Ana səhifə

Niyə Quran dili ərəbcədir?


YazdırSend to friend
Sual Detayı: 
Niyə Quran dili ərəbcədir? Bunu milliyyətçilik olaraq düşünənlərə nə deyilə bilərik? Quranı tərcüməsindən oxusaq daha yaxşı olmaz?
Cavab: 

Cavab 1:

Bu mövzuda ətraflı bir şeylər yazmaq "sual-cavab" stilimizi aşar, kitab yazmaq və ya uzunca bir məqalə yazmaq zərurət edər. Bu səbəblə, -bildiyimiz qədəriylə- bu mövzunun başa düşülməsinə bəzi nöqtələrə diqqət çəkməklə kifayətlənəcəyik.

a. Qur`anın özünə vəhy olaraq endiyi peyğəmbər (s.ə.s.)`ın dili Ərəbcə idi. Bir insan olaraq Hz. Muhəmməd (s.ə.s.)`a Qur`an başqa bir dildə ensəydi əlbəttə onu anlaya bilməyəcəkdi. Təbliğ və açıqlamaqla vəzifəli olan peyğəmbərin (s.ə.s.) anlamadığı bir kitabı başqasına təbliğ və şərhi mümkün ola bilər?

"Biz hər peyğəmbəri, öz millətinin dili ilə göndərdik, ta ki onlara həqiqətləri yaxşıca açıqlasın"(İbrahim, 4),

"Əgər biz Qur`anı xarici bir dillə göndərsəydik deyərdilər ki: "Niyə, onun ayələri açıqca bəyan edilmədi? Dil xarici, həmsöhbət Ərəb! Olarmı belə şey?" (Fussilət, 44) tərcüməsindəki ayələr bu həqiqətə diqqət çəkmişdir.

b. Qur`an, Allah`ın digər kitabları kimi əlbəttə müəyyən bir yerdə, bir mühitdə, bir ətrafda gəlmək məcburiyyətində idi. Yəni, bütün insanlara birdən xitab edəcək şəkildə, bütün dillərdə birdən göydən yağar kimi dünyaya enməsi sünnətullaha zidddir.  Sözgəlişi İbranicə danışanlara Tövrat o dildə gəldiyi kimi, Qur`anın da ilk həmsöhbətləri olan Ərəblərə Ərəb diliylə gəlmək vəziyyətində idi.

c. Qur`an-ı Hakim, digər səmavi kitablardan fərqli olaraq ifadə tərziylə, ləfziylə də bir möcüzə olmasıdır. İlk həmsöhbətləri olan Ərəblər tərəfindən, Qur`anın bu möcüzə bəlağəti,  bənzərsiz gözəl' sənətinin başa düşülməsi üçün, ilahi hikmət tarix içərisində Ərəbcəyə -digər dillərdən fərqli- bir xüsusiyyət, bir genişlik, qazandırmışdır. Bu məzmunda Ərəbləri də ümmi bir millət olaraq hazırlayıb, tarixi iftixar tablolarını yazıya tökə bilmədikləri üçün yaddaşlarına yazmaq məcburiyyətində buraxmışdır.

Bu sistem Ərəblərdə şeir və bəlağəti insanlıq ictimaiyyətində bənzərsiz bir zirvəyə daşımışdır. Bu xüsus, Ərəblərin Qur`anı bəşər üstü bir kəlam olduğunu anlamalarını təmin etmişdir. Bu səbəblədir ki, yüz minlərlə insan Qur`anın bəlağətinə səcdə etmək məcburiyyətində qalmışdır. Böyük əksəriyyəti Qur`anın bu bənzərsiz üslubu qarşısında çox dözə bilməyib İslam dininə girmişdir. Siyasi, ictimai, mədəni, iqtisadi kimi səbəblərdən ötəri, İslamın həqiqətlərinə qulağını bağlayanlar belə Qur`anın bu bənzərsiz ifadə tərzinin gözəlliyini etiraf etmək məcburiyyətində qalmışlar. Atalarının dinlərini tərk etməmə adına bu möcüzəyə "sehr" deməklə işin içindən sıyrılmağa çalışmışlar.

Bu şərhlərdən aydın olur ki, Qur`anın Ərəbcə olaraq enməsinin bir hikməti də -mənəvi və dili bir möcüzə olan Qur`anın möcüzəliyini əks etdirmə qabiliyyətində olan- Ərəbcə dilinin bu xüsusi mövqeyidir.

d. Hikmət baxımından əhəmiyyətli bir xüsus da bu ola bilər ki; universal bir vəhy olan, bütün insanlara xitab edən, qiyamətə qədər qüvvədə olmağa davam edən Qur`anın istifadə etdiyi dilin mövqeyi böyük əhəmiyyət ifadə edər. Sözlərinin dəyişik mənalara gələ biləcək şəkildə  geniş əhatə, az sözlə çox mənaları ifadə edə biləcək şəkildə yığcam üsluba, məcaz və həqiqəti, məntiq və məfhumu, dəlalət və məzmunu, əks etdirə biləcək şəkildə incəlikləri saxlayan estetik sənətə sahib olmasıyla Ərəbcə -belə cihanşümul bir vəhy olan- Qur`anın dili olmağa haqq qazanmışdır.

e. Bunu da unutmamaq lazımdır ki, Qur`an hansı dildə gəlsəydi, eyni suallar onun üçün də etibarlı olacaqdı. Halbuki vəhy, mütləq insanların istifadə etdiyi dillərdən biriylə enmək vəziyyətindədir. 

 

Cavab 2:

Bir ilahi kitab eyni anda bütün millətlərin dilində göndərilməyəcəyinə ,və peyğəmbər eyni anda bütün millətlərdən çıxa bilməyəcəyinə görə bir dilin və qövmün seçilməsi ağlan zəruridir.

Peyğəmbərimizin ərəblər içindən göndərilməsinin və Qur`anın ərəbcə olmasının milliyyətçiliklə əlaqəsi yoxdur. Çünki islam mənfi milliyyətçiliyi yəni irqçiliyi qadağan edər. Hər millət ibadətlər, haram- halallar və Qur`anın nəzərdə tutduğu ehkam xaricindəki öz ənənə və mədəniyyətinə görə hərəkət edər, öz ənənələrini yaşar. Digər millətlərin ərəb mədəniyyətini yaşamaqda zəruriliyi yoxdur. Amma eyni dinə mənsub olmanın verdiyi əlaqəylə müsəlman millətlərin bir-birini təsir etməsi təbiidir.

İkinci bir xüsus Qur`anın ərəbcə olmasını və Hz. Peyğəmbərin ərəb millətindən çıxmasını təqdir edən Allahdır. Allah isə etdiklərindən ötəri qullara hesab verməz.

Qur`anın, hər cür xarici təsirdən masun qalan və zəif dili olan ərəb diliylə göndərilməsinin saysız hikmətləri vardır.

Bizi yaradan Allah, Qur`ani Kərimi Ərəbcə olaraq bizə göndərmiş. Əlbəttə ki mənasını öyrənmək üçün Türkcə, İngiliscə kimi tərcümələri oxumamız lazımdır. Ancaq namaz ibadətində oxuduğumuzda mütləq əslindən orijinalını oxumalıyıq. Çünki onun əsli Ərəbcədir. Allah Qur`anı Ərəbcə olaraq endirmişdir. Tərcüməsi Qur`an yerinə keçə bilməz.

Məsələn bir nüvənin əslini pozaraq parçalara ayırsaq, sonra da torpağa əlavə etsək ağac ola bilməyəcək. Çünki xüsusiyyətləri itmişdir. Bunun kimi Qur`an ayələri, sözləri və hərfləri bir nüvə kimidir. Başqa dillərə çevrilincə xüsusiyyətini itirəcəyi üçün Qur`an olmayacaq.

Cavab 3:

İlk nəzərdə möminin, Allahına anladığı bir dil ilə qulluq etməsi daha təbii görünür; bunun üçün də ən yaxşı vasitə ana dilidir. Lakin məsələ araşdırıldığında, fərqli ölçülərə çatmaqdadır: Hər şeydən əvvəl dua ilə namaz arasında açıq bir ayrım etmək lazım olar. Namaz xaricindəki duada möminin ehtiyaclarını və diləklərini Rəbbinə istədiyi dildə bildirməsi qadağan deyil. Bu şəxsi bir məsələdir və qulun, Xaliqi ilə olan vasitəsiz münasibətləri ilə əlaqədardır. Buna müqabil namaz, kollektif və ümumi bir ibadətdir və namazda iştirak edən digər möminlərin ehtiyacları da diqqətə alınmalıdır. Namaz, prinsip olaraq camaatla qılınar; tək başına (fərdi olaraq) qılınan namaza icazə vardır, lakin əsla seçilməz, seçim camaatla qılınan namazadır.

Əgər, İslam hər hansı bir bölgənin, irqin və ya millətin dini olsaydı, heç şübhəsiz yalnız bu bölgənin, bu irqin və ya bu millətin dili istifadə edilə bilərdi. Lakin, bütün irqlərdən və dünyanın bütün nöqtələrində oturan və hər biri digərləri tərəfindən aydın olmayan yüzlərlə dili danışan möminlərə sahib bir dinin zərurətləri başqa olacaq. Məsələn Çincə bilməyən bir Azəri Çinə getdiyində, küçələrdə bir sıra Çincə səslər eşidəcək və onlardan heç bir şey anlamayacaq. Əgər bu sözlər azanın və ya Allahu Əkbərin tərcüməsi isə, heç bir şeyin fərqinə çata bilməyəcək və məsələn Cümə namazını qaçıracaq. (Çindəki məscidlər, Azərbaycandakı minarələri ilə özünü müəyyən edən məscidlərə heç bənzəməz.) Eyni şəkildə Azərbaycandan keçən Çinli bir Müsəlmanın, (Türkiyədəki Müsəlmanlar öz dilləriylə ibadət etdikləri təqdirdə) dindaşlarıyla ortaq heç bir tərəfi olmayacaq. Bu halda bir dinin bəzi müştərək əsasları olmalıdır. Bu mövzuda azan və qiraət, şübhəsiz iki əsas ünsürü təşkil edər.

Məsələnin digər bir cəbhəsi daha vardır: Heç bir tərcümə, əsla orijinalının yerini tuta bilməz. Burada bu nöqtəni xüsusilə ifadə edək ki, İslamdan başqa heç bir din, peyğəmbərinə göndərilən vəhyin orijinalına sahib deyil. Bütün Xristianların, Yəhudilərin və Atəşpərəstlərin sahib olduğu dini kitablar, tərcümələr, toplamalar, vs. dir.

Bunu da unutmayaq ki, namazda istifadə ediləcək çox az söz vardır. Əvvəl azan və qamət, sonra Allahu Əkbər, Sübhane rabbiye'l-azim, Sübhane rabbiye'l-a'la kimi ifadələrin yanında Fatihə surəsi və iki qısa surə. Hamısı bir səhifəni aşmaz. Və bu sözlərin əksəriyyəti hər kəs tərəfindən bilinər, bütün Müsəlmanların dillərinə keçmişdir. O dərəcə ki, uşaq və ya namaza yeni başlayan biri, onları mənalarıyla birlikdə və özünü zəhmətsiz və böyük bir səy sərf etmədən öyrənər. Bu ifadələrin mənası bir dəfə öyrənilincə, artıq etiraza yer qalmaz.

Dünya işləri üçün lüğətlər dolusu xarici sözü əzbərləyənlər, əbədi səadətin resepti olan ibadətlərimiz üçün Allah kəlamından bir səhifəlik əzbəri çox görürlərsə, bu həqiqəti xatırlasınlar: Allahın, bizim ibadətlərimizə ehtiyacı yoxdur. Ona ehtiyac duyanlar yalnız bizlərik.

Cavab 4:

 Qur`an nə üçün əslindən oxunmalıdır?

Qur`ani Kərimdə altı yerdə "Qur`anən arabiyyən" ifadəsi keçər. Yəni cənabı haqq, Qur`ani Kərimi ərəbcə olaraq endirdiyini bildirər. İbrahim surəsinin 4-cü Ayəsinin tərcüməsi də belədir:

"Haqq dini onlara açıqlasın deyə, hər peyğəmbəri biz öz qövmünün diliylə göndərdik. Sonra Allah, dilədiyini pozğunluğunda buraxar, dilədiyini də doğru yola çatdırar. Onun qüvvəti hər şeyə qalibdir və o hər şeyi hikmətlə edər."

Bu vəziyyətdə Qur`anın mənası necə Allahdan gəlmişsə, ləfzi, ifadəsi və yazılışı baxımından da ilahidir. Qur`an deyildiyi zaman həm onun ərəbcə olaraq oxunan ləfzi və sözləri, həm də aydın olan mənası ağla gəlir və həqiqətdə də elədir. Bu iki xüsusiyyəti bir-birindən ayırmaq, fərqli mütaliə etmək mümkün deyil. Qur`an ancaq öz dili üzərinə oxuna biləcəyi üçün, yalnız o dilin öz hərfləriylə yazılar, o hərflərlə oxunar.

Ərəblərdən başqa farsca, hind tərəfindən, çincə, uzaq şərq dilləriylə danışan müsəlmanlar da, biz türklər də müsəlman olmağımızdan bu yana Qur`anı ərəbcə olaraq yazmış, o dillə oxumuşuq. İslam alimlərinin də ortaq fikiri, Qur`anın başqa dillə yazıla bilməyəcəyi yolundadır. Bunda ittifaq vardır.

Onsuz da Qur`anı başqa bir dillə yazmaq mümkün olmadığı kimi, başqa bir dillə doğru olaraq oxumaq da mümkün deyil. Çünki Qur`an hərflərinin özünə xas xüsusiyyətləri vardır. Bu hərflərin bəzilərinin qarşılığı və oxunuş şəkli başqa dilin əlifbalarında mövcud deyil. Söyləniş baxımından bir-birinə bənzər hərflər olsa da, ağızdan çıxış yerləri etibarilə də fərqlidir. Məsələn, ərəbcə üçün "lüğəti dad" deyilir; yəni fatihə surəsinin sonundakı "veleddallin" dəkı "dad" hərfi heç bir dildə yoxdur. Bu hərfin olduğu bir sözü başqa bir dilin ifadə etməsi mümkün deyil.

Yenə Qur`an hərflərinin içində üç ədəd "ze" vardır. Biri incə "ze", biri pəltək "zel", digəri də "zı" dır.

İndi Qur`an hərflərini bilməyən bir adam, yuxarıdakı hərflər türkcə ilə yazıldığı zaman necə oxuyacaq? Bu hərfləri ayırd edə bilmədiyi kimi, oxuduğu söz və ayələr də bir Qur`an sözü və ayəsi olmaqdan uzaq olmazmı?



17-12-2009 01:08:18