Ana səhifə

Ölən adam gedəcəyi yeri görər?


YazdırSend to friend
Sual Detayı: 
Ölən adam gedəcəyi yeri görər? Cəhənnəmliksə cəsədinin insanların çiyinlərində ağırlaşacağı doğrudur?
Cavab: 

Ölən adam ölmədən əvvəl gedəcəyi yeri gördüyünə dair rəvayətlər vardır. Ancaq bundan ötəri cəsədinin ağırlaşacağına dair bir məlumat bilmirik.

 

İnsanlar ölərkən yanında olanları çətinliklə tanıyar və bəzən də heç tanıya bilməz. Bunun səbəbi ölüm anındakı insanın ağlı qüvvətinin zəifləməsi olduğu sanılırsa da, o deyil. Bəlkə həyatdakıların qətiyyən anlaya bilmədikləri və anlaya bilməyəcəkləri bəzi şeylərin o vəziyyətdəki insana açılması və onun bütün mövcudiyyətinin öz mənliyinə çəkilməsidir. Ölmək üzrə olan xəstədə görülən və yanındakılar tərəfindən aydın olmayan üz ifadələri və bəzi sözlər bu hal ilə əlaqədardır. Yəni onun görüb yanındakıların görə bilmədikləri hal ilə əlaqədardır.

 

İbn Ebid - Dünyanın tahric etdiyinə görə, səhabədən sonra gələn nəsilin (tabenin) məşhur fakihlərindən olan Əbu Cəfər Məhəmməd b. Əli ölümü anında insana yaxşı və pis əməllərinin göstəriləcəyi və o əsnada insanın, yaxşılıqlara yönəlib pisliklərdən göz yumacağını söyləmişdir. Qıyamə Sürəsindəki "O gün insan işlədiyi və işləmədiyi (öndən göndərdiyi və təxir etdiyi) əməllərlə xəbərdar edilər. (Bütün əməlləri özünə xəbər verilər.) 1 ayəsinin təfsirində Həsəni Bəsrinin belə dediyini Suyuti xəbər vermişdir: "Ölümü anında o adamın hafaza mələkləri enər və ona xeyr və şər, bütün etdikləri ərz olunar. Bir yaxşılıq görüncə sevinərək baxar, ondan gözünü ayırmaz və üzü parlayar. Bir pislik görüncə də gözünü endirər, baxmaq istəməz və üzünü turşudar. 2

 

Rəsulullah (s.ə.s.)ın, ənsardan ölüm döşəyindəki bir xəstənin yanına gəlib, necə olduğunu, nələr gördüyünü soruşması və adamın da bir ağ, biri qara iki şeyin özünə hazırlandığını söyləməsi üzərinə Rəsulullah (s.ə.s.) hansının özünə yaxın olduğunu soruşar. Adamın qaranın özünə daha yaxın olduğunu söyləyib özünə dua etməsini istər. Bu istək üzərinə Peyğəmbərimiz (s.ə.s.) adama dua edər və adam bu duadan sonra qaranın uzaqlaşdığını xəbər verər ki 3 bu da son anda insana əməllərinin göstərildiyinə dəlildir. Çünki adamın gördüyü qara şey, pis əməlləri, ağ da yaxşılıqlarıdır.

 

 

1- Qiyamə, 75/13

2- Sunu idi, Şerhus Sudur,

3- Eyni əsər eyni yer/yeyər

 

Ölümdən Sonrakı Həyat Dos. Dr. Süleyman Torpaq



29-12-2009 08:51:50

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz