Ana səhifə

Niyyət nədir, necə olmalıdır?


YazdırSend to friend
Sual Detayı: 
Niyyət nədir, necə olmalıdır?
Cavab: 

Niyyət deyilincə, ağlımıza əvvəlcə namaz yaxud oruc gəlir. Bu ibadətləri edərkən Allah rizasına çatmağı tələb edərik. Və bunu işin başında dərhal dilə gətirərik. Razılığın ziddi riyadır. Razılıq Haqq üçündür, riya isə xalq üçündür. Birincisində İlahi təvəccöhə və rəhmətə çatmaq əsasdır; ikincisində isə insanlara xoş görünmək, onların təqdirlərinə və alqışlarına can atmaq. Bu isə məncə dilənçiliyin bir başqa cürüdür.

 

Hər kəsin öz nəfsini bəyəndiyi bir dünyada, riya yolunu tutmamız və özümüzü başqalarına bəyəndirmə sevdasına qapılmamız böyük bir qəflətdir. Amma gəl gör ki, nəfs aldanmağa can atır və bu buna bilərək və sevərək girir.

 

Dünyada məsud bir həyat yaşamamız və ölümlə başlayan əbədiyyət səfərimizdə səadət yurduna çatmamız, əvvəlcə, niyyət şərtinə bağlıdır. İbadətlərimizdə niyyət Allah rizası olduğu kimi, dünya işlərinə işimizdə də niyyətimiz "halal qazanmaq, ailə fərdlərimizə halal loxma yedirmək, nümunə bir zəngin olaraq başqalarını da halal dairəsində işə təşviq etmək, məmləkətimizin maddi inkişafında rol boynuna götürərək düşmənlərimiz qarşısında ölkəmizi daha güclü etmək" kimi yüksək məqsədlər olmalıdır. Bu niyyətlə etdiyimiz dünyəvi işlərimiz axirətimizə mal ola bilər. Nur Külliyyatından Dördüncü Sözdə belə buyurulur:

 

"Namaz qılanın digər mübah dünyəvi əməlləri gözəl bir niyyət ilə ibadət hökmünü alar."

 

Yuxarıda bu gözəl niyyətlərdən bir neçəsini saymış olduq.

 

"Başqalarına üstün gəlmək, barmaqla göstərilmək, rəqiblərimizi qısqandırmaq, alqış və təqdir yığmaq" kimi nəfsin xoşuna gələn niyyətlər o işlərimizin faydasını yalnız bu dünyada verər. O qədər yorulmamıza baxmayaraq axirətimizə bir şey apara bilmərik.

 

Ustad Bədiüzzaman Həzrətləri, "Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin ki təqva mərtəbəsinə nail olasınız." tərcüməsindəki ayənin təfsirində, çox əhəmiyyətli bir nöqtəyə işarə edir:

 

İnsan, Rəbbinə, əvvəlcə, Rəbbi olduğu üçün ibadət etməlidir. Bu ibadətin sonunda çatacağı mövqelər və lütflər ikinci dərəcədə qalar.

Atamıza nə üçün hörmət edərik?

Atamız olduğu üçün; yoxsa, bizə hədiyyələr verəcəyi, yaxud miras buraxacağı üçün deyil. Çünki bu ikinci halda, sevgimizə mənfəət qarışmış olar.

 

Ayədə, "Allaha ibadət edin." yerinə "Rəbbinizə ibadət edin." buyurulmaqla bu incəliyə diqqət çəkilməkdədir.



14-03-2011 08:28:37

Düğüme özel