Ana səhifə

Novruz və ya yeni il, milad qeyd edən Müsəlman dindən çıxar?


YazdırSend to friend
Sual Detayı: 
Novruz və ya yeni il, milad qeyd edən Müsəlman dindən çıxar?
Cavab: 

1- Novruzun lüğət mənası yeni gün deməkdir. Köhnə İranlıların yeni il olaraq bildikləri günün adıdır. Novruz, günəşin hamel (quzu) bürcünə girdiyi gün olub, Miladi Martın 22-inə rast gəlir. Bu gün, yazın başlanğıcı, bitkilərin torpaq üzünə çıxdığı, ağacların yaşıllaşdığı, heyvanların yerlərindən, quşların yuvalarından çıxıb dünyanı şənləndirdiyi bir gün olaraq bilinər. Bu gün İran və İraqda hələ də bayram olaraq qeyd olunar.

 

Novruzun dini bir mahiyyəti olmamaqla bərabər, məxluqatın yer üzünü canlandırıb şənləndirdiyi gün olduğu üçün bir cür "bayram" havası yaşanar. Bu günün necə, nə şəkildə və harada, kim tərəfindən təsbit edilib bir bayram şəklinə gətirildiyi barəsində fərqli görüşlər vardır. Bəzi rəvayətlərdə Cənabı Haqqın aləmi və Hz. Adəmi yaratdığı gün olaraq bilindiyi kimi, belə bir rəvayət də vardır:

 

İran sultanlarından Cəmşid, dünyanı gəzdikdən, Azərbaycanı bəyənib oraya bir taxt qurduqdan sonra kürəyinə bəzəkli bir paltar geyib, başına da ləl-cəvahiratlarla işlənmiş bir tac qoyub taxta oturdu. Günəş doğulub, taca əks olununca ətrafı işıqlandırdı. Xalq bu günü məsud bir gün sayaraq sevindilər, o günü tamam ayrı bir gün bilərək "Novruz" dedilər. Böyük şənlik edib ondan sonra hər il bu mərasimi təkrarladılar. Buna "Novruzu amme" deyilər.

 

"Novruzu xüsusiyyət" isə, "novruzu amme"dən altı gün sonradır. O gün Cəmşid taxta oturub dövlət erkanına belə dedi:

 

"Cənabı Haqq hamımızı yoxdan var edərək ağıl və fikirlə digər heyvanlardan görkəmli etdi. Bu səbəblə hamımıza lazım və layiq olan təmiz su ilə yuyunub Allahın dərgahına səcdəyə bağlanaraq şükr edək. Sonra bu günü və bu üsulu etməyə diqqət yetirmənizi istəyərəm."

 

Cəmşidin bu istəyi qəbul edilərək ondan sonra hər il, iki novruz arasında qalan bu altı gün qeyd olundu. O gün, kral hər kəsin arzusunu yerinə yetirər, millət bayram edərdi.

Daha sonra bu adət Səlcuqlular və Osmanlılarda da davam etmişdir. Hətta Osmanlı şairləri ramazan, bayram, bahar və qış vəsiləsiylə olduğu kimi, "Novruz" üçün də bir şeylər yazar, "Novruziyə" adını verdikləri bu yazılarda təqdim etdikləri dövlət adamlarından "caiz hədiyyə" alardılar. Yenə Osmanlılar zamanında Novruzda dəyişik bir şirin edilərək başda saray əryəni olmaq üzrə xalqa/ paylanardı. 1 Bu gün də yurdumuzun bəzi bölgələrində "Hıdırellez" kimi Novruz günü də qeyd olunmaqdadır.

 

Bədiüzzaman Həzrətləri də Novruz gününə ayrı bir əhəmiyyət verərdi. Tələbələrindən Muhsin Alov bu barədə belə bir xatirəsini izah edər:

 

"Ustad gəzməyi, xüsusilə bahar və yaz aylarında çöllərdə gəzməyi çox sevərdi. Məxluqatla, varlıqlarla baş-başa qalıb dərin dərin təfəkkür edərdi. İstanbulda Novruz günü gedərkən bizi də yanında aparardı. Çöldə, bu gün məxluqatın bayramıdır' deyə Novruzun əhəmiyyətini bizə izah etmişdi. Çöldə itlərə çörək parçası verib, "Bu gün, bu Novruz bayramından bu itin belə bir hissəsi vardır. Bahar məxluqatın bayramıdır. Biz də onların bayramına iştirak edək' demişdi. Çox sevincli bir halı vardı Novruz günü. .."2

 

Baharı, həşrin, yəni öldükdən sonra dirilmənin bir nümunəsi olaraq bilən və hər baharda bitki və heyvanların yenidən yer üzünə çıxıb canlanmasını, həşri ən gözəl şəkildə isbat edən bir dəlil olaraq görən Bədiüzzaman, "Novruz günü bahar mövsümünə işarədir"3 deyər və həşrin isbatı barəsində baharı belə misal verər:

 

"Həşri baharıda (bahar həşrində) görürük ki, (Cənabı Haqq) beş-altı gün ərzində kiçik və böyük heyvanat və nebatattan üç yüz mindən çox növləri həşr edib nəşr edir. Bütün ağacların, otların köklərini və bir qisim heyvanları eynilə canlandırıb (dirildib) qaytarır. Halbuki maddədən fərqləri çox az olan toxumcuqlar o qədər qarışmışkən kamalı imtiyaz (mükəmməl olaraq ayrılaraq) və diaqnoz ilə o qədər sürət və vüsət (genişlik) və sühulet (asanlıq) içində kamalı intizam və mizan ilə altı gün və ya altı həftə ərzində canlandırılır. "4

 

Bahara və məxluqata bu gözlə, imanla baxılsa, bütün bahar günlərindən mənən istifadə edildiyi kimi, Novruz günündən də istifadə edilər. Amma bu gün, qeyd olunacaqsa belə, hökumət və halal dairəsini aşmamaq lazımdır. "Novruzdur" deyərək başqa zamanlar haram və caiz olmayan şeylər işlənməz.Yemək içmək, halal dairədə əylənmək, ziyarətlərdə olmaq mümkün və gözəldir. Lakin heç bir surətdə nə içki içmək, nə də namahremlik sərhədlərini aşan davranışlar halal olar.

 

Bu vəsilə ilə bu xüsusu da xatırladaq:

Novruzda oruc tutmaq məkruhdur. O gün oruc tutmamaq daha fəzilətlidir. Çünki bu günə dini bir mahiyyət verib, mübarək gün kimi görmək caiz görülməməkdədir. 5 Ancaq Ramazana rast gəlsə tutmaq lazımdır, çünki fərz orucdur.

 

1. Osmanlı Tarix Deyimləri və Terminləri Lüğəti, 2: 688-89.

2. Son Şahidlər I, s. 218.

3. Sözlər, s. 50.

4. A. g. e., s. 73.

 

Məmməd Paksu İbadət Həyatımız-1

 

2- Santa klaus günündə və Xristianların digər bayram günlərində onlara uyğunlaşmaq məqsədi ilə, onların etdiklərini etmək, o günlərdə bayram niyyəti ilə uşaqlara paltar almaq və bişirdikləri yeməkləri bişirmək caiz deyil.



14-03-2010 09:18:01

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz