Ana səhifə

Necə salam vermək lazımdır?


YazdırSend to friend
Sual Detayı: 
İnsanlar salam verərkən salamun aleykum, salamun aleyki və ya səlamun aleykə deyirlər. Xahiş edirəm açıqlama verin. Hansı salam məqsədə uyğundur.
Cavab: 

Cahiliyyət dövründə yaşayan kəslər bir-birinə rast gəldikləri zaman müxtəlif sözlərlə bir-birinə kompliment deyərək sevgi və hörmətlərini göstərərdilər. Cahiliyyətin inanc, ibadət və hüquq sahəsinə dəyişiklik gətirən İslam dini ictimai sahədə də dəyişikliklər gətirdi. Və bir-birinə rast gələnlərə, kompliment demək üçün istifadə etdikləri söz və cümlələri qadağan edərək "əssələmi 'əleykum" deməyi əmr etdi.
Peyğəmbər (səv) buyurur: "İman etmədikcə Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də iman etmiş sayılmazsınız. Sizə bir şey dəlalət edimmi ki, onu etdiyiniz təqdirdə bir-birinizi sevmiş olacaqsınız. Salamı aranızda yayın" (Müslim).
İmran bin Hüseyn deyir ki: "Biz cahiliyyətdə "Allah sənin gözünü sevindirsin" və ya "Səhər sənin yaşamağın yaxşı olsun" deyərdik. İslam dini gəlincə bundan nəhy edildik." Peyğəmbər (səv) də belə buyurur: "Bizdən başqasına özünü bənzədən kimsə bizdən deyil. Yəhudi və xristianlara özünüzü bənzətməyin. Yəhudilərin salamı barmaqlarla işarə etmək, Xristianların salamı da əl ilə işarə etməkdir"(Tirmizi)
Yuxarıda zikr edilən hədislərdən aydın olduğu kimi müsəlmanlar bir-birinə rast gəldiklərində (əssələmi 'əleykum) sözünü söyləməklə sözə başlayacaqlar.
Bəzən salam yerinə çöldən gələn kimsəyə qarşı "xoş gəldin" mənasında bu ifadənin də istifadə edildiyi nəql edilmişdir. (bk. Buxari, İman, 40, Elm, 25, Salat, 4; Müslim, İman, 24, Qonağın, 82; İbn Macə, Müqəddimə, 22; Əbu Davud, Zəkat, 6)

İndiki vaxtda istifadə edilən "sabahın xeyir", "axşamln xeyir", "abadın xeyir"  və ya "gecəniz xeyirə qalsın" kimi deyimlər, salam verilənlər üzərində dinclik, güvən və sağlamlıq meydana gətirə bilsə də "İslama aid salam"ın yerini tutmadığında açıqlıq vardır. Bəlkə bu deyimlər əsl salamlaşmadan sonra dua və xahiş xüsusiyyətində deyilə bilər.



16-05-2010 09:32:44