Ana səhifə

Namazları birləşdirib üç dəfə qılmaq nə dərəcədə doğrudur?


YazdırSend to friend
Sual Detayı: 
Namazlari birlesdirib 3 defe qilmaq ne derecede dogrudur?sunniler henefi menzebinden olanlar namazlarini birlewdirib 3 defe qila bilerler?xahiw edirem konkret yazin ALLAH razi olsun
Cavab: 

Salam aleykum.

Qur`an-i Kərimdə gündə beş dəfə əmr edilmiş, Fəxr-i Kainat Əfəndimiz sallallahu aleyhi və səlləm-in gündə beş dəfə qılıdığı namazı üç dəfəyə endirib qılmaq olmaz. 

Bir tək saat, beş vaxt namaza dəstəmaz ilə kafi gəlir. Amma şeytan o bir saatı adama elə böyük göstərər ki, deyər vaxtın gedir get dərsivi oxu. Deməli belə, oturarıq televizorun ya da komputerin qarşısında və saatlarla heç narahatçılıq keçirmədən (bəzən keçirsək də dura bilmərik) o dəyərli vaxtımızı dəyərsiz şeylərlə heç edərik. Əcaba, iyirmi üç saatını bu qısacıq dünyəvi həyata sərf edən və o uzun əbədi həyata tək bir saatını sərf etməyən nə qədər zərər edər, nə qədər nəfsinə zülm edər, nə qədər ağıla zidd hərəkət edər! Əgər min adamın iştirak etdiyi bir lotoreya qumarına yarı malını verməyi ağıl qəbul edərsə - halbuki qazanc ehtimalı mində birdir – sonra iyirmi dörddə bir malını yüzdə doxsan doqquz qazanc ehtimalı olan əbədi bir xəzinəyə verməməyin nə qədər ağıldan və hikmətdən kənar hərəkət olduğunu, nə qədər ağıldan uzaq düşdüyünü özünü ağıllı zənn edən adam anlamazmı?

Halbuki, namazda ruhun, qəlbin və ağlın böyük bir rahatı vardır. Həm cismə də o qədər ağır bir iş deyil. Həm namaz qılanın digər mübah dünyəvi əməlləri gözəl bir niyyət ilə ibadət hökmünə keçər. Bu surətdə bütün ömür sərmayəsini axirətə mal edə bilər. Fani ömrünü bir cəhətdə əbədiləşdirər.

Namazı birləşdirib 3 dəfə qılmaq olar?

Dördüncü Söz: Namaz

İyirmi Birinci Söz: Namaz yaxşıdır. Fəqət hər gün beş dəfə qılmaq çoxdur. Bitmədiyindən usanc verir?





18-07-2014 12:54:22

Düğüme özel