Ana səhifə

Niyə duadan sonra əllər üzə çəkilər?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum. Salavat deyərken niyə əlimizi üzümüzə çəkirik? Bu haqda dəqiq bir məlumat var? Allah razı olsun.
Cavab: 

Salavat bir növ dua olduğu üçün əl açaraq salavat oxumaq və salavat oxuduqdan sonra əlləri üzə sürməkdə bir qəbahət yoxdur.

İbnu Abbas (Allah ondan razı olsun) nəql edir: 

"Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki: "Allaha dua edən zaman ovuclarının içini açaraq dua et, əllərinin arxasıyla dua etmə. Duanı bitirincə ovuclarını üzünə çək."

Hz. Aişə (radıyallahu ənh) nəql edir:

"Hz. Peyğəmbər (əleyhissalatu vəssalam) yatağına girdiyi zaman, əllərinə üfləyib Muavvizateyni ( fələq və nas surələri) və qulhuvallahu əhad`ı oxuyub əllərini üzünə və bədəninə sürər və bunu üç dəfə təkrar edərdi. Xəstələndiyi zaman eyni şeyi özünə etməmi əmr edərdi". (Buxari, Fədailul-Qur`an 14, Tibb 39, Davat 12; Müslim, Salam 50, (2192); Tirmizi, Davat 21, (3399); Əbu Davud, Tibb 19)

Hz. Ömər`in (Allah ondan razı olsun) rəvayətində:

"Rəsulu Əkrəm əllərini duaya qaldırdığı zaman üzünə sürmədən aşağı salmazdı" (Tirmizi, Davat, 11)

Bu rəvayət duadan sonra əllərin üzə çəkilməsinin hökmünü göstərər. Bəzi alimlər belə bir mütaliədə olmuşdur: "Allahu Təala, dua edəni heç bir zaman boş çevirməyib, özü üçün qalxan ələ bir rəhmət çatdırdığına görə, ondakı rəhmətin ən şərəfli və hörmətə ən layiq orqan olan üzə sirayət etdirilməsi münasibdir."

Duanın sonunda əlin üzə çəkilməsi təbərrük (uğur) üçündür. Yəni, dua ilə əllərə enmiş olan rəhmət əsərləri, sürmək surətiylə üzə çatdırılmış olar. (Baxın. Kutubu Sittə - Prof. Dr. İbrahim Canan)

Duadan sonra əllərin üzə sürtülüb sürtülə bilməyəcəyi mövzusunda fərqli görüşlər olmaqla birlikdə, Qazı Əbu Tayyıp, Əbu Məhəmməd əl-Cuvayni, İbn Sabbağ, əl-Mütevelli, Şeyx Nəsr və Qəzali bunun müstəhəb olduğu fikirindələr. (Nəvəvi, Əl-Mecmuda, 3/501)

Alimlər arasında fərqli görüşlərin olduğu bir mövzuda, insanların bir-birlərini səhv etməklə günahlandırmaması lazımdır. Onsuz da fəzaili əməldə zəif hədislərlə əməl edilə biləcəyinə dair, alimlərin görüş birliyi vardır.



03-06-2010 04:00:06

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz