Ana səhifə

Namaz qılarkən dəstəmazımın pozulduğunu zənn edirəm, narahat oluram. Nə etməliyəm ?


YazdırSend to friend
Sual Detayı: 
salam namaz qilmaqa bawlayanda ele biliremki destamazimi pozuram ama emin olmuram cox narahat qiliram namazimi fikrim hemiwe ondadiki goren desdamazimi pozmuwam ya yox men ne etmeliyem?
Cavab: 

         Və aleykum Salam.

Bu şeytanın verdiyi vəsvəsədi. Ona qətiyyən qulaq asmayın.  Vəsvəsəli halda abdestinizin pozulduğunu zannetseniz belə, dəstəmazlı sayılırsınız və namazınıza bir zərəri yoxdur. Bu şəkildə davranmazsanız vəsvəsədən xilas ola bilməz və şeytanı sevindirərsiniz.

Dində şübhələrin bir əsası olmadığından,şübhələrlə əməl edilməz. Dəstəmaz almaq məlumatı, mütləqdir. Yəni qəti məlumatdır. Dəstəmazını pozması isə, şəkdir, yəni şübhədir. Şübhə isə, qəti məlumatı hökmdən sala bilməz.

“Görəsən, dəstəmaz və namazımı yanlış və əksik etdim?” şəklində gələn vəsvəsələrə də fikir verməmək lazımdır. Belə bir vəsvəsə ilk dəfə olmursa, o dəstəmaz və ya namaz təkrar edilə bilər. Amma davamlı olursa, məsələn,bir insan dəstəmaz üzvünü yuyub yumadığından davamlı şübhəyə düşürsə, heç vəsvəsəyə imkan vermədən o üzvünü yuduğunu qəbul edərək namaza durmalıdır. Və yenə namazı neçə rükət qıldığı barədə vəsvəsəyə mübtəla isə, namazının tamam olduğu qənaətiylə hərəkət etməlidir.

 

   Şeytanın, əməlin səhih olub olmadığında şübhəyə salaraq vəsvəsə verməsi

    Dəstəmaz aldıqdan sonra idrar gəlir kimi vəsvəsəyə qapılıram, nə etməm lazımdır?

      Vəsvəsə



13-08-2014 08:38:12