Ana səhifə

Namaz qılarkən (qiyamda, rükuda, təşəhhüddə) hara baxmaq lazımdır? Mən daha öncə əgər səhv istiqamətə bakmışsam, namazlarımı qəza etməyim lazımdırmi?


YazdırSend to friend
Sual Detayı: 
Namaz qılarkən səcdədə, rükuda və oturaq ikən daim səcdə olunan yerə baxmaq lazımdır??
Cavab: 

               Sələmun aleykum.

              Rükudə olarkən ayaq uclarına baxmaq lazımdır. Rükudə ayaq uclarına baxmaq yerinə qibləyə baxmaq namazın səhhətinə mane deyildir. Buna görə də səhv səcdəsi və ya qəza lazım deyil. Rükudə qibləyə və ya səcdə yerinə baxmaq namazı pozmaz. Namazlarınızı qəza etmənizə ehtiyac yoxdur.

              Namazın ədəbləri:

             a) Ayaq üstə durarkən səcdə yerinə baxmaq,

             b) Rüku' halında isə ayaqların üstünə baxmaq,

            c) Oturarkən öz dizlərinə baxmaq, başqa tərəfə gözləri çevirməmək,

            d) Sağa salam verərkən sağ çiyininə, sola salam verərkən sol çiyininə baxmaq vəətrafa göz gəzdirməmək

             e) Əsnəyərkən ağzı bağlı tutmağa çalışmaq,

            f) Pencək, nazik palto, üstlük və bənzəri şeylər geyinibsə ., qollarını keçirmiş vəziyyətdə olmaq, yəni çiyinə atmamaq, qollarını geyinmək, (Bahr-i Raik / İbn Nüceym.)

            g) Diqqəti tamamilə namaz üzərinə toplayıb qəlbi başqa şeylə məşğul etməməyə çalışmaq.

          (Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: 1/253.)



04-07-2015 02:29:32

Düğüme özel