Ana səhifə

Nisa Surəsi ,59-cu ayənın açıqlaması.


YazdırSend to friend
Sual Detayı: 
SALAM ALEYKUM...SIZDEN XAISH EDIREMKI,EN NISA SURDSININ 59 AYE TERCUMESINI VE GENIS SEKILDE TEFSIRINI VERESINIZ.EN ESASI AYEDE KECEN OZUNUZDEN SONRAKI BOYUKLER KIMLER NEZERDE TUTULUR?
Cavab: 

Nisa Surəsi 59. kərimə Təfsiri

"Ey iman edənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və  özünüzdən olan ulu'l əmrə (ixtiyar sahiblərinə) də itaət edin!

Ulu'l-emirden məqsəd, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm dövründə və sonrasındakı Müsəlmanların idarəçiləridir. Xəlifələr, hakimlər, komandirlər buna daxildirlər.

Yuxarıdakı ayədə idarəçilərə ədalətlə hökm etmələri əmr edilir, bu ayədə də onlar haqq üzrə olduqları müddətcə onlara itaət etmənin vacibliyinə diqqət çəkilir.

"Əgər bunu, Peyğəmbərə demiş olsaydılar və özlərindən olan ulu’l əmrə (desəydilər), içlərindən mahiyyətinə varan kimsələr bilərdilər. Əgər Allahın lütfü və rəhməti üzərinizdə olmasaydı,şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız." (Nisa 83) ayəsindən hərəkətlə, ulu'l- əmrdən məqsədin din alimləri olduğu da deyilmişdir.

 

"Əgər bir iş barəsində mübahisə etsəniz, onu Allaha və Peyğəmbərə həvalə edin! "

Ayənin bu qisimi ulu'l-emirden məqsədin xəlifələr, hakimlər, komandirlər olduğunu teyin edər. Çünki "ulu'l-emirden məqsəd din alimləridir" desək, onları təqlid vəziyyətində olan kəslərin onlarla dini bir məsələdə münaqişəyə düşməsi söz mövzusu ola bilməz. Amma idarə edənlərlə idarə edilənlər arasında zaman zaman problemlər ola bilməkdədir. Belə bir vəziyyətdə edilməsi gərəkən Allah və Rəsuluna müraciətdir. Məsələnin Allaha ərzi, O'un kitabına müraciətlə olar. Peyğəmbərə ərzi isə, Hz. Peyğəmbərin yaşadığı dövrdə şəxsən özünə müraciət, sonrasında isə sünnəsinə müraciətlə olar.

Müqayisəni(qiyas), yəni ictihad yoluyla yeni məsələlər haqqında hökm verilməsini inkar edənlər "Allah, ixtilaflı məsələlərdə Kitaba və sünnəyə müraciəti əmr etdi, müqayisəni zikr etmədi" deyərək bu ayədən dəlil gətirmək istəmişlər.

Halbuki ayədə ulu'l-emr də zikr edilməkdədir. Ulu'l-emrin etdiyi, haqqında ixtilaf olan bir məsələni, Kitab və sünnədən bənzəri bir hökmü əsas olaraq,həll etməkdir. Bu vəziyyətdə, dinlə əlaqəli məsələlərdə üç növ hökm qarşımıza çıxar:

1- Kitab ilə hökmü müəyyən olanlar.

2- Sünnə ilə hökmü müəyyən olanlar.

3- Müqayisə yoluyla hökmü müəyyən olanlar.

"Allaha və axirət gününə həqiqətən inanırsınızsa (belə edin.)"

Allaha və axirətə iman belə ixtilaflı məsələlərdə Kitaba və sünnəyə müraciəti tələb edir.

"Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır."

Yəni, "belə etməniz, sizin öz qənaətinizlə,ağlınızla çatacağınız hökmlərdən daha yaxşıdır.

Mənbə: Beydavi Təfsiri



04-04-2014 12:42:44