Ana səhifə

Namazın qiraətində edilən səhvlər (Zelletü'l-kari) haqqında detallı məlumat verərsinizmi? Namazda oxunan Qur`an, düz oxunmazsa namaz pozularmı, səhiv səcdəsimi lazımdır? Edilən hərf, hareke səhvləri namazı pozarmı?..


YazdırSend to friend
Sual Detayı: 
Salam,Namazda hansisa bir sozu sehv dedikde ve tekbir demeyi unnutduqda yeniden Namaz qilmalimiyiq?ve sehv secdesi nece olur,niyetde NE deyilir?
Cavab: 

    Zammı (fatihadan əlavə) surəni oxuyarkən səhv edilsə və o səhvi düzəltmək üçün başdan yenidən oxunsa, səhv səcdəsi gərəkməz. Ancaq surə oxunmasa və ya səhv edilib başdan alınmazsa səhv səcdəsi gərəkir.

   Namaz içində Fatihə oxunduqdan sonra, hansı âyə və ya surəni oxuyacağı bir müddət təfəkkür edilsə, səhv səcdəsi lazım olar. Çünki vacib təxirə salınmışdır,gecikdirilmişdir. Əgər belə bir gözləmə olmamışsa qiraətin əvvəlində Tin surəsindən, ortasında Əsr surəsindən, sonunda isə təkrar Tin surəsindən âyələr oxumaqla qiraət tamamlansa, bunun üçün səhv səcdəsi gərəkməz.

  Namazda qiraətdə olarkən dil sürüşməsi və ya yanılma nəticəsi söz və hərflərdə edilən səhvlərlə əlaqədar hökmlər:

    Fatihə ya da bir surə oxuyarkən dilin sürüşməsi və ya yanılma nəticəsi söz və hərflərdə bir sıra xətalar edilə bilər. Bu mövzu fiqhdə əhəmiyyətli bir yer tutmaqdadır. Çünki mənanın dəyişməsi namazın pozulmasına gətirib çıxarar. Qur`an’ı yaxşıca öyrənmək, əzbərlədiklərimizə çox diqqət yetirmək lazımdır. Xüsusilə imam olacaq şəxslərin həm namazın fərz, vacib, sünnə və ədəbini, həm qiraəti yetərincə bilməsi -qıldıracağı namazın səhhəti baxımından- tələb olunur.

Qiraətdə Dil Sürüşməsi:

    Fiqh dilində buna "zəllə-i kâri'" deyilir. Yəni oxuyanın sürüşməsi, deməkdir.

    A) Bir Sözdəki Hərfi Digər Sözdəki Hərf ilə Bitiştirmek:

Bir sözdəki son hərfi digər sözün başındakı hərflə bitiştirmek namazı pozmasa da sözlərin rahat teleffuzunu və ahəngini pozar.Buna bir neçə nümunə verək:

- “İyyakə na'budu”nu “iyyakənə'abdu” şəklində ,(qâf) hərfini (nun) ilə birləşdirmek.

- “ğayri'l-mağdubi aləyhim”i ğayri'l-mağdûbia ləyhim" formasında ,(ba) hərfini (ayn) hərfiylə  birləşdirmək,

- “səmi'allahu limən hamidəhu” yu “səmi'allahuli mən ha-midəh” şəklində (hə) hərfini (lam) ilə birləşdirmək...

   Bütün bu birləşdirmələrdə məna ciddi ölçüdə pozulmadığından, namazın səhhət və qəbûluna əngəl sayılmamışdır. Hətta bu birləşdirmələri qəsdən etmiş olsa belə. Nə var ki diqqət yetirmək, sözlərin yerli yerində  haqqını verərək həm Qur`ân'a hörmətimizi, həm sünnə və ədəbinə uyğun oxumamızı təmin edər. (Fətâvâ-yi Hindiyyə - əl-Xülasə.)

B) Bir Hərfi Başqa Bir Hərf Yerinə Oxumaq:

    Bir hərfi başqa bir hərf yerinə oxumaq mənanı dəyişdirirsə və iki hərf arasında mahrəç cəhətdən bir yaxınlıq da mövcud deyilsə, namazı pozar. Amma iki hərf arasında mahreç yaxınlığı olduğundan, onları bir-birindən ayırd etmək və tələffüzdə buna görə çətinliksiz oxumaqda məşəqqət varsa, namazı pozmaz. İndi bu iki xüsusa bir neçə nümunə verək:

    Mahreçleri bir-birinə çox yaxın olub ayırt edilmələri məşəqqətli olanlar: (za) ilə (dad), (sad) ilə (sin), (ta) ilə (te) kimi. Hər misaldakı iki hərfdən birini digəri yerinə oxumaq, fukahanın irəli gələnlərinin çoxuna görə namazı pozmaz. (Fətâvâ-yi Kaadıhan) .Fətvâ buna görədir. Nə var ki Kadi Əbû Hasen ilə Kadi Əbû Asam`a görə, bu qəsdən edilsə namazı pozar. Amma dil sürüşməsi nəticəsi olsa, pozmaz. Muxtar olan da budur. Amma birincilərin fikirində asanlıq olduğundan Fətvâya daha uyğun hesab edilmişdir. O halda bəzi hərfləri rahat teleffuz edə bilməyən kimsə, üzrlü sayılmayacağından səy göstərməsi lazımdır. Amma bəzi hərflərə dili heç cür yatmırsa və bu axsaqlığı aradan qaldırması da mümkün olmursa, bacara bilmədiyi hərflərin olmadığı âyələr varsa onları oxuyar. Yoxsa, teleffuz edə bildiyi şəkliylə oxuyaraq namazını qılar, ancaq imamlıq etməsi doğru olmaz. (Fətâvâ-yi Kaadıhan - Fətâvâ-yi Hindiyyə..) Səhih olan görüş də budur.

C) Bir Hərfi Hazfetmek(aradan çıxarmaq):

    Qiraətdə bir hərfi olduğu kimi oxumayıb qaldırmağa «hazfı hərf» deyilir. Hazfedilen hərf mənanı pozsa, namaz pozular. Mənanı pozmaz da icaz və terhim qaidələri tətbiq olunaraq belə edilsə namaz pozulmaz. Buna bir neçə nümunə verək:

- "lə-qad câəthüm rusulüna" yerinə "lə-qad câəhüm rusülühü" oxunar da "caet" feilinin sonundakı (te) hərfi hazfedilirse, məna pozulmayacağından namaz səhihdir.

- “fə-mâ ləhüm lâyü'minûnə” yerinə "fə-mâ ləhüm yü'minûnə" oxunar da  feili mənfi edən (lâ) ədatı hazfedilirse, məna pozulacağı üçün namaz səhih olmaz. (əl-Mühit,  Radîyüddin Sərəxsî.)

   D) Sözə Bir Hərf Əlavə etmək :

    Kəliməyə bir hərf əlavə etmək mənanı pozsa, namaz səhih olmaz; pozmazsa namazın icazəsinə Fətvâ verilmişdir. Buna bir nümunə verək:

- "Vənhə anil münkəri" yerinə "venhanil münkəri" oxusa, məna pozulmayacağından namaz səhihdir. Vəchə`dəki (ha) hərfinə bir (ya) hərfi əlavə edilmiş olur.

- "Və zərabiyyü məbsusətün" yerinə "və zərabîbün məbsusətün" oxunsa, məna pozulacağından namaz səhih olmaz.

    E) Bir Sözü Başqa Bir Söz Yerinə İstifadə etmək:

    Qur`an’da bir sözü bir başqa söz yerinə qoyub oxumaq da mənanı pozub-pozmadığı, iki söz arasında məna yaxınlığı olub-olmadığı, Qur`an'da o sözün olub-olmadığı kimi bir sıra məsələlərlə əlaqədardır:

a) Dəyişdirilən söz ilə digər söz arasında məna yaxınlığı və Qur`an'da da yeri varsa namaz pozulmaz. Buna bir nümunə verək:

- "alîm" yerinə "hakîm" ya da "gafur" yerinə "rahîm" sözünü qoymaq kimi. Bunların həm mənaları bir-birinə yaxın, həm də Qur`an'da yerləri vardır.

   b) İki söz arasında məna yaxınlığı var, amma Qur`anda o cür bir söz yoxsa, İmam Əbû Hənîfə ilə İmam Muhamməd`ə görə namazı pozmaz. İmam Əbû Yusuf`a görə, pozar. Buna bir nümunə verək:

- "təvvabîn" yerinə "təyyabîn" oxumaq. Qur`an'da "təyyabîn" deyə bir söz yoxdur. amma ikisi arasında məna cəhətdən yaxınlıq mövcuddur.

   c) Dəyişik sözlə əsl söz arasında məna cəhətdən bir yaxınlıq olmamaqla bərabər, Qur`an'da da elə bir söz yoxsa namazı ittifaqla pozar.

   d) Dəyişik sözün Qur`an’da yeri var, lakin iki söz arasında məna cəhətdən bir yaxınlıq olmamaqla birlikdə, etiqad edildiyi təqdirdə küfrü gərəkdirən bir məna daşıyırsa, namazı pozar, fukahanın(alimlərin) bu barədə görüş birliyi vardır. Səhih olan da budur. Buna bir nümunə verək:

   - “Va'dən aləynə innâ künnâ failîn” yerinə “ğafilîn” sözünü qoymaq kimi. Çünki “fâilîn” ilə “ğafilîn”arasında məna cəhətdən heç bir yaxınlıq olmamaqla bərabər, tamamilə tərs bir mənaya gətirib çıxarmaqdadır. Bu, daha çox İmam Əbû Yusuf`un israrla üzərində dayandığı bir mövzudur. Fətvâ onun fikirinə görədir.

Söz əsl nisbət ediləcəyi addan başqasına nisbət edilərək oxunsa, Qur`an’da o nisbət  edilən söz varsa, İmam Muhamməd`ə görə namazı pozmaz.

   -  “Ya məryəmə'bnətə imrân” yerinə  “ya məryəmə'bnətə mûsâ” kimi. Amma Qur`an’da elə bir ad yoxsa, fiqh alimlərinin ittifaqıyla namazı pozar. "“ya məryəmə'bnətə ğilân” oxumaq kimi. Çünki Qur`an’da “ğilân” sözü yoxdur.

    F) Birbaşa Bir Söz Əlavə Olaraq Oxumaq:

    Bir sözü digər bir sözün yerinə deyil, birbaşa əlavə olaraq gətirib oxumaq, mənanı pozursa -Qur`an’da yeri olsa belə- namaz səhih olmaz. Bunlara bir örnək verək:

   - “Vəlləzînə âmənû billahi” yerinə “vəlləzînə amənû və kəfərû” oxumaq surətiylə cümlədə “kəfərû” sözünü artıq olaraq istifadə etmək, mənanı tamamilə pozmaqdadır. Qur`an’da hər nə qədər “kəfərû” feili bəzi yerlərdə istifadə edilmişsə də, burada artıq olaraq istifadə edilməsi nəzmi və mənanı alt-üst etməkdədir.

    - “İnnəmâ nümlî ləhüm lî yəzdadû ismən” də “ismən və cəmalən” şəklində "cəmal" sözünü əlavə olaraq istifadə etmək də namazı ittifaqla pozar. Çünki Qur`an’da bu cür bir söz yoxdur. Həm mənanı da qismən dəyişdirməkdədir.

    Mənanı pozmaz, Qur`an’da da o cür söz varsa, o təqdirdə namaz səhih olar. Buna bir nümunə verək:

- “İnnə'llahə bi-ibadihî lə xabirün basir” âyəsinə bir (kâ-nə) sözünü əlavə edərək oxumaq, “innəllahə kânə bi ibadihî xabîran basîra” demək, alimlərin icmasıyla namaz pozulmaz.

    Qur`an’da o növ söz yoxsa, amma mənanı da pozmursa, namaz pozulmaz. Buna bir nümunə verək:

- “fîhâ fakihətün və nahlün və rumman”cümləsinə bir də "tuffah" sözünü əlavə edərək oxumaq. (Əl-Muhit / Radıyüddin Sərəxsî - Fətâvâ-yi Hindiyyə)

    G) Eyni Hərfin Təkrarı:

   - Təkrar edilən hərf, muda'afın göstərilməsi isə namaz pozulmaz. “Və mən yərtəddə” ni “və mən yərtədid” şəklində oxumaq kimi.

- Muda'if’i göstərmə deyil də, mənanı pozursa namaz da pozular. "Əl-hamdu lillahi" cümləsini, "Əllə'l-hamdu lillahi" şəklində oxumaq kimi.

  - Sözü təkrar etmək də belədir: Məna pozulursa, namaz da pozular.“Rabi'l-âləmîn” i, “rabbi rabbî'l-âləmîn” şəklində oxumaq və ya “mâliki yəvmi'd-dîn” i, “mâliki mâliki yəvmî'd-dîn” formasında oxuyaraq  “mâlik” sözünü təkrarlamaq kimi.

     Sözün təkrarı halında namazın pozulacağını və səhih olan görüşün də bu olduğunu söyləyənlər də var.

    H) Sözlər Arasında Takdim - Tə'xir Etmək:

    Qiraətdə xəta edərək bir sözü önə almaq ya da geriyə almaq mənanı pozmursa, namaz da pozulmaz. “Ləhüm fihâ zəfîrün və şəhîk” i, “ləhüm fîhâ şəhıkun və zəfîr”  formasında oxumaq kimi.

    Diqqət yetirilsə burada "şəhık" sözü "zəfir" sözündən əvvələ keçərilmişdir. Bu halda məna pozulmamaqdadır. Amma mənanı pozacaq olsa, halıyla namaz da pozulmuş sayılar. “innəl əbrarə ləfi naîm və înnə'l-füccarə ləfi cəhîm” yerinə “İnnə'l-əbrarə ləfî cəhîm və innə'l-füccarə ləfî naîm”  oxumaq kimi.

    Burada diqqət yetirilsə, məna tam əksinə olmuşdur. Bu səbəblə namaz da pozular. Fukahanın çoxu bu fikirdədir, səhih olan da budur. (Fətvâ-yi Hindiyyə.)

    İki sözün digər iki söz üzərinə keçirilməsi və ya geriyə buraxılması da belədir; mənanı pozmadığı təqdirdə namaz səhih sayılar. Buna bir nümunə verək:

- "Yəvmə təbyaddu vücuhun və təsvaddu vücuhun" yerinə, "yəvmətəsvaddu vücuhun və təbyaddu vücuhun" oxumaq kimi.

    Diqqət yetiriləcək olsa burada sonra gəlməsi lazım olan iki söz önə alınmışdır. Amma mənada bir dəyişiklik meydana gətirməmişdir. Bu baxımdan namazın pozulmasına səbəb sayılmaz.

  İ) Bir Âyəni Digər Bir Âyənin Yerinə Almaq:

    Bir âyəni digər âyə yerinə gətirib oxuyar və sonunda vəqfin tam ölçüsüylə dayanacaq olar da sonra əsl oxuyacağı âyəni gətirib başlar və ya digər âyənin bir qisimini oxuyar da sonra əsl oxuyacağı âyəni gətirib başlarsa namazı pozulmaz.

- "İnnə'l-əbrarə ləfi naim" âyəsini oxuyacağı yerdə dili çaşıb "və'l-asrı innə'l-insənə" oxuyar və sonunda tam bir vakfə(durmaq və ya durdurmaq mənalarına gələrək,nəfəslə birlikdə səsin kəsilməsinə deyilir) etsə və ya,

- “və't-tinî və'z-zəytuni və tur-i sininə və hazəl'-bələdi'l-'əmîn” i oxuduqdan sonra tam bir vakfə edib sonra,

- "laqad xalaqnə'l- insanə fi ahsəni taqvim" yerinə "laqad xaləqnə'l-insənə fi qəbəd" oxusa, namaz pozulmaz.

    Amma bunlarda və bənzəri yerlərdə âyənin sonunda vakfı tam etmədən digərinə keçib oxusa, səhih olan görüşə görə namazı pozular. (əl-Xülasə - Fətvâ-yi Hindiyye.)

    J) Yeri Olmadığı Halda Vaqf, Vasıl və İbtida Etmək:

    Dayanılması lazım olmayan yerdə dayanmaq (vakıf etmək), başlanması lazım olmayan yerdə başlamaq mənanı pozmadığı təqdirdə namaz pozulmaz. Buna bir nümunə verək:

- “innə'lləzînə amənû və amilu's-sâlihati”  ye oxuyub vakfettikten sonra “ulâikə hüm xayrü'l-bəriyyə”  yə başlamaq bu cümlədəndir. Burada məna pozulmadığından namaz pozulmaz. Üləmanın icmâ'ı(fikir birliyi) vardır. Bunun kimi vasıl edilməyəcək yerdə vasıl etsə namaz pozulmaz, amma uyğun deyil. Buna bir nümunə verək:

- “ashabu'n-nari” yi oxuyub dayanmadan  “əlləzînə yahmilunə'l-arşə” ye keçmək kimi. Əslində birinci cümlədən sonra dayanması lazım olarkən vakıf etmədən vasıl etmiş olur. Amma bu vəziyyətdə məna hədsiz şəkildə dəyişsə, bu mövzuda fərqli görüşlər vardır. Lakin səhih olan kavle görə, namaz yenə pozulmaz. Buna bir nümunə verək:

-  “Şəhidəllahu lâ ilahə” deyib vakfettiktən sonra “illâ huvə”  desə, xarici görünüşü etibarilə məna pozulursa da bir əlavə edilmədiyindən namaz pozulmur. Çoxu elm adamlarının fikiri belədir. Azlıqda olanlar isə pozulacağına hökm etmişlər. Fətvâ birincilərin görüşünə görədir. Çünki Müsəlman xalq üçün bunda asanlıq vardır.(Radiyüddin Sərəxsî, əl-Muhlt)

   K) İ'rabda Xəta Etmək:

    İ'rabda(söz və feillərin sonunda olan hərf və hərəkələrin dəyişməsi) səhv etmək mənanı pozmadığı təqdirdə namazı da pozmaz. Məsələn:

- “lâ r'faü asvâtəküm”ü “lâ tur'faü asvâtəküm” şəklində oxuyaraq (te) hərfini ötre-damma(u) oxusa, mənanı hədsiz şəkildə pozmadığından, namaz da pozulmuş sayılmaz. Bunda icmâ' vardır. Amma mənanı hədsiz şəkildə pozsa, məsələn “və asâ âdəmə rabbuhu” desə məna hədsiz şəkildə pozulmuş olacağından namaz da pozulmuş sayılar. Çünki âdəm  sözünün sonunun ötrə olması lazımdır. Üstün -Fəthə(ə,a) oxununca bu məna çıxmış olar:

«Âdəmə Rəbbisi üsyan etdi.» Mütəkaddiminin bunda görüş birliyi vardır. Müteahhirin isə bu barədə fərqli görüş ortaya qoymuşlar. Başda Şəm-sü'I-Əimmə Əl-Həlvanî olmaq üzrə Əbû Cafər Hindəvanî və bənzəri elm adamları namazın pozulmadığına razı olmuşlar. (Fətâvâ-yi Hindiyyə.)

O halda bu mövzuda Mütəahhîr'inin fikirlərində də Müsəlman xalq üçün asanlıq vardır, fətvâya daha uyğundur. Mütəkaddimîn'in görüş və ictihadı isə ehtiyata daha uyğundur. (Fətâvâ-yi Kaadıhan - əl-Muhit / Sərəxsî.)

   L) Şəddə ya da Mədd`i Tərk etmək:

    Bilindiyi kimi Ərəb lüğətində gərək i'rabın, gərəksə şəddənin(hərfin üzərində olub,hərifi qoşalaşdırır) mənanı dəyişdirmə yönündən önəmli yeri vardır. Şəddəli bir sözün verdiyi məna ilə eyni sözün şəddəsizinin verdiyi məna arasında böyük fərq vardır.

   Bəzi istisnaî qaidələr bunun xaricindədir. Bu baxımdan namazda qiraət fərzini yerinə yetirərkən gərək i'raba, gərəksə şəddə və məddəyə(uzatma) çox diqqət yetirmək lazımdır. Hərçənd bununla namazın pozulmayacağı fikirində olanlar vardır, amma əksini iddia edənlər də az deyil.

   O halda Fatihəni oxuyarkən iyyakə na'budü yerinə iyyakə na'budu deyər və beləcə şəddəyi tərk etsə, namaz pozulmaz amma bu tərz bir okuyuş qiraət elminə və ədəbinə zidddir. Bununla birlikdə mənanı dəyişikliyə uğratdığı üçün namaz pozular deyənlərin fikirini diqqətdən uzaq saxlamamaq lazımdır.

    Mədd'i tərk etmək, mənanı pozursa namaz fâsid(pozular) olar. Buna bir misal verək: “səvâun aləyhîm”i “səvəun aleyhim”  şəklində, oxumaq kimi, fukahanın bu mövzudada fikirləri fərqlidir. Çoxuna görə mənanı pozsa belə namaz pozulmaz. Çünki insanların çoxu qiraəti haqqıyla yerinə gətirə bilməz. Fətvâ da buna görədir. (Fətâvâ-yi Hindiyyə - əl-Xulasə.)

    Bunun kimi idğam(bir şeyi başqa bir şeyə daxil etmək) ediləcək yerdə onu tərk etmək, edilməyəcək yerdə idğam etmək doğru deyil.Çoxu elm adamlarına görə məna hədsiz şəkildə dəyişikliyə uğrayırsa, o təqdirdə namaz pozular. Buna bir nümunə verək:

-“lilləzînə sətuğləbûnə”yi “qul lilləzînə sətuğğabûnə”  şəklində oxuyaraq (ğayn) hərfini idğam etmək ,mənanı hədsiz şəkildə pozduğundan namaz da pozular.

    Yenə idğam edilməyən yerdə idğam etməklə məna pozulmursa, namaz fasid olmaz. Buna bir nümunə verək:

- “qul sîrû”nu (lam)`ı (sin)`e idğam edərək oxumaq mənanı pozmaqdadır. (əl-Mühit / Serahsi.)

    İmâlə (bir hecanı vəznə uyğunlaşdırmaq üçün uzadaraq oxumaq)edilməyəcək yerdə imâlə etmək və ya ediləcək yerdə onu tərk etmək, qiraət cəhətdən xətalıdırsa da namazı pozmaz. Çünki bu cür dəyişikliklər mənanı pozmamaqdadır. (əl-Mühit / Serahsi.)

    M) İbn Məs'ud və Digər Səhabələr'in Mushafı:

    Bilindiyi kimi, əlimizdəki Mushafı, Hz. Osman (R.A.)`ın ilk nüsxədən istinsah edərək İslam ölkələrinə göndərdiyidir. Bundan başqa bir də İbn Məs`ud Həzrətlərinin yenə ilk nüsxəni əsas tutaraq hazırladığı və lakin mənada deyil lafızda bəzi dəyişikliklər göstərdiyi Mushaf`ı vardır; ona görə oxunduğu təqdirdə, namaz pozulmaz. Çünki mənada bir dəyişiklik meydana gəlməməkdədir. (əl-Mühit / Serahsi.)

    N) Sözün Bir Qisimini Oxuyub Gerisini Oxumamaq:

    Qiraət əsnasında sözün yarısını ya da üçdə birini oxuyub geriyə qalan qisimini oxumamaq namazı pozarmı pozmazmı?

    Bunun cavâbı qəti deyil. Bu, ya nəfəsin kəsilməsindən, ya da unutmadan dolayı meydana gəlir. Meşayihin çoxuna görə hər iki surətdə də namaz pozular. Buna bir nümunə verək:

    "əl-hamdu" deyəcəyi yerdə "ƏL" deyib dayanar sonra "Hamdu" deyərək tamamlasa, və ya Fatihə, ya da Zammı(artım)Surəni oxumadığını sanaraq (ƏL) deyə başlar və sonra oxuduğunu xatırlayaraq imtina etsə və ya sözün bir qisimini xatırlayar gerisini xatırlaya bilmədiyi üçün onu buraxıb başqa bir söz xatırlasa, bütün bunlarda namaz pozular. Fukahadan bir qisiminə görə isə pozulmaz. Səhih olan birincilərin fikiridir. (Fətâvâ-yi Kaâdıhan - əl-Mühit / Serahsi.) Amma ikincilərin fikirində Müsəlman xalq üçün asanlıq ol/tapıldığından seçimə uyğun hesab edilmişdir. (əz-Zahire / Burhaneddin Mahmud b. Taceddin.)

    Sözün bəzi hərflərini yeri olmadığı halda esreylə(ı,i) oxusa, namaz pozulmaz. Çünki Müsəlman xalqın çoxu bu cür teleffuz səhvləri edə bilərlər. O halda pozulmayacağına dair Fətvâda asanlıq vardır.

   O) İlahi İsimlərə Nisbət Edilən Feilin (Hərəkətin) Te`nnis Gətirilməsi:

    Allah (sübhanəhu və taələ) və adları haqqında kişilik və qadınlıq müzakirə mövzusu ola bilməz. Ancaq Qur`an-i Kərîm`də bu adlara isnad etdirilən feillər ümumiyyətlə təzkir formasında istifadə edilmişdir. Onsuz da feillər ya qadın, ya da kişi üçün istifadə edilər. Bu ikisi xaricində bir üçüncü istifadə etmə şəkli yoxdur. Kişilik və qadınlıq sifətlərini daşımayan əşyaya daha çox kişilik ifadə edilən feillər isnad edilər. Bu, o əşyanın kişi olduğu üçün deyil istifadə etmə üsulu olduğu üçündür. (müəllim(müzəkkər)-müəllimə (müennes))

    Məhz bu qaydaya görə Allah (Cəllə Cələluhu) ad və sifətlərindən hər hansı birinə bir feil isnad edilincə müzəkkər(sözü kişi göstərən) hərəkətlərdən seçilər. Qur`an’da özəlliklə həmişə bu ölçüdə istifadə edilmişdir.O halda namazda qiraəti yerinə yetirərkən isnad edən feili müzəkkər formasında deyil, müənnəslə əlaqədar olaraq tələffuz etsə namaz pozularmı?

    Fiqhçilər(islam hüquq alimləri) bu mövzuda fərqli hökm gətirmişlər: Muhamməd bin Ali bin Muhamməd Əl-Ədîb'ə görə namaz pozular. Çünki "ləm yəlid vələm yuləd" daxil hər yerdə feil müzəkkər gətirilmişdir. Şeyx Əbû Bəkir Muhamməd bin Fadl'ə görə namaz pozulmaz. Səhih olan da budur. (əl-Mühit / Sərəxsî - əz-Zahirə / Burhanəddin Mahmûd.)

Buna bir nümunə verək:

- "həl yənzurunə illa ən yətiyəhumullahu fi zuləlin" dəkı "yətiyəhüm" ü "tə'tiyəhüm" şəklində oxumaq bu cümlədəndir. əl-Fəvaid kitabında deyilir ki:

  «Namazda qiraətdə hədsiz səhv etdikdən sonra dönüb onu doğru oxuyan kimsənin namazı pozulmaz. İ'rablarda (söz və feillərin sonunda olan hərf və hərəkələrin dəyişməsi) da səhv edib sonra bunu düzəldənin də namazı caizdir.»

   (bax. Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: 1/275-286.)

     2)Namaz`a “Allahü-Əkbər” sözü ilə başlamaq vacibdir.Bu, əksəriyyətə görə fərzdir.Vaciblər fərzləri,sünnətlər  vacibləri,ədəblər də sünnətləri tamamlamaq üçündür.Beləliklə mü`minin miracı olan Namaz`ı haqqıyla qılmış olar və zay olmaqdan qurtular.

  Sübutu âyə, mütəvatir və ya məşhur hədis kimi qəti dəlilə söykənən, lakin dəlaləti (ifadə etdiyi məna) zənni olan hökmə “vacib”deyilir.Vacibin hökmü tərk edənin axirətdə hesaba çəkilməsidir.Vacib tərk edildiyi üçün namaz pozulmaz.Bu əskikliyi tamamlamq üçün namazın sonunda səhv səcdəsi edilməlidir.Lakin bir vacib bilərək tərk edildiyində, namaz təkrar qılınmalıdır.

İftitah Təkbiri

Səhv səcdəsi necə qılınır?

Səhv səcdəsi nə vaxt və necə edilər?



09-04-2014 09:34:21