Ana səhifə

Namazın insana qazandırdıqları nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Namazın insana qazandırdıqları nələrdir?
Cavab: 

Namaz, Möminin Həyatını İntizamlı Eder

Gündə beş dəfə qılınan namaz, möminin həyatını intizamlı etməkdə böyük rol oynayar. Davamlı müəyyən vaxtlarda yerinə yetirilməsi, onu ruhən və bədənən, maddi və mənən intizama alışdırar, öyrədər. Camaatla qılınan namazlarda xüsusilə imama iqtida; möminləri əsgər kimi bir intizama qovuşdurar. İmam "Allahu Əkbər" dediyində artıq, danışan və Rəbb`ə yüksək səslə iltica edən o olar. Möminlərə eyni zamanda vəkalət etmiş olar. İmamın təkbirləri bir direktiv, tapşırıq halında bütün camaatı oturdar-qaldırar. Bu baxımdan camaatda mənəvî, ruhî, yüksək və uca bir intizam vardır. İdeal bir camaatın və inanmış topluluğun irəli dərəcədə intizamlı formalarını, ancaq gündə beş dəfə qılınan namazda görmək mümkündür. Şübhəsiz ki, bu intizam hər şeydən əvvəl ruhî, fikri və mənəvî bir intizamdır. Digər bəzi nzam-intizamların soyuqluğu da onda yoxdur. Hər ibadət hərəkəti imisti bir duyğu və intizam verir insana. Və bu hərəkət, bütün ömür boyu davam edər.

Namaz İnsanı Fuhşiyattan çəkindirər

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, "Kim sübh namazını qılarsa, Allah'ın zəmanəti altındadır." (Kutubu Sittə, c.17, s.541), Allah (sübhənəhu və təala), Qur'an-ı Kərim'də: ".. . Şübhəsiz namaz, həyasızlıqdan və pislikdən çəkindirir." (Ənkəbut, 29/45) buyurur. Fuhşiyat və munkərat, özlərinə məxsus o mənhus, uğursuz yönləriylə mömini miraciyəsindən və Allah'a kurbiyətindən (yaxınlığından) uzaqlaşdırar. Əslində "hər bir günah içində küfrə gedən bir yol vardır." Günah, işlənə-işlənə insana küfrü asanlaşdırar. Ancaq namaz, Allah'a bir yaxınlıq olduğu üçün, insanı hər cür günahdan qoruyar, eynilə bir paratoner kimi .. Təbii ki namaz, gerçək mənada bir namaz isə. Yuxarıdakı ayədə də ifadə edildiyi kimi gerçək mənasına və ruhuna uyğun olaraq yerinə yetirilən namaz, hər cür pislikdən, həyasızlıqdan, azğınlıqdan və daşqınlıqdan saxlayar, çəkindirər. Şüursuz şəkildə yerinə yetirilən bir ibadətdə isə bu qüvvətdə bir qoruyuculuq söz mövzusu olmaz.

Necə ki Maun surəsində Allah (cc) "... veyl olsun o namaz qılanlara! Onlar ki qıldıqları namazdan qafildirlər." (Maun, 107 / 4-5) buyurur. Demək ki namazda, insanı pisliklərdən qoruyan bir qüvvə var; var ki, haqqıyla əda edilmədiyi zaman qul özünü günahlara qarşı riskə atır deməkdir. Namaz kurbiyeti (yaxınlıq) təmsil etdiyi üçün, yüksək səviyyədə vəfa da istəyir. Bunun mənası budur; qulun, namaza qarşı göstərdiyi vəfa, diqqət və şövq nisbətində, namaz da ona qarşı vəfalı olar və ondakı fuhşiyata açılan duyğuları və pislik hisslərini kütləşdirər. Yəni namazda qarşılıqlı vəfa söz mövzusudur.

Namazın, Qəlbî Rahatlığı Təmin Etməsi

Möminin, namazlarını şüurlu olaraq əda etməsi, onun nizamsız həyatına bir nizam, dağınıq qəlbinə bir tarazlıq və uyğunluq gətirəcək, pərişan hisslərini ayağa qaldırıb bulanıq yönlərinə də bir işıq saçacaqdır. Və o, bu sayədə doğru görmə, doğru düşünmə, doğru danışma imkanını əldə edəcəkdir. Gündə beş dəfə Rəbbin hüzuruna gəlinib şüurla əda edilən namaz, Allah'ın izni ilə bütün bunları insana qazandıracaq mahiyyətdədir. Namaz, bu mənaları həm daşıyan həm də tekeffül etmiş, kəfil olmuş bir ibadətdir.

Bəli, möminin hudu və xüşu içində əda etdiyi namaz, gerçək namaz olacaqdır. Amma xuşunun təmin edilməsi üçün bir qisim şərtlər vardır; əvvəla hüzur-u qəlb lazımdır; sonra bir təfəhhüm, yəni məsələni qavrama; sonra da bir rəca və ümidlə Rəbbə bel bağlama ... Daha sonra da utanma və sıxılma havası içində Rəbbin hüzuruna gəlmə.

Əvvəla, hüzur-u qəlb nədir? Hüzur-u qəlb, namazda söylənib ifadə edilən bütün bu mənaların xaricinə çıkmamaqdır. Onsuz da "hüzur" Ərəb mənası etibarilə; "hazır olma", "hazır halda" deməkdir. Avamca ifadəsi ilə, bazara dükkana çıxarkən pul qabını yanınızda daşıdığınız kimi, namazda qəlbinizi yanınızda daşımanız deməkdir. Çünki Allah qatında dəyərli bir şey varsa, o da qəlbdir. Siz, qəlbinizi O`na verəcək, qarşılığında da O`nun rəhmət və razılığını alacaqsınız.

Namazın İctimai Bir ​​İbadət Olması

Fərdi və ruhî bir ibadət olduğu qədər, namazın sosiallaşdırıcı bir yönü də vardır. Xüsusilə fərz namazların camaatla qılınmasının zəruriliyi, ondakı ictimai məzmunun ölçüsünü göstərməsi baxımından önəmlidir. İslam'da məscidlərin, tarix boyu müsəlman fərdlərin sosiallaşmasında böyük xidmətləri və rolu olmuşdur. Çünki məscidlər yalnızca fərdlərin namaz ibadətlərini iqamə etmələri üçün inşa edilmiş deyildir. Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm), Mədinə'yə hicrət etdikdən sonra orada məscidi inşa etdiyində, müsəlmanların bu günkü ifadə ilə plan və layihələri, fərdi, ailəvi, sosial və beynəlxalq (digər qəbilə və dövlətlərlə arasındakı) əlaqələri adına bütün problemləri məbəddə görüşülür, müşavirə edilir və qərara bağlanırdı. Bəlkə daha sonrakı yüzillərə damğasını vuracaq olan elmi fəaliyyətlərin və halqaların da mərkəzi mövqeyinə yüksələcəkdi. Elm və mədəniyyətin ilk toxumları, demək olar ki buralarda atıldı. İslâm mədəniyyətinə bir məbəd mədəniyyəti də deyilə bilər. Məbəd, ibadət edilən yer deməkdir, amma topluca, camaat halında icra edilən ibadət yerləri, eyni zamanda müsəlman fərdlərin sosiallaşmasında və ictimai bir şüur qazanmalarında təməl funksiyalar icra etmişdir. Bu baxımdan namaz, İslamda sadəcə bir ibadət deyildir. Rərdlərin ictimailəşməsində və ilk şəhər və kəndlərin formalaşmasında mərkəzi bir rol oynamışdır. Bilindiyi kimi İslamda ilk şəhərlər, məscidlər ətrafında qurulmuşdur.

Namaz İnsanlar Arası Bərabərliyi Təmin edər

İslâm-ibadət sisteminin məqsədlərindən birisi də insanlar arasındakı fərqli ictimai status qruplarını və sinfi strukturları rədd edərək, mahviyət və təvazö ətrafında bərabərləşdirən bir sosial model formalışdırmasıdır. Kasıb-zəngin, əfəndi-kölə, alim-cahil, aristokrat və ya orta səviyyəli, məmur-vətəndaş, dövlət başçısı və sıravi bir vətəndaşı eyni safda ipə düzülürcəsinə bərabər bir statusa qovuşturmasıdır. Sinifi qarşıdurmaları ilə əlaqədar müharibələr, insanlıq tarixində necə qanlı hadisələrə, siyasi, mədəni və etnik gettolar (avropa ölkələrində yəhudilərin könüllü olaraq və ya məcbur edilərək yerləşdirildikləri və hər cür ehtiyaclarını başqa yerə getmədən təmin edə bildikləri məhəllə, yəhudi məhəlləsi.) formalaşmasına xidmət etmişdir? Bunu Qərbin tarixindən bilirik. İslâm tarixində bu mənada bir qarşıdurmadan və fərqliləşmədən söz edilə bilməz. Bunun səbəblərindən biri və bəlkə də ən önəmlisi, camaat halında qılınan namazların fərdlərə qazandırdığı qardaşlıq və bərabərlik ruhudur. Çünki hər inanmış, mədəni və sosial mövqeyi nə olursa olsun, birlik, bərabərlik, ortaq düşüncə və həzzi bu namazlar sayəsində əldə edər.

Namaz Möminin Meracıdır.

Namaz, insanı həqiqi insanlığa götürən nurani bir həlqədir. Namaz möminin meracıdır. Namazın həqiqətini, bir Müsəlmanın həyatındakı yerini, önəmini, namaz öncəsi konsentrasiyanı və necə bir merac olduğunu anlamaq üçün bu açıqlamalardaki namaz üfüqünə bizləri çatdırmasını Rəbbimizdən niyaz edirik.

Namaz Qılanın Bütün Etdikləri İbadətdir

Əgər namaz qılarsqa, bütün ömürümüzü ibadətlə keçirə bilərik. Bundan daha böyük müjdə ola bilər mi?

Rəbbimizin bizə bəxş etdiyi nemətlər sayıla bilməyəcək qədər çox. Buna qarşılıq qısa bir ömürdə etdiyimiz məhdud ibadətlərin, şükür üçün nə qədər yetərsiz olduğu açıq. Ayrıca burada ibadətlərimizlə əbədi bir Cənnəti qazanacağıq.

Məhz saysız nemətlərə şükr etmək və sonsuz Cənnəti qazanmaq üçün ibadetimizin nə qədər yetərsiz olduğunu bilən Rəbbimiz, bizə möhtəşəm bir fürsət təqdim etmişdir. Əgər namazınızı dosdoğru qılarsaq, digər dünyəvi mübah əməlləriniz gözəl bir niyyətlə ibadət hökmünə keçə bilər.

Bəli, bütün həyatınızı ibadətlə doldurmağa gücümüz çatmaz. Amma Rəbbimiz bunun üçün qızıl fürsətlər təqdim edir. Bunun üç şərti var:

1. Namaza Heç Etinasızlıq Göstərmədən Dosdoğru Qılmaq,

2. Dində qadağan edilməmiş mübah əməllər işləmək,

3. Bu dünyəvi əməlləri yaxşı bir niyyətlə etmək.

Deyək ki, beş vaxt namazı qılan birisiniz. Yemək yeməyiniz, təmizlik etməniz, ruziniz üçün çalışmanız, məşru söhbətləriniz, təbəssümünüz, yatmanız bir növ ibadətdir. Çünki, bunların hamısı həyatımız üçün lazımlıdır və həyatımızı davam etdirməmiz üçün bunları etmək məcburiyyətindəyik. Etdiyimiz hər davranışımızı ayə və hədislərə dayandırmamız mümkündür.

Söz gəlişi, ifrata getmədən, tam ehtiyacımız qədər yatsaq, yuxunun Rəbbimizin bir neməti olduğunu düşünərək, Bəsmələylə və sünnə olan duaları oxuyaraq yatıb, yenə Bəsmələylə oyansaq ibadət etmiş olarıq. Təbii ki namaz qılmaq şərtiylə ...

Bu cəhətdən baxdığımızda namaz bənzərsiz bir ibadət xəzinəsidir.

Namaz Ən Böyük Qoruyucudur

Namaz möminləri təhlükələrdən qoruyar. Məhz bununla əlaqədar yaşanmış bir örnək:

 Bir universitet tələbəsi, bir səfərdə, vaxtı keçməkdə olan axşam namazını qılmaq üçün çarələr düşünür. Tam bu sırada avtobus benzin almaq üçün bir yanacaq stansiyasında dayanar. Tələbə başcıdan icazə alaraq birisinə qibləni soruşub, çəmənlərin üzərində namaza durar.

İçində tərifsiz bir xoşbəxtlik vardır. Artıq sıxıntısı itmiş, Aləmlərin Rəbbinin hüzurunda, vəzifəsini yerinə yetirmənin doyumsuz ləzzətini yaşamaqdadır.

Üçüncü rükəti qılarkən, ömür boyu unuda bilməyəcəyi bir şey olar. Fatihə`ni oxumuş, tam rükuya əyilərkən, irəlidə daxmasında duran stansiyanın iti, hürərək üzərinə gəlir.

Tələbə saniyəlik bir tərəddüd keçirər. İndi nə etməlidir? Namazı buraxıb qaçmalı mı, yoxsa davam mı etməlidir? Allah'ın hüzurundan ayrılmağı heç cür düşünə bilməz və "Allahu əkbər" deyərək rükuya gedər.

Məhz tam o anda, nə oldusa olar. Özünə hücum etmək üzrə hürərək gələn it, sanki birisi arxasından çəkirmişçəsinə, tam yanına gəlmişkən əyləcinə basılan bir avtobus kimi dayanar. Hürməsini kəsmiş, xəfif bir hırıltıyla namaz qılan gəncə baxmağa başlamış, o səcdəyə gedincə də daxmasının yolunu tutmuşdur. (Ürəkdən Hekayələr, s.53, Çingiz Tan, Nəsil Nəşrləri)

Bəli, hər şeyin sahibi, O`na səcdə edən bir gənci, açıq bir təhlükədən qorumuşdu.

Kim namaz qılma yolunda istəkli və ciddi cəhd göstərsə, Allah ona asanlıqlar yaradar və təhlükələrdən qoruyar. Bunun nümunələri minlərlədir.



16-03-2010 10:06:24