Ana səhifə

Namaz qılarkən surələr səsli deyilməlidir ?


YazdırSend to friend
Sual Detayı: 
Mən bilmək istəyirəm ki Namazı səslimi qılmalıyam yoxsa səssiz
Cavab: 

Günorta və ilkindi namazları tək başına da qılınsa, camaatla də qılınsa qiraətin gizli edilməsi vacibdir. Tək başına qılan kimsə və ya imam öz eşidəcəyi qədər bir səs tonu ilə Fatihə və zammi-surəni oxuyar. Gündüz qılınan nafilə namazlarda da gizli oxumaq eyni şəkildə vacibdir.

Camaatla qılınan sabah, Cümə, bayram, təravih və vitr namazlarının bütün rükətlərində, axşam və yatsı namazlarının ilk iki rükətində qiraəti cəhri (səslə) etmək, yəni səsli oxumaq vacibdir. Axşam namazının üçüncü rükətində, yatsı namazının da son iki rükətində gizli oxumaq vacibdir. Ancaq, tək başına sübh, axşam və yatsı namazını qılan kimsə, istərsə qiraəti səsli edər, dilərsə gizli olaraq oxuyur.

Bu qiraət şəkillərinin gündüz namazlarında gizli, gecə namazlarında, Cümə və bayram namazlarında açıqdan oxunmasının hikməti də təfsirlərimizdə belə izah edilməkdədir:

Rəsul-i Əkrəm Əfəndimiz (sallallahu aleyhi və səlləm) İslama dəvətin ilk illərində təbliğ vəzifəsini gizli olaraq edirdi. Səhabələrə namaz qıldırdığı zaman da qiraətdə səsini yüksəldər, namazları səsli qıldırırdı.

Müşriklər Peyğəmbərimizin səsli qiraətini eşitdikdə şeirlərlə və uydurduqları sözlərlə qarışdırmağa başladılar. Peyğəmbərimizə də təhqir edərək işi lağ etməyə qədər apardılar. Müşriklərin bu çirkin hərəkətinə meydan verilməməsi və Müsəlmanların əziyyətlərə məruz qalmamaları üçün bir ayəti-kərimə nazil oldu:

"Namaz qılarkən səsini nə çox yüksəlt, nə də çoxca qıs; ikisi ortasında bir orta yol tut. " (İsra Surəsi, 110)

Ayədə, müşriklərin eşitmələrinə mane olmaq üçün Peyğəmbərimizin səsini yüksəltməməsi istənilirdi. (İmam əz-Zəməxşəri. Təfsirul-Kəşşaf. (Qahirə: Darul-Mushaf, 1397-1977), 3:196)

Bundan sonra Peyğəmbərimiz, günorta və ikindi namazlarında, müşriklərin əziyyətlərinə məruz qalmamaq üçün qiraəti gizli etdi. Axşam namazı vaxt isə onların yemək saatı, yatsı və sabah da yuxu saatları olduğundan bu namazlardaki qiraəti səsli etdi.

Cümə və bayram namazları da onsuz da Hicrətdən sonra fərz və vacib edildiyindən, müşriklərin də bir zərəri olmayacağından qiraətlər cehri (səslə) oldu.

Bunun bir hikməti belə də ola bilər:

Sübh namazında insan yuxudan oyandığına görə yuxulu olur və bu namazın qılınmasına əngəl ola bilir. Namazda qiraətin səsli deyilməsi isə insanın yuxulamasına imkan vermir. Həmçinin axşam və yatsı namazlarında da insanın yuxusu gəlməkdədir.

Namazda səsli və ya səssiz oxumaqla əlaqədar hökmlər nələrdir?




02-06-2014 12:01:12