Ana səhifə

Namaz qlmaqda çətinlik çəkirəm.


YazdırSend to friend
Sual Detayı: 
Salam. Namazlarımı qıla bilmirəm. Doğrusu bir həftə bütün namazlarımı vaxtında qılıram amma ardan bir necə gün keçdikdən soram namazlarımda axsamalar başlayır. Bir gün, iki gün hətta bir neçə günlərlə namazlarımı qıla bilmirəm. Bir ildir mənim bu halım davam edir. Bu vəziyyəti aradan qaldıra bilmək üçün nə edə bilərəm?
Cavab: 

"Müstəhəbləri elə yerinə yetirin ki, sizin vacibatlarınıza zərər vurmasın". 

Bu hədisdən də göründüyü kimi, insan müstəhəbləri yerinə yetirən zaman onlardan ləzzət almalı və onu sevinclə yerinə yetirməlidir. Müstəhəbləri yerinə yetirmək üçün xüsusi proqrama malik olmaq lazımdır. Belə ki, diama dəstəmazlı olmaq, nafilə namazı, gecə namazlarını qılmaq, Quran oxumaq, Allahla münacat etmək üçün xüsusi proqrama malik olmaq lazımdır. Hər birini öz zamanında yerinə yetirmək lazımdır. Əgər insan bu əməllərin fəzilətlərini dərk edərsə, onları yerinə yetirən zaman xüsusi ləzzət alar.

 İlk məhrələni daima dəstəmazlı olmaqla başlayın. Ondan sonra hər bir müsəlman özünü məkruh və haramlardan qorumaq üçün gərək dörd göstərişə əməl etsin.

1. Məşaritə.

 İnsan hər gün sübh namazından sonra öz nəfsi ilə əhd-peyman bağlayır ki, hansı işləri görsə və ya hansı işləri tərk etsə, onun ziyanlarını və xeyirlərini öz nəfsinə bəyan etsin. Sonra da öz nəfsindən öhdəçilk alsın və onunla şərt bağlasın ki, bu işləri görməkdə səhlənkarlıq etməsin. Əgər səhlənkarlıq etsələr, cəzalanacaqdır. Cəza növünü də özünüz üçün müəyyən edin.

2. Müraqibət.

 İnsan gün ərzində nəfsinə nəzarət etməlidir. Onu özbaşına buraxmamalıdır. Çünki əgər nəfsini özbaşına buraxsan, bütün göstərişləri unudar, əhd və peymanı sındırmış olar. Həmçinin gördüyü işləri xalis şəkildə görməyə çalışsın. Şirkdən, riya və minnətdən uzaq olsun.

3. Mühasibə.

 Hər günün sonunda yatmamışdan qabaq müəyyən zaman təyin edib, gün ərzində gördükləri işlərin hesabını çəksin. Əgər gördüyü işləri qoyduğu şərtlərə uyğun gəlirsə, nəfsinə dua etsin və Allaha şükür etsin. Əgər səhlankarlıq edirsə, ondan qəzasını tələb etsin. Əgər günah işlədibsə, onu danlasın.

4. Məatibə və istifa.

Əgər nəfsini hesaba çəkəndən sonra görsə ki, səhlankarlıq edibdir, sadə şəkildə onu boş buraxmasın. Çünki əgər laqeyd olarsa, nəfs daha çox günah etməyə cürət əldə edəcəkdir. Ona görə də nəfsi tənbeh və cəzalandırmaq lazımdır. Onu çətin ibadətlər və sədəqə ilə tənbeh etsin. Əgər şübhəli yemək yeyibsə, onu ac saxlasın. Əgər müsəlmanın qeybətini qılıbsa, onu mədh etsin. Əgər namazında səhlənkarlıq edibsə, çox sayda namaz qılsın.

 Əgər biz bu dörd göstərişə ibadətlərimizdə riayət etsək, Allahın lütf və inayəti ilə daha çox irəli gedər və ibadətlərimizdən ləzzət alarıq.



24-07-2013 09:27:02