Ana səhifə

Namazda ayaqları(topuqları) birləşdirməliyikmi?


YazdırSend to friend
Sual Detayı: 
Cavab: 

Namazda insan ayaq üstə ikən, iki ayaq arasında bir açıqlığın olması dörd məzhəbin də ön gördüyü bir məsələdir. Və bu məsələ məndub və ya sünnə olaraq ifadə edilmişdir. Çünki, ayaqların bitişik olması, xuşuya zidd bir çətinlik və zəhmətə qatlanmaqdır. Hənəfilərə görə, bu açıqlıq, dörd barmaq qədərdir. Şafiilərə görə, bu bir qarış miqdarıdır. Maliki və Hanbəlilərə görə isə, bu açıqlıq insanların adətində həddindən artıq sayılmayacaq, vasat (orta) bir şəkildə nizamlanmalıdır. (Əl-Fiqhu'l-İslami, I / 695).   Rükuda ikən topuqları birləşdirmə mövzusuna gəlincə:   Bilindiyi üzrə, sünnət demək, Hz. Məhəmməd (s.ə.s.) 'ın söz, hərəkət və təqrirləri (bir şeyi dərs vermək) deməkdir. Hədislərdə belə bir sünnəyə rast gələ bilmədik.   Bədaiu's-səna 'kitabında "Rükunun sünnələri" başlığı altında, əlaqədar sünnələr izah edilmiş fəqət, topuqları bir-birinə yapışdırma sayılmamışdır.   Dörd məzhəbi işləyən "əl-Fiqhu'l-İslami" adlı əsərdə də belə bir məlumata rast gələ bilmədik. Digər məzhəb alimləri tərəfindən də belə bir sünnət anladılamışdır. Hənəfi məzhəbinin fiqh qaynaqlarının böyük əksəriyyətində da belə bir şeyə rast gələ bilmədik.   Rükuda ikən "topuqların bitişməsi" xüsusu, Durrul-Muxtar'ın mətni olan Şərhu'l-Əbsar'da da keçmir. Rəddu'l-Muxtar'da isə, "topuqların bitişməsi" ifadəsini aşağıya almış və "həysu lə uzrə = bir zərurət olmadığı zaman" ifadəsini istifadə etmişdir. (Rəddu'l-Muxtar, 1/476).   Namazda səcdədə ikən ayaq topuqlarını bir-birinə dəydiriməlidirmi? Ayaq üstə ikən iki ayağın arasındakı məsafə nə qədər olmalıdır?   Hənəfilərə görə: Qiyamda ayaqların arasını dörd barmaq miqdarı açmaq sünnədir. Çünki bu vəziyyət xuşuya daha yaxındır.     Şâfiîlərə görə: Qiyamda iki ayaq arası bir qarış qədər açılır. Üzrsüz olaraq ayaqlardan birini digərinə bitişdirmək məkruhdur. Çünki bu hal xuşuya əngəl olacaq bir çətinlik məcbur edilmə.       Malikilər və Hənbəlilərə görə: Qiyamda ayaqların arasını açmaq məndubdur. Bunun şəkli də nə bitişik, nə də adət olaraq həddindən artıq bir şəkildə açıq olmamaq şərti ilə orta bir şəkildə etməkdir.     Rükuda ayaqları aralamaq və səcdədə topuqları birləşdirmək müstəhəbdir. (Prof. Dr. Vəhbə Zuhayli, İslam Fiqhi Ensiklopediyası)



01-09-2015 10:03:05