Ana səhifə

Namaza başlamaq istəyirəm, amma qərar verə bilmirəm Əhli Sünnə ,yoxsa Şiə ?


YazdırSend to friend
Sual Detayı: 
SALAM BACI VE QARDASDARIM XAHIS EDIREM MENE KOMEK EDIN, NAMAZ QILMAQ ISTEYIREM AMMA BILMIREM SUNNI NAMAZI QILIM YOXSA SIE NAMAZI,BIZIM ALIE SUNNIDI,AMMA SIEDEN SORUWURAM SUNNI PISDI DEYIR SUNNIDEN SORUWURAM SIE PISDI DEYIR INDI HANSI BIRINE INANINIM?MEN BIR GECE ALLAHA DUA ETDIM KI,ALLAHIM MENE YOL GOSTER BILMIREM HANSI NAMAZI QILIM SIE YOXSA SUNNI VE YATDIM HEMIN GECE YUXUMDA IMAM HUSEYININ SEKLIN GORDUM SEKLIN ASAGISINDA DA YA ALI YAZILMIWDI BUNU SIELERE DEDIM DEDILER KI,BAX GORDUN
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərəkətuhu.

Əziz qardaşımız Namazın mənası - Cənab-ı Haqqı təsbih, təzim və şükürdür. Yəni, cəlâlına qarşı dillə və hərəkətlə "Sübhânallah" deyib təqdis etmək, həm kamâlına qarşı sözlə və əməllə "Allahu Əkbər" deyib təzim etmək, həm camâlına qarşı qəlblə, dillə  və bədənlə "Əlhəmdülillâh" deyib şükr etməkdir.

Demək, təsbih, təkbir və həmd, namazın çəyirdəkləri hökmündədirlər. Onun üçündür ki, namazın hərəkat və zikrində, bu üç şey hər tərəfində vardır. Həm ondandır ki, namazdan sonra namazın mənasını təkid etmək və möhkəmlətmə üçün bu  mübarək kəlimələr, otuz üç dəfə təkrar edilir. Namazın mənası bu müxtəsər xülasələrlə təkid edilir.

İbadətin mənası budur ki; Qul Dərgâh-i İlâhîdə öz qüsurunu, acizlik, fəqirliyini görüb Kamâl-ı Rububiyyətin və Qudrət-i Samədâniyənin və Rəhmət-i İlâhiyyənin önündə heyrət və məhəbbətlə səcdə etməkdir. Sözlər,9


təqdis - Allah`ın hər cür əskiklik və çirkinlikdən uca olduğunu elan etmə

təzim  - Allah`ın sonsuz əzəmət və böyüklüyünü dilə gətirmə

təsbih - Allah`ı hər cür nöqsan və qüsurdan uca tutaraq şanına layiq ifadələrlə anma

Qudrət-i Samədâniyə - hər şey özünə möhtac olduğu halda özü heç bir şeyə möhtac olmayan Allah`ın qüdrəti

Dərgâh-i İlâhî - Cənab-ı Allah`ın rəhmət qapısı

Kamâl-ı Rububiyyət - Allah`ın hər bir varlığa yaradılış məqsədlərinə çatmaları üçün möhtac olduğu şeyləri verməsinin, onları tərbiyə edib idarəsi və hakimliyi altında saxlamasının mükəmməlliyi

Rəhmət-i İlâhiyyə - Allah`ın şəfqət və mərhəməti

 

 


Bizim vəzifəmiz, gündə beş dəfə Rəbbimizin əmrinə tabe olub, onu yerinə yetirmək idrakı içində gözəlcə dəsdamaz alıb, bizləri qaranlıq bir yerdə bir su damlasından belə mükəmməl yaradıb, kainatı bizim xidmətimizə verən Cənab-ı Haqq`ın hüzurunda Qiyam, Rükü və Səcdə etməkdir.

Bilindiyi kimi, Hədis-i Şəriflər, ayələri açıqlayır. Ayələrdə qısa və öz olaraq bəyan edilən İlahi məqsədlərə hədislər aydınlıq gətirər.Qur`an`da olmayan bir mövzuda isə hökm ortaya qoyarlar.

"Namaz qılın!" əmri öz halındadır; təfsilatı isə hədislərə buraxılmışdır. Namazların rükət ədədləri, qılınma formaları ayədə geniş verilməyib. O halda, sünnə olmasaydı, "Namaz qılın!" əmri necə yerinə yetiriləcəkdi? "Mən namazı necə qılıramsa siz də elə qılın." (Hədisi Şərif).

Sünnəyə tabe olmağı Allah sevgisinin şərti olaraq təqdim edən bir ayə:

"De ki, Allah`ı sevirsinizsə mənə tabe olun, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və əsirgəyəndir." (Ali-İmran Surəsi, 3/31)

Allah Təala mənə yox, Peyğənbərə tabe olun deyir.Çünki:

"O, özbaşına danışmaz. Onun danışması ancaq endirilən bir vəhy ilədir." (Nəcm Surəsi, 53/3-4)

Və biz ona tabe olmaqla Allah`a tabe olmuş oluruq.

"Kim Rəsula itaət etsə, Allah`a itaət etmiş olar." (Nisa Surəsi, 4/80 )

"Peyğəmbər sizə nəyi verdisə onu alın, Və sizə nəyi qadağan etdisə ondan da çəkinin. Allah`dan qorxun, çünki Allah`ın əzabı çətindir." (Həşir Surəsi , 59/7)

Siz təmiz və səmimi bir qəlbə Allah`a dua edin, İmam-ı Rabbabi həzrətləri Məktubat əsərində belə dua edir:

"Ya Rəbbi! Doğrunu bizə doğru olaraq göstər və ona tabe olmağı bizə nəsib et və yanlış, pozulmuş olan şeylərin səhv olduqlarını bizə göstər və onlardan çəkinməmizi nəsib et! İnsanların ən üstünü hörmətinə bu duamızı qəbul buyur!" 


           Allahü Təâlâ, İslamiyyəti doğru olaraq öyrənmək istəyənə, bunu nəsib edəcəyinə söz verib. Bir âyət-i kərimə məali:

          "Doğru yolu axtaranları, səadətə çatdıran yollara qovuşdurarıq." (Ənkəbut, 69)
 
          "Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allah`ı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allah`ın doğru yoludur. Onunla istədiyini doğru yola yönəldir. Allah`ın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz." (əl-Zumər,23)

    Allahü teâlâ`nın sözünə güvənib, Ona sığınmalı. Allahü teâlâ`ya belə dua etməkdən çəkinməməli.   

"Ya Rəbbi, haqqı haqq olaraq göstər və ona tabe olmağımızı, batili batil olaraq göstər və ondan çəkinməmizi nəsib et. Hansı qrup doğru yoldadırsa, mənə onları sevməyi, dünyada və axirətdə onlarla birlikdə olmağı nəsib et"   
"Ya Rəbbi hansı qrup doğrudursa, razılığın hansı qrupdadırsa, mənə onu nəsib et!"
 "Haqqı haqq, batili batil olaraq göstə

     deyə dua edilməlidir. Əgər doğru yoldadırsa, dəstəmaz üstünə dəstəmaz almış kimi, nur üstünə nur olar. İman təzələmək də belədir. Kəlimə-i tövhidi söyləyən, imanından şübhələndiyi üçün deyil, imanını təzələyib qüvvətləndirmək üçün söyləyər.         

İkinci olaraq da bir mömin həyatını yuxuları üzərində qurub, yaşaması doğru deyil, hələ-hələ bu Əbədi Həyatı ilə bağlı bir məsələdirsə.

Geniş məlumat üçün aşağıdakı linklərə baxın:

Doqquzuncu Söz: Namazın bu müəyyən beş vaxta təyin edilməsinin hikməti

Əhl-i Sünnə nədir? Əhl-i Beyt nədir? Hz. Peyğəmbər`in nəvələri əhli -sünnə ola bilərmi ? Əhl-i beyt Əhl-i sünnə yolunda deyilmiydi?

Yuxu və İslamdakı yeri nədir? Yuxu ilə əməl edilərmi ?

Peyğəmbərimizin vəfatından sonra yetmiş üç firqə çıxacağı və bunlardan yalnız bir dənəsinin doğru yolda olub digərlərinin olmayacağı hədislərdə keçir. Bu yetmiş üç firqəni necə anlamalıyıq? Doğru yolda olan firqənin hansı olduğunu necə biləcəyik?

Məzhəb və Məşrəblər



04-05-2014 07:41:06