kişi birlikdə olarkən diqqət edilməsi lazım olan mövzular nələrdir? Qız dostlarla danışmanın bir eybi varmı? Qadın ilə kişi arasında caiz olmayan hallar nələrdir?

*Evlənmədən əvvəl, evləniləcək namizədlə görüş zamanı ölçülər nələrdir?

*İrəlidə evlənməyi düşündüyümüz adam ilə telefonla danışmaq və mesajlaşmaq caiz mi?

*İstədiyim biri bəzi bəhanələr gətirib mənim ilə haram olan bir yaxınlıq edir. Mənə nə tövsiyyət edirsiniz ?



31-08-2014 08:38:43

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz