Ana səhifə

Nurçuluq nədir ?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum...Nurculuq nedir,nurcular kimlere deyilir ve onlarin nece vaxti hepis olunmalarinin sebebi nedir?...SALAM VE DUA ILE.
Cavab: 

 

Və aleykum Salam 

Bədiüzzaman kimdir?

Bədiüzzaman Səid Nurs Həzrətləri İslam aləminin öndə gedən mütəfəkkirlərindən olub, 1876-cı ildə Türkiyənin Bitlis vilayətinə bağlı Hizan qəsəbəsinin Nurs kəndində dünyaya gəlmişdir. Kəskin zəkası, xariqüladə hafizəsi və üstün qabiliyyətləri ilə çox kiçik yaşlarından etibarən diqqətləri özünə cəlb edən Səid Nursi 15 illik klassik mədrəsə təhsilini 3 ayda tamamlamışdır. Gənclik illərini hərəkətli bir təhsil həyatı ilə dəyərləndirmi, elmdəki üstünlüyünü dövrün üləmasıyla müxtəlif zamanlarda etdiyi elmi müzakirələrdə əməliylə isbatlamışdır. Bu məziyyətləri ilə elm çevrəsinə özünü qəbul etdirərək əvvəllər Molla Səid - i Məşhur deyə tanındı. Daha sonra "zamanın möcüzəsi" mənasında "Bədiüzzaman" təxəllüsü ilə şöhrət tapdı.

Tələbəlik illərində təməl İslamî elmlərlə əlaqədar doxsan kitabı əzbərlədi. Hər gecə bunlardan birini təkrar edirdi. Bu təkrarlar onu, Qur`an ayələrini dərininə anlamasına bir pillə oldu və hər bir Qur`an ayəsinin bütün kainatı əhatə etdiyini gördü.

Səid Nursi ən zərur ehtiyacın təhsil olduğu qənaətinə gəlmiş, “Qəlbin nuru din elmləridir, ağlın ziyası fənn elmləridir.İkisinin birləşməsindən həqiqət meydana çıxar”,-deyərək din və fənn elmlərini birləşdirən və təhqiqi imanı qazandıran 6000 səhifəlik Risale-i Nur Külliyyatını Allah`ın inayəti ilə yazmışdır. 1900-cü illərin əvvəllərində Şərqdə Mədrəsətü-z Zəhra adında, din və fən elmlərinin birlikdə oxudulduğu bir İslam universiteti qurmaq fikiriylə xilafət mərkəzi olan İstanbula gəldi və həyatı boyunca bu fikrini reallaşdırmaq üçün səy göstərdi. Birbaşa istədiyi şəkildə bir universitet qura bilməsə də, məmləkətin hər tərəfində şöbələri olan məşhur bir mədrəsə sistemi təsis etdi.

I. Dünya müharibəsi illərində Şərq Cəbhəsində könüllü alay komandiri olaraq xidmət etdi. Savaş əsnasında yaralanıb iki yarım il Rusiyada əsir qaldı. 1917-ci ildə Bolşevik Qiyamı əsnasındakı qarışıqlıqdan faydalanıb əsarətdən xilas oldu. Dönüşdə, Baş qərargahın kontenjanından Osmanlının ən üst səviyyə dini məsləhət mərkəzi olan Dârü'l-Hikməti'l-İslamiyyə'də vəzifə yerinə yetirdi. İngilislərin İstanbulu işğalı illərində onların əleyhinə Hutuvat-ı Sittə adıyla bir risalə nəşr etdi. Anadoluda başladılan İstiqlal Mücadələsi'nə dəstək verdi.

1925-ci ildə Vanda təhsil fəaliyyətlərində olarkən, o sırada meydana gələn Şeyx Səid hərəkatı səbəbiylə, özü qatılmamaqla birlikdə əvvəl Burdura, ardından Isparta və Barla'ya sürgünə göndərildi. Burada səkkiz il qaldı. Risale- i Nur adlı Qur`an təfsirinin çox hissələrini burada yazdı. Əsərləri və fikirləri səbəbiylə Eskişəhir Məhkəməsinə sövq edildi.

Sürgünə göndərildiyi Kastamonuda əsərlərini yazmağa davam etdi. 1943-cü ildə Dənizli Məhkəməsinə, 1948-ci ildə Afyon Məhkəməsinə sövq edildi. Məhkəmələr bəraətlə nəticələndi.

1950-ci ildə çox partiyalı sistemə keçəndən sonra dini haqq və azadlıqlar genişləndi.(qeyd edək ki bu ilə qədər azan türkcə oxunur, məscidlər bağlanır,sökülür, ayasofya məscidi muzeyə çevrilmiş, alimlər, imamlar, hocalar asılır, mədrəslər bağlanırdı). Bədiüzzaman, bu dövrdə olduğu Emirdağ, Isparta və ətraf yerlərdə Nur Mədrəsəsi təsis etdi, şagirdlər yetişdirdi. Əsərlərini mətbəələrdə çap etdirdi.

Bədiüzzaman Səid Nursi, 23 Mart 1960-cı ildə Şanlı Urfada Haqqın rəhmətinə qovuşdu.

 

Nurçuluq nədir? Nurcu olmaq üçün nə lazımdır?

Nurçuluq, böyük İslam alimi Bədiüzzaman Səid Nursinin yazdığı Qur`an təfsiri olan Risalə- i Nur ətrafında meydana gələn İslami bir hərəkətdir. Nur risalələrini mənimsəyərək oxuyanlara " Nurcu " deyilmiş, bu təbir az da olsa Nurların Müəllifi tərəfindən də istifadə edilmişdir.

Nurçu olmaq üçün xüsusi bir mərasim yoxdur. Diləyən hər kəs bu gözəl Qur`an təfsirindən faydalana və faydalanmalıdır .

 

Risale-i Nur nədir?

Risale- i Nur, Bədiüzzaman Səid Nursinin yazdığı bir Qur`an təfsiridir. Qur`anın həqiqətlərini müsbət elm anlayışına uyğun bir tərzdə izah və isbat edən Risale-I Nur Külliyyatı hər insan üçün ən mühüm məsələ olan “Mən kiməm? Hardan gəlirəm? Haraya gedəcəyəm? Vəzifəm nədir? Bu mövcudat haradan gəlib haraya gedəcək? Mahiyyət və həqiqətləri nədir?” kimi sualların cavabını aydın və qəti bir şəkildə, cəlbedici bir üslub və gözəl bir ifadə ilə bəyan edib, ruh və ağılları nurlandırır və qane edir.

 Müəllif, Qur`an-ı Kərimi başdan sona təfsir etmək niyyətiylə əvvəl İşaratu'l -İ'caz adlı əsəri yazmışdır. Bu əsər, Fatihə surəsini və Bəqərə surəsinin ilk otuz üç ayəsini sırayla təfsir etməkdədir. Ərəbcə olaraq yazılan bu əsər, Qur`anın nəzmindəki möcüzəliyi göstərməkdə bir şah əsərdir. Müəllif, Qur`anın hamısını bu minval üzrə altmış -yetmiş cild olaraq təfsir etməyi düşünərkən, dəyişən hadisələr zənciri onu Türkçe bir Qur`an təfsiri yazmağa sövq edər. Sürgünə göndərildiyi Barla, Kastamonu və Əmirdağda, ayrıca Eskişəhir, Dənizli və Afyon həbsxanalarında iyirmi üç il boyunca təfsirini yazmağa davam edər.

Risale-i Nur, Qur`anın başdan sona bütün ayələrini deyil, xüsusilə imana və həqiqətə aid olan təxminən min  ayəsini açıqlayır. Açıqlanan bu ayələrin işığında, digər ayələri də şərh edə biləcək böyük bir zəmin hazırlayır.

Risale-i Nur'da ələ alınan ayələr, ümumiyyətlə din düşmənləri tərəfindən tənqid mövzusu edilmiş ayələrdir. Risale- i Nur, onların tənqid etdikləri nöqtələrdə i'caz (az sözlə çox şey anlatmaq) parıltıları olduğunu, ağılı başında olanlara izah və isbat edər. Necə ki, onun izahlarının nəticəsi olaraq, necə din düşməni qane olmuş, İslama girmiş, razı olmayanlar isə ən azından təqiyyə olaraq səsini kəsmək məcburiyyətində qalmışdır.

Risale-i Nur'da, söz gelimi " Namaz necə qılınar? Fərzləri və sünnətləri nələrdir? " kimi mövzulara girilməz. Amma, "Namaz nə üçün qılınır ? Nə üçün müəyyən vaxtlarda əda edilir ? " növündə sualların cavabı, çox dəlilli bir şəkildə ələ alınır. Onu oxuyan biri, namaz qılma mövzusunda razı olunca, necə qılınacağını fiqh kitablarından öyrənər.

 

    Son zamanlar baş verən hadisələrə aydınlıq gətirmək üçün Nurçulardan ictimayyətə məktub:

      "Son zamanlar mediada ‟nurçular” haqqında yarım-yamalaq məlumatların getməsi Risale-i Nuru oxuyan biz universitet tələbələrini bu məktubu yazmağa vadar etdi. Oxuduğumuz Risale-i Nur əsərləri haqqında məlumat verməyi və yanlış anlamaların cavablandırılmasını lazım bildik. Əvvəla Risale-i Nur külliyyatı Quran-ı Hakimin bu zamanın fəhminə uyğun bir dərsidir. Quran-ı Kərim bitməz tükənməz bir xəzinədir. Bu zamana kimi Qurana üç yüz əlli min təfsir, izah  yazılmışdır. Və bu təfsirlər öz dövrlərində Quranı və Peyğəmbərimizi (S.A.S) anlamada, insanların imanlarını qorumaqda çox böyük xidmətləri olmuşdur. Quran-ı Kərimi ilk təfsir edən Peyğəmbərimizin hədisləridir.

      Təfsir iki qisimdir.

     Birisi: Məlum təfsirlərdir ki, Quranın ibarəsini və kəlimə və cümlələrinin mənalarını bəyan, izah və isbat edərlər.

     İkinci qisim təfsir isə: Quranın imani olan həqiqətlərini qüvvətli dəlillərlə bəyan, isbat və izah etməkdir. Risale-i Nur, doğrudan doğruya bu ikinci qismi əsas tutmuş, əmsalsız bir tərzdə inadkar filosofları da susduran bir mənəvi təfsirdir.

     Bədiüzzaman Said Nursi Quran-ı Kərimdəki bu əsrin insanlarının möhtac olduğu həqiqətləri kəşf edib, Nur Risalələrində, hər kəsin qabiliyyəti nisbətində istifadə edəbiləcəyi tərzdə təfsir və izah etmək müvəffəqiyyətinə mazhar olmuşdur. Bunun üçündür ki, Risale-i Nur, əmsalı görülməmiş bir şahəsərdir qənaətinə varılmışdır. Və yenə Risale-i Nurdakı bu imtiyazdan dolayıdır ki, Türkiyədə milyonlarca bəxtiyar kimsələr ehtiyac duyaraq, böyük bir iştiyaq və sevgiylə illərcə davam edən təzyiqlər içərisində Risale-i Nuru oxumuşlar.

      Həm Risale-i Nur ehtiyac zamanında təlif edildiyindən, Türkiyə və İslam Dünyası genişliyində gəlişmiş və dünyanı əlaqədar edən bir imtiyaza mazhar olduğunu gözlərə göstərmişdir. Dünyanın əlli böyük dilinə tərcümə edilmişdir. Azərbaycanda da iyirmi üç ildir oxunur və on minlərcə insanın rəğbətini qazanmışdır.

     Risale-i Nurlar nəşr edildikdən sonra Bədiüzzaman Said Nursi həzrətləri ‟Əuzu billəhi minəşşeytani vəssiyasət” (şeytandan və siyasətdən Allaha sığınıram) deyib, Quranın almaz həqiqətlərinin siyasət təbliğatı ittihamı altında şüşə parçalarına endirməməsi üçün ömrünün sonuna qədər siyasətdən çəkilmişdir.

      Mediada Nurçu kimi göstərilən Fəthullah Gülən və Gülən hərəkatının isə Nur tələbələri (Nurçular) ilə heç bir əlaqəsi yoxdur. Çünki, Fəthullah Gülən özü də müsahibələrində nurçu olmadığını söyləyir. Və Nur tələbələri də onları “Nurçu” kimi  yox, “hoca camaatı” kimi tanıyır.

    Bəli, Risale-i Nurun vəzifəsi isə, əbədi həyatı məhv edən və dünya həyatını da dəhşətli bir zəhərə çevirən küfrə qarşı iman həqiqətləri ilə qayət qəti və ən inadcıl dinsiz filosofları da imana gətirən qüvvətli dəlillərlə Qurana xidmət etməkdir. Onun üçün Risale-i Nuru heç bir şeyə alət etmərik.

    Müxbirlərin iftiralarına Risale-i Nurlardan cavablar

 

           XƏTALAR                         CAVABLARI

     1. Nurçuluq təriqəti.. Risale-i Nurun məsləyi təriqət deyil həqiqətdir. Risale-i Nur tələbələri 20 il ərzində bir tək adama təriqət dərsi versəydi şübhəyə haqqınız olurdu. Əksinə Risale-i Nurda deyilir ki, İman lazım, İslamiyyət lazım, təriqət zamanı deyil. (mektubat.16-cı məktub 2-ci nokta)

     2. Qeyri-ənənəvi... Əksinə tam ənənəvidir. Ata-Babalarımız da zaman-zaman bir araya gələrək namaz qılıb, Quran və Quran təfsiri oxuyub və dini söhbətlər etməsi bu əcaib xətanın nə qədər çirkin olduğunu göstərir.

    3. Nurçuların himayəçisi Elşad İsgəndərov.. Otuz üç Quran ayətinin işarəti və Həzrəti Əli (R.A.) və Abdulqadir Geylani həzrətlərinin və yüzlərlə əhli təhqiqin təqdirkaranə bəyanatıyla bir Quran nuru olduğu və Ona yapışanların İnşaalah imanlarını qurtaracaqları qəti bilinən Risale-i Nur kimi bir himayəçisi olan Nur tələbələrinin heç bir himayəçiyə ehtiyacı yoxdur. (şualar. 1-ci şua, sikke-i tasdik-i gaybi)

    4. Nurçuların böyük bir ocağı.. “Nurçular cəmiyyəti” deyə bir cəmiyyət yoxdur ki, ocağı da olsun. Əgər ortada bir cəmiyyət varsa, bu  Həzrəti Muhammədin (A.S.M.) qurduğu əzəmətli və nurani və bütün insanlıq üçün əbədi səadəti müjdələyən qudsi və İlahi İslamiyət cəmiyyətidir. Nur tələbələri də bu cəmiyyətə mənsubdur. (şualar.14-cü şua. Müdafaalar)

     5. Liderlərdən 4 nəfər saxlanılıb ki, bunlar MDB və Azərbaycan üzrə koordinatordur.. Risale-i Nur imani məsələləri lazımi dərəcədə izah edib. Risale-i Nurun müəllimi, Risale-i Nurdur. Risale-i Nur başqalarından dərs almağa ehtiyac buraxmır. Hərkəs istedadı nisbətində öz-özünə istifadə edər. Bediüzzaman “Əbədi həqiqətlər fani şəxslər üzərinə bina edilməz. Mən də sizin kimi  Risale-i Nurun tələbəsiyəm” demiş və liderlik kimi nə bir istəyi, nə də bir iddiası olmuşdur. Bu sözdən sonra kimin həddinədir ki liderlik, koordinatorluq kimi bir dava etsin. (sözlər.konferans)

     6. Nurçular kifayət qədər mütəşəkkildirlər.. Bəli, biz bir cəmiyyətik və elə bir cəmiyyətimiz var ki, 1.7 milyard  üzvü var və hər gün beş dəfə namazla o müqəddəs cəmiyyətin prinsiplərinə hörmətlə əlaqələrini və xidmətlərini göstərirlər və اِخْوَةٌ الْمُؤْمِنُونَ نَّمَااِ (Möminlər ancaq qardaşdırlar) qudsi proqramıyla, birbirinə dualarıyla və mənəvi qazanclarıyla yardım edirlər. Biz, bu müqəddəs və böyük cəmiyyətin mənsubuyuq.

      Və xüsusi vəzifəmiz də, Quranın  imani  həqiqətlərini təhqiqi bir surətdə  möhtac olanlara bildirib, onları və özümüzü əbədi cəhənnəmdən qurtarmaqdır. Başqa  dünyəvi və siyasi və mənfi məqsədli cəmiyyət ve komitələrlə münasibətimiz yoxdur və tənəzzül etmərik. (şualar.12-ci şua)

    7. Qərəzli montaj.. ANS TV-nin 4 may 2014-cü ildə efirə gedən “Hesabat” verilişinin 22 d. 33s.-dən 23d.12.s-ə qədər Nur tələbələri haqqında danışdığı halda, aidiyyatı olmayan (Azərbaycandakı hansısa təriqət mədrəsəsinin şeyx və müridlərini, və azyaşlı uşaqları göstərərək) kadrları göstərərək qərəzli olaraq millətimizi aldadırlar.

    8. Nursiyə pərəstişlik .. Axmağın cavabı sükutdur. Lakin məsələnin anlaşılması üçün deyirik: Allahdan başqasına pərəstiş etmək şirkdir. İslama görə şirk ən böyük günahdır. Bu iftira ilə şeytan belə müsəlmanlara istinad etməz.

    9. İçtimai asayişi pozan əməllərinə.. 20 ildə heç bir Nur tələbəsi belə bir hadisəyə səbəb olmadığı və hüquq mühafizə orqanlarının asayişi pozan  heç bir hadisə qeyd etməmələri bunun xəta olduğunu göstərir. (şualar.hata-sevap cetveli)

10. Canlarını  və  mallarını  Allahın yerdəki  təmsilçisinin–müridinin xidmətinə, öz  dilləri  ilə  desək hizmətə  həsr  edən..

Məsləyimizin əsası qardaşlıqdır. Ata ilə övlad, Şeyx ilə mürid arasındakı münasibət deyildir. Yalnız həqiqi qardaşlıq münasibətləridir. Nur tələbələrinin arasında təriqətdə olduğu kimi müridlik və şeyxlik münasibətləri yoxdur. (lemalar.21-ci lema)

11.Orduda xidmətin əleyhinədirlər.. Bədiüzzaman Said Nursi Birinci Dünya müharibəsində Qafqaz cəphəsində könüllü alay komandiri olaraq öz tələbələri ilə birlikdə ermənilərə və ruslara qarşı döyüşmüşdür və tələbələrinin çoxu şəhid olmuşdur.

Risale-i nur külliyatının çox yerlərində həqiqətlər əsgərlik təmsilatiylə izah olunmuş və vətənə xidmətin Allaha xidmət olduğu göstərilmişdir.

Risale-i Nuru oxuyan kimsələr, xüsusilə idraklı gənclər, qüvvətli bir imana sahib olurlar. Sarsılmaz və fədakar  bir dindar, bir vətənpərvər olurlar. Kimlərinsə müəyyən bir səbəbdən dolayı əskərliyə getməməsi istisnadır. İstisnalar ümuma şamil edilməz. (mektubat.29-cu mektup)

12. Ailə qurmağa neqativ yanaşmaları.. Bədiüzzaman Risale-i Nurda Peyğəmbərimizin “Evlənin, çoxalın. Mən qiyamətdə sizin çoxluğunuzla iftixar edəcəyəm” hədisini nəzərə verir və təfsir edir. Ailə sisteminin toplumun əsası olduğunu dərs verir və bu sistemin mühafizə olunmasını tələbələrinə nəsihət edir. Ən yaxın tələbələrindən Mustafa Sungur, Mehmet Fırıncı, Hüsnü Bayram və başqalarının ailəli olması bunun nə qədər açıq bir iftira olduğunu göstərir. İstisnalar külli qaydaları pozmaz.( lemalar.24-cü lema,Asay-ı Musa 8-ci məsələnin hülasası)

13. Xristianlardan plagiata oxşayır.. 11 və 12-ci xətaların cavabları bunun da yanlışlığını isbat edir. Nur  tələbələrini, müsəlmanları  xristianlara  bənzətməsi İslamiyyətdən bixəbər olduğunu göstərir.

14. Elşad Miri və Fətullah Gülən.. Elşad Mirinin 11 may 2014-cü ildə ANS tv-in Hesabat verilişində söylədikləri ifadələr Gülən hərəkatına aiddir və özü də “hoca camaatı”nın yurdlarında qalıb. Elşad Miri Nurçu olmayıb ki, imtina da etsin. Dedikləri  Risale-i Nura və Nur tələbələrinə aid deyildir.

    15. Risale-i Nurun Quranla bərabər tutulması.. Min dəfə haşa! Risale-i Nur Quranın bu əsrin anlayışına bir dərsi olduğuna bütün Nur tələbələrinin və Risale-i Nurdaki yazıları görənlərin qənaətləri, bu yanlışını təkzib edir. (şualar.hata-sevap cetveli)

    16. Dinin siyasətə alət edilməsi.. Dini siyasətə alət deyil, Allah rızasından başqa heçbir şeyə, hətta dünyaya və  səltənətə alət etməmək Risale-i Nurun əsas məsləyidir.(Emirdağ lahikası)

     Bil! Ey ümuma xitab edən, media diliylə konfrans verən müxbir! Sən, öz nəfsini aşağı göstərməyə və peşman olub qüsurlarını elan etməyə haqqın var. Fəqət İslamiyətə zidd və müxalif olan hərzələrlə İslâmiyəti ləkələməyə qətiyyən haqqın yoxdur.

    Səni kim vəkil tutub? Fətvanı haradan alırsan? Hansı haqqa əsaslanıb millətin adına, ümmətin hesabına, İslâmiyət haqqında yalanları yayaraq zəlalətini nəşr və elan edirsən? Milləti, ümməti özün kimi zəlil zənnetmə! Azğınlığını kimə satırsan? Bura İslâmiyət məmləkətidir, Yəhudi məmləkəti deyildir. Ümum möminlərin qəbul etmədiyi birşeyin media ilə elanı, milləti zəlalətə dəvətdir, ümmətin hüququna təcavüzdür. Bir adamın hüququna təcavüzə qanun icazə vermədiyi halda, böyük bir millətin, şübhəsiz İslam aləminin hüququna hansı cəsarətə güvənərək təcavüz edirsən? Ağzını yum! (mesnevi-i nuriye, hubab). "

1. Daşqın Vahablı, 

2. Rəvan Səbzəliyev,    

3. Elçin Abdullayev, 

4. Tural Pirəliyev,

5. İbrahim Abdullayev.

 

 



27-04-2014 02:33:47