Ana səhifə

Namaza başlamaq üçün ən yaxşı gün hansıdır?


YazdırSend to friend
Sual Detayı: 
Namaza başlamaq üçün ən yaxşı gün hansıdır? İstənilən gün başlana bilər?
Cavab: 

Salam aleykum.

Namaz, imandan sonra İslamın ən təməl birinci şərtidir. Bu səbəblə namaza dərhal başlanmalıdır. Bir vaxt belə gecikdirmək haramdır.

Zamanında qılınmayan hər bir namaz üçün tövbə etmək lazımdır. Çünki namazı vaxtı içində qılmaq fərzdir. Məşru bir üzr olmadığı halda vaxtında namazı qılmayan adam haram işləmiş olar.

Bu baxımdan namazın qəzaya qalması demək böyük günah deməkdir. Bu günahdan ötəri tövbə edilməsi lazımdır.

Ayrıca həddi buluğa çatdıqdan sonra qılamadığımız nə qədər namaz varsa hamısının da qəza edilməsi lazımdır.

Buna görə, qəzaya qalmış hər namaz mütləq qəza edilməli və bu böyük günahdan ötəri tövbə istiğfar edilməlidir.

Doqquzuncu Söz: Namazın beş vaxta təyin edilməsinin hikməti

İyirmi Birinci Söz: Namaz yaxşıdır. Fəqət hər gün beş dəfə qılmaq çoxdur. Bitmədiyindən usanc verir?



27-10-2014 08:53:59