Ana səhifə

Namaz qılarkən fatihə və bir surə oxuyanda bəsmələ deyilməlidir?


YazdırSend to friend
Sual Detayı: 
Salamş namazda fatihə və bir surə oxuyarkən bəsmələ deyilməlidir?Əbu Hənifəyə görə.
Cavab: 

Va aleykumussalam.

1. İmamın Əuzu bəsmələni gizli oxuması sünnədir. Bu baxımdan aşkar oxunmaz.

Əllər bağlandıqdan sonra birinci rükətdə "Sübhanəkə"ni oxumaq, sonra da Fâtiha'ya başlamadan əvvəl Əuzü-bəsmələ çəkmək. Digər rükətlər başında da Bəsmələ demək sünnədir.

2. Zəmmi-surədən əvvəl Bəsmələ deyilməz. Yalnız İmam-ı Muhamməd, hafi (gizli) qirâətlə qılınan namazlarda Fatihədən sonra oxunacaq surə başında Bismillah çəkilməsini caiz görür. Ancaq füqəhanın çoxu, oxunmaması üzərində durmuşdur.

3. İmama tabe olan bir kimsə "Subhanəkə" ni oxuyar və susar. Başqa bir şey oxumaz. Eyni şəkildə digər rükətlərə qalxdığında da bəsmələni oxumaz. Lakin buna baxmayaraq oxusa namazı pozulmaz. Amma oxumaması hər bir halda ən doğrusudur. (Ömər Nəsuhi Bilmən, İslam Elmihalı)

Əllər bağlandıqdan sonra birinci rük`ətdə "Sübhanəkə"ni oxumaq, sonra da Fâtiha`ya başlamadan əvvəl Əuzü-Bəsmələ çəkmək; digər rük`ətlərin başında da sadəcə bəsmələ çəkmək sünnədir. Sünnəyə uyğun olan bu formadır.

Malikilərə görə, Fatihə ilə surədən əvvəl taavvüz (Əuzubillah) və bəsmələ gətirmək məkruhdur. Bunun dəlili daha öncə keçmiş olan Hz Ənəs`in (Allah ondan razı olsun) hədisidir. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Bəkir və Ömər namaza "Əlhamdulilləhi rabbil aləmin" ilə başlayırdılar.

Hənəfi məzhəbinə görə isə yalnız birinci rükətdə taavvüz (Əuzubilləh) oxunur.

ŞafiiHanbəlilərə görə, qiraətdən öncə hər rükətin başında "Əuzubilləhi minəşşəydanirracim" demək surətiylə gizlicə taavvüz etmək sünnədir.

HənəfiHanbəlilərə görə hər rükətdə gizli olaraq bəsmələ çəkilər. Şafiilərcə aşkar oxunan namazlarda bəsmələ aşkar deyilər.

Şafiilərdə səsli namazlarda Fatihədə olduğu kimi Fatihədən sonra surə oxuyarkən də bəsmələ səsli oxunar. Əsl olan budur. Ancaq səssiz oxunsa da bir qorxusu yoxdur.

Fəqihlər bismillahın namazda oxunması mövzusunda fərqli görüşlərə ayrılmışlar.

- İmam Malikə görə bismillah fərz namazlardakı Fatihə və digər surələrin başında gizli və açıq olaraq oxunmaz. Fərz xaricindəki sünnə və nafilə namazlarda istəyən oxuya bilər.

- İmamı Azam'a görə bəsmələ namazlardakı hər rükətdə Fatihə surəsindən öncə oxunar. (bax. Cəssas, Ahkamü'l-Qur'an, 1/15; Qurtubi, Təfsir, 1/98)

- İmam Safi'yə görə bismillahın gizli oxunacaq yerdə gizli, aşkar oxunacaq yerdə aşkar oxunması lazımdır. Fatihə və digər surələrin başında oxunar.

- İmam Əhməd b. Hənbələ görə bismillah namazda gizil oxunar. Açıq oxunması sünnə deyil.

Hər müsəlman öz məzhəbinə görə əməl edər.

 

Adı çəkilən imamların bəsmələ haqqındakı fikir ayrılıqlarının səbəbləri Bəsmələni hər Surədən bir ayə olub olmadığı mövzusu ilə fərqli hədis rəvayətlərindən qaynaqlanmaqdadır. (bax. Muhamməd Ali Sabuni, Əhkam Təfsiri, Şamil Yayınları: 1 / 20-50)

Buna görə Hənəfilər ilk rükətdə taavvüz və bəsmələni digər rükətlərdə da yalnız bəsmələni oxumaq sünnədir. ŞafiiHənbəli məzhəbinə görə isə hər rükətdə taavvüz və bəsmələni söyləmək sünnətdir. Maliki məzhəbində isə heç bir rükətdə taavvüz və bəsmələ çəkilməz. (Prof. Dr Vehbe Zuhayli, İslam Fiqhi Ensiklopediyası)



13-09-2014 12:11:27

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz