Ana səhifə

Namazda möhürdən istifadə etmə.


YazdırSend to friend
Sual Detayı: 
Salam aleykum. Möhürlə namaz qılmağa münasibətinizi bilmək istəyirəm. Cavab verərkən nəyə əsaslandığınızı yazarsanız sevinərəm. Allah razı olsun.
Cavab: 

Şiələr, Əfəndimizin (s.ə.s.) və səhabələrin namaz qılarkən yerə yəni qum və torpaq üzərinə səcdə etdiklərini xalça, kilim kimi şeylərə səcdə ola bilməyəcəyini söyləmişlər.

Cəfəri məzhəbinə görə, səcdə ancaq torpaq və daş cinsindən bir şey üzərinə edilə bilər, məscidlərdəki xalça və kilim üzərinə səcdə edilə bilməz. Bu inancdan ötəri məscidlərdə və ya evlərdə namaz qılarkən səcdə edəcəkləri yerə bir daş parçası qoyaraq onun üzərinə səcdə edərlər.

Ancaq, yerə dəyməsi lazım olan "alın"ın tərifindəki fərqliliklər kiçik daş parçası üzərinə səcdə edilib edilə bilməyəcəyini gündəmə gətirməkdədir. Bir tanıma görə alın, iki qaşın üzərindən saç bitiminə qədər olan yerdir. Bu tanıma etibar edilsə səcdə ediləcək daşın ən az tərifi edilən alın böyüklüyündə olması lazımdır. Digər bir tanıma görə isə alın, gicgahlar arasında qalan qisimdir ki buna görə daş kiçik də olsa olar.

Sünnilər bu şəkildə səcdə etməməkdədirlər. Əhli sünnəyə görə əhəmiyyətli olan səcdə yerinin təmiz olması və səcdə etməyə əlverişli sərtlikdə olmasıdır. Nəhayət, Əfəndimiz zamanında məscidin zəminində xalça kilim yox idi. Yerə yəni torpağa səcdə edilirdi. Bəzi səhabə əfəndilərimiz, istidə qovrulan torpağa səcdə edə bilmədiklərindən ötəri yanlarında daş gətirir və sərin daşların üzərinə səcdə edirdilər. Lakin bu tamamilə o zamanki şərtlər içərisində cərəyan edir və bir zərurətə görə reallaşırdı. Ayrıca bu xüsus, namazın huşusuna, hüzurunada mane olmurdu. Çünki təqvanı əsas alan insanların, ibadətlərini necə daha asan və qəzasız edəcəklərinə dair bir ehtiyacdan qaynaqlanırdı.

Şiələrin Kərbəladan gətirilən daşa səcdə etmələri isə kərbəla hadisəsindən sonra məzhəbi bir içtihattır. Belə bir şey, əhli sünnə üləmasına görə bidətdir. Həm namazın ruhuna da zidddir. Namazda insanla Allah arasına bir şey girməməlidir. Namazın xarici şəkli Əfəndimizdən (s.ə.s.) aldığımız tərzdədir. Namazın iç istiqaməti isə, onun tamamilə Allah qorxusu, Allah haşyeti, Allah hörməti içərisində və niyaz ilə əda edilməsidir. Əfəndimizin göstərdiyi namaz qılma şəkillərində isə, daşa səcdə etmək yoxdur.



17-01-2010 06:36:08