Ana səhifə

Ölən kimsənin ruhu dünya ilə əlaqə qura bilərmi; məzarına gələnləri görə bilərmi? Bərzəx (qəbir) həyatı haqqında məlumat verə bilərsinizmi?


YazdırSend to friend
Sual Detayı: 
Ölən kimsə(nin ruhu) dünya ilə əlaqə qura bilərmi; məzarına gələnləri görə bilərmi? Bərzəx (qəbir) həyatı haqqında məlumat verə bilərsinizmi?
Cavab: 

   Bədənlər ümumiyyətlə çürüyüb torpaq olduğu və ruhlar əbədi qaldığı üçün "ruhlar âləmi" də deyilən ölümdən sonrakı həyat, qeybi mövzulardandır. Həyatda olan insan ilə bərzəx aləminə köçmüş olan şəxs ayrı-ayrı âləmlərdədir.

   Bərzax âləmindəkilərin də özlərinə görə bir həyatı vardır, ləzzətləri, ələmləri, fərah və sevincləri hiss edərlır. Lakin hələ maddə aləmində olanlar, ruhun bədəndən sonrakı həyatını və orada insanın nələr hiss etdiyini, nələrlə qarşılaşacağını normal duyğularıyla hiss bilə bilməz. Bu xüsusu, ancaq ilahi gerçəklərə vəqf olan (bilən, agah olan) Peyğəmbərmizdən öyrənirik.

  Mömin ruhların bərzəx aləmində bir-birləriylə görüşdüklərini Peyğəmbərimizin hədislərindən anlamaqdayıq. Bundan əlavə ölülərin həyatdakılardan xəbər aldıqları və qəbirlərinin başına gedən kəsləri gördükləri yenə rəvayətlərdə vardır. Onlar üçün edilən dua və mənəvi hədiyyələrin kimlərdən gəldiyini bilərlər. Mömin ruhlar nemət içində olduqları üçün və ruhları sərbəst olduqları üçün sərbəst gəzə bilərlər. Ancaq kafirlərin ruhları və günahları çox olan möminlərin ruhları əzabla məşğuldurlar.

   Ölülərə Qur'an oxunduğu zaman evə gəlmələri mümkün ola bilər. Ancaq bunu hər ölü üçün söyləmək çətindir.

Ölülərin Bərzax Aləmində Bir-birləriylə Görüşmələri:

    Bərzax aləmindəki ruhlar iki qisimdir: Nemət içində olanlar və əzabda olanlar. İbnü'l-Qayyimin açıqlamasına görə əzabda olan ruhlar bir-birləriylə görüşməyə fürsət tapa bilməzlər. Onlar bir növ məhbus kimidirlər. Amma məhbus olmayıb sərbəst olan, yəni nemət içindəki ruhlar bir-birləriylə görüşər, bir-birlərini ziyarət edərlər. Dünyadakı olmuş və olacaq şeyləri müzakirə edərlər. Hər ruh, əməldə öz tayı və öz dərəcəsində olan yoldaşlarıyla birlikdə olar. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm 'in ruhu isə Rəfiqu'l-A'lâ`dadır (ən yüksək mərtəbə) .

   Nisa surəsində:

"Kim Allah'a və Peyğəmbərə itaət edərsə, məhz onlar, Allah'ın özlərinə nemət verdiyi peyğəmbərlərlə, sıddıqlarla, şəhidlərlə və salehlərlə bərabərdirlər. Onlar nə gözəl yoldaşdırlar." (Nisa, 4/69.)

   buyurmuşdur ki, bu bərabərlik dünyada, bərzəxdə və axirətdə olmaq üzrə üç yerdədir. Bu üç âləmin hamısında də insan sevdiyi ilə bərabərdir. (İbnu'l-Qayyum, s. 17; Suyûtî, Büşra'l-Kəib, v. 147 b; Hasan əl-'Idvî, s. 74; Rodosîzâdə, Əhval-i âləm-i Bərzəx, əlyazma, İst. Süleymaniyyə Küt. v. 19 a.)

     Bu ayət-i kərimədə ruhların bərzəx aləmində bir-birlərinə qovuşacaqları xəbər verilməkdədir. Çünki bu ayənin eniş səbəbi olaraq belə bir hadisə nəql edilməkdədir:

   Səhabələrdən biri, öldükdən sonra Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'in məqamının özlərindən çox uca olacağını və Hz. Peyğəmbər (s.ə.s.)'dən ayrı qalacaqlarını düşünərək üzülmüş və ağlamış. Üzüntüsünün səbəbini soruşan Hz. Muhamməd sallallahu aleyhi və səlləm'ə:

   -"Biz dünyada səndən ayrılmağa heç təhəmmül edə bilmirik ya Rəsulullah. Öldükdən sonra sənin mərtəbən bizdən uca olacağı üçün səni görə bilməyəcəyik. Sənin ayrılığına necə təhəmmül edə bilərəm?" deyə dərdini açar. Bu hadisə üzərinə yuxarıdakı ayət nazil olmuş (İbnu'l Qayyim, a.k.ə, s. 17; İbn Kəsir, Təfsir, c. I, s. 522; Rodosîzâdə, a.g.e. v. 19 b.) Allah'ı və Rəsulullahı sevənlərin bərzəx aləmində və axirətdə də, dünyadakı kimi, Hz. Rasûl ilə birlikdə olacaqları bildirilmişdir.

   Allah Təala Al-i İmran Surəsində şəhidlərin diri və Rəbbi qatında ruzilənməkdə olduqlarını, geridə qalanlara da qorxu və kədər olmadığının müjdələnməsini istədiklərini, Allah'ın nemət və kərəmiylə sevinc duyduqlarını xəbər vermişdir. (baxın. Al-i İmran, 3 / 169-170.) Bu ayət-i kərimə də bərzəx aləmindəki ruhların bir-birləriylə görüşüb danışdıqlarına dəlil təşkil edər. Çünki ayədə keçən "yəstəbşirûn" kəlməsi, "müjdə verilməsini istəyərlər" mənasına gəldiyi kimi, "sevinərlər və bir-birlərini müjdələyərlər" mənasına da gəlir. (Mu'cəmu'l-Vasit, c. I, s. 57; Atay Qardaşlar. Ərəb Türkçe Böyük Lüğət, c. I. s. 128; Abnu'l-Qayyum, a.k.ə, s. 18.) Bir-birlərinə müjdə verdiklərinə görə demək ki bir-birləriylə görüşüb danışmaqdadırlar.

   Əbu Hureyrə, Rəsulullah (s.ə.s.) 'in:

"Şübhəsiz Cənnət əhli orada (Cənnətdə) bir-birlərini ziyarət edərlər."

   buyurduğunu söyləmişdir. (bax. Hənbəl, Müsnəd. c. II, s. 335.) Mömin ruhlarının bərzəx aləmində Cənnətdə olacaqları bildirilmişdir. Buna görə bu hədis-i şərifdəki Cənnət əhliylə, bərzəx aləmində Cənnətdə olanlar nəzərdə tutulmuş ola bilər. Hədisin bu şəkildə başa düşülməsini, Əbu Talibin qızı Ümmü Hani'dən (40/660) rəvayət edilən bu hədis də təsdiqləməkdədir:

Ümmü Hani 'bir gün Hz. Peyğəmbər (s.ə.s.) 'dən soruşur:

"Ölüncə də bir-birimizi görüb və ziyarətləşə bilərikmi?"

Rəsulullah (s.ə.s.) 'in cavabı budur:

"Ruh, Cənnət meyvələrindən yeyən bir quş olar. Qiyamət günü olunca da hər ruh öz cəsədinə girər." (Hənbəl. Müsnəd. c. VI, s. 425; A Siracuddin, a.k.ə, s. 106-107.)

  Bu cavabdan da başa düşülən, möminlərin ruhlarının Cənnətdə bir-birləriylə görüşdükləridir.

İbn Əbid-Dünyanın nəql etdiyi bir xəbərdə də Rəsulullah (s.ə.s.) 'dən:

"Ölülər bir-birini bilər mi?" deyə soruşulunca Rəsulullah (s.ə.s.) 'in cavabı:

"Bəli, nəfsim yed-i qüdrətində olan Allah'a and içirəm ki, onlar, quşların ağacların təpələrində bir-birlərini bildiyi (tanıdıqları kimi) bir-birlərini bilərlər."

    şəklində olmuşdur. (Suyûtî, B. əl-Kəib, v. 144 b.) Bu sualı səhabələrdən Bişr b. Bəra 'b. Ma'rûr'un anası soruşmuş və ölülərin bir-birləriylə tanış olub görüşdüklərini öyrənincə dərhal Beni Sələmə`dən ölmək üzrə olan birinin yanına gəlib, oğlu Bişr`ə onunla salam göndərmişdir. (A. Siracuddin, a.k.ə. s. 107; İbnu'l-Qayyum, a.k.ə, s. 19.) Hədisin bir başqa rəvayətində Cənnətdə quşlar kimi bir-birləriylə görüşüb tanış olacaq ruhların "yaxşı ruhlar "olduqları zikr edilmişdir.

   Səhabələrdən Bilâl b. Rəbah(v. 20/641) vəfat edəcəyi zaman xanımı ah, vah etməyə başlayır. Hz. Bilal isə: "Nə böyük sevinc, nə böyük sevinc. Yəni sevgililərə, Muhammədə və onun qrupuna qovuşacağam." deməyə başlayır, (Suyûtî, B. əl-Kəib, v. 148 b) Burada Bilal bərzəxdə Rəsulullah sallallahu aleyhi və səlləm'ə və səhabələrinə qovuşacağını və eynilə dünyadakı kimi, orada da onunla bir yerdə olacaqlarını müjdələməkdədir. (Abdullah Siracuddin, a.k.ə. s. 107.) və xanımının ah, vah edib kədərlənməməsi gərəkdiyini, əslində sevinməsi gərəkdiyini xatırlatmaqdadır bu sözüylə.

    Beyhaqi həsən bir sənədlə İbn Abbas'dan tahric etdiyi qəbir suâlıyla əlaqəli bir hədis-i şərifdə, qəbirdəki sorğu-sual əsnasında yaxşı cavab verən möminin ruhunun digər möminlərlə bərabər olacağı xəbər verilmişdir. (baxın. Suyuti, Şərhu`s-Sudur. v. 53 a.)

   Yenə Beyhaqi "Şu`abu'l-İman" da Əli b. Əbi Talibdən tahric etdiyi xəbərdə Hz. Əli belə demişdir:

"İki mömin və iki kafir dost vardı. Bunlardan mömin olanların biri öldü. Cənnətlə müjdələnincə yoldaşını xatırlayar və:

"Allah'ım, mənim filan yoldaşım mənə hər zaman sənə və Rəsuluna itaəti əmr edər, xeyirləri tövsiyə edər, pislikdən uzaqlaşdırardı ..." deyərək onun özündən sonra sapıtmaması və özünə verilən nemətlərin ona da verilməsi üçün dua edər. Sonra o biri dostu da ölüncə ruhları bir araya gələr və bir-birlərinə:

"Nə gözəl qardaş, nə gözəl yoldaş və nə gözəl dost" deyərlər.

Kafir olan iki yoldaşdan biri ölüb də əzabla müjdələnincə digər yoldaşını xatırlayıb belə deyər:

"Allah`ım, yoldaşım mənə həmişə sənə və sənin Rəsuluna üsyanı əmr edər, pis əməlləri edib yaxşılığı etməməyimi söyləyirdi. Allah`ım, onu məndən sonra hidayətə qovuşdurma ki, mənim gördüyüm əzabı o da görsün və mənə öfkələndiyin kimi ona da öfkələn." Sonra digəri də ölər, ruhları bir araya gəlincə bir-birlərinə:

"Nə pis qardaş və nə pis yoldaş." deyərlər. "(Suyuti, Şərhu`s-Sudur, v. 38 b; v. 173 b.)

    Buradan da yaxşı və pislərin ruhlarının bərzəxdə bir-birləriylə görüşdükləri aydın olmaqdadır.

   Əbu Qatadə və Câbir'dən tahric edilən, ölülərin kəfənlərinin gözəl düzəldilməsi ilə əlaqədar hədis-i şərifin Suyûtî və Beyhəqi tərəfindən rəvayət edilən şəklində:

"Şübhəsiz ki, onlar qəbirlərində bir-birlərini ziyarət edərlər."

    cümləsi də yer almaqdadır. (Suyûtî, Büşra` l-Kəib, v. 147 b; Suyuti, Şərhu Sünəni N-Nəsâî, c. IV, s. 34; Həsən əl-'Idvî, a.k.ə, s. 73; Abdullah Siracud)

    Bəyhaqî "Şu`abu'l-İman" da Əbu Qətadədən (54/673) hədisi nəql etdikdən sonra, bu hədisin şəhidlər haqqındakı onların ruziləndirildiklərindən xəbər verən Ali- İmran, 3 / 169-170 ayəsiylə uyğunluq ifadə etdiyini söyləmişdir. (Suyûtî Ş.Sünən-Nəsâî, c. W, s. 34; H. əl-'Idvî, a.k.ə, s.73.)

    Rəsulullah sallallahu aleyhi və səlləm'in Merac gecəsində səmâda Hz. Adəm (as) ilə qarşılaşdığında Hz. Adəmin sağ və solunda bir sıra qarartılar görməsi və bunların kimlər olduğunu soruşduqda, cənnətlik və cəhənnəmlik olanların ruhları olduqlarının bildirilməsi də, bərzəxdə yaxşı və pislərin -Hz. Ali'nin də, dediyi kimi- bir arada olacaqlarına dəlildir.(Mirac hədisi üçün baxın. Buxari. Səhih, Salât, l, c. I. s. 91-92; Müslim, Səhih, imân, 74. c. I, s. 148; A. b. Hənbəl. Müsnəd, c. V. s. 143; ibn Kəsir, əl-Bidayə vən-Nihayə, c. I, s. 97, Beyrut, 1977.)

    Ruhların bərzəx aləmində bir-birləriylə görüşdükləri və danışdıqlarının bir dəlili də, ölümü ardınca səmaya yüksəldilən mömin ruhunun rəhmət əhli tərəfindən qarşılanıb, dünyadan və dünyadakılardan xəbər soruşacaqlarını bildirən hədis-i şərifdir. Əbu Əyyub əl-Ənsari`dən rəvayət edilən hədis-i şəriflərində Peyğəmbər Əfəndimiz (s.ə.s.) belə buyurmuşdur:

"Möminin ruhu alınınca onu Allah qatında rəhmət əhli qarşılayar." (Hədis-i Şərifin, İbn Hibbanın Səhih `ində Əbu Hureyrə`dən rəvayət edilən şəklində: "Möminlərin ruhlarının yanına gətirilir və itmiş birini tapanların sevinci kimi sevinirlər." deyilməkdədir, baxın. Abdullah Siracuddin, a.k.ə, s. 106.)

Möminlərin ruhları, gələn möminin ruhuna birinizin uzaqdakı sevdiyi birinə qovuşmasından daha çox sevinərlər və o şəkildə qarşılayar və filan filan necədir, deyə soruşarlar.

Bu əsnada yeni ölmüş olanın ruhunu gətirən mələklər deyərlər ki:

- Onu buraxın, fürsət verin də bir istirahət etsin. Çünki o böyük bir sıxıntı içində idi. Ona:

- O məndən əvvəl ölmüşdü, deyərsə;

- İnnə lillah və innə iləyhi raci'un (biz Allah'a aidik və yenə ona qayıdacağıq), əbədi qalmaq yeri olan Hâviyə'yə (qızğın atəşli Cəhənnəmə) getmiş. O nə pis yer və nə pis tərbiyəçidir, deyərlər. (baxın. Nəsai, Cənâiz, 9, c. IV, s. 8-9; Suyûtî, Ş. Sudur, v. 37 a; B. əl-Kəib, v. 144 b; İbnu'l-Qayyum, a.g. e, s. 20; Rodosîzâde, a.k.ə, v, 26a; A Siracuddin, a.k.ə. s. 106.)

Bu xüsusda Abdullah b. Mübarəkin də belə dediyi rəvayət edilir:

"Qəbir əhli xəbərləri gözləyər. Bir ölü oraya getdiyi zaman ona filankəs nə etdi, filan nə etdi deyə soruşar. Biri üçün:

"O öldü, sizə gəlmədi mi?" soruşunca:

"İnnə lillah və inna iləyhi raciun" deyərlər və: "Bizim yolumuzdan başqa yola getdi o." deyə əlavə edərlər. "(İbnu'l-Qayyum, a.k.ə. s. 19: Birgivî, R. Fi Ah. Etfâlİ'l-Müslimin, s. 85; Birgivî bu mövzunu işlədikdən sonra, vəsiyyət etmədən ölənlərin bərzəxdə danışa bilməyəcəklərini və bərzəx əhlinin suallarına cavab verə bilməyəcəklərini əlavə edər. (bax. a.k.ə, s. 85.))

Tabiindən Sa'id b. əl-Müseyyəb (v. 94/712) də:

"Bir adam öldüyü zaman (daha əvvəl ölmüş olan) uşağı onu, səfərdən dönən birinin qarşılandığı kimi qarşılayar." demişdir. (İbnu'l-Qayyum, a.k.ə, s. 19; Rodosîzâde, a.k.ə. v. 25 a.)

    Ölülərin bərzəxdə bir-birləriylə görüşdüklərini və yeni ölüb də aralarına qatılanlardan xəbər aldıqlarını bildirən bu hədis və xəbərləri, övlad, nəvə və yaxın qohumların əməllərinin qəbirdəki ata və yaxınlarına ərz olunacağını, onların da əməlləri özlərinə ərz edilən qohumlarının yaxşılıqlarından ötəri sevinəcəklərini, pislikləri səbəbiylə də üzüləcəklərini bildirən xəbərlər də dəstəkləməkdədir.

    Qəbir əhli, geridə buraxdıqları qohum və yoldaşlarının etdikləri işlərdən xəbərdar olub, yaxşı əməllərindən ötəri sevinər, pisliklərinə də kədərlənərlər. (Rodosîzâde, a.k.ə. v. 7 b.)

   Mücahid`in bu xüsusda belə dediyi səhih rəvayətlə gəlmişdir:

"İnsan qəbirində özündən sonra övladının yaxşılıqları (salahı) ilə müjdələnər." (İbnu'l-Qayyum, a.k.ə, s. 12.)

Sa'id b. Cübeyrin (v. 95/714) də belə dediyi rəvayət edilir:

"Şübhəsiz ki ölülərə dirilərin xəbərləri gələr. Daha əvvəl bir yaxını ölmüş olan heç bir kimsə yoxdur ki ona geridə qalan qohumlarının xəbərləri gəlməsin. Əgər gələn xəbər yaxşı isə sevinər və fərahlar; pis isə o zaman da kədərlənər." (Həsən əl-'Idvî, a.k.ə, s. 16, Misir, 1316.)

Səhabələrdən Əbud-Dərdâ (v. 32/652) da belə dua edərdi:

"Allah`ım, Ölülərimin rəzil olacağı bir iş etməkdən sənə sığınıram. '' (Eyni əsər,e. yer.)

Abdullah b. Mübarək də səhabələrdən Əbu Əyyub əl-Ənsarinin belə dediyini rəvayət edir:

"Dirilərin əməlləri ölülərə ərz olunar. Əgər bir yaxşılıq görsələr ona sevinər, bir-birlərinə müjdələyərlər; bir pislik görüncə də, Allah'ım onu ondan geri çevir, deyərlər." (İbnu'l-Qayyum, a.k.ə, s. 7; Rodosîzâde, a.k.ə, v, 8 b.)

Yuxarıdakı yeni gələn ölüdən xəbər soruşmalarından da aydın olacağı üzrə, ölülərin dirilərdən birbaşa xəbərdar olduqlarını -Allahın dilədikləri müstəsna- söyləyə bilmərik. Bu səbəblə buradakı xəbərdar olmalarını, yeni gələn və aralarına qatılanlardan öyrənmələrri şəklində anlayırıq. Yeni gələnlərdən xəbər almaları da, ruhların bərzəxdə bir-birləriylə görüşüb danışdıqlarına dəlildir.

- Ölmüş olanların ruhları, bərzəx aləmində bir-birləriylə görüşüb söhbətləşirlər. Görəsən hələ ölməmiş və dünyada yaşamaqda olanların da bərzəxdəkilərlə görüşüb danışmaları mümkün müdür? Və ölülərin dirilərlə bir sıra münasibətlərə var mıdır?

Həyatdakıların Bərzəxdəkilərlə Görüşmələri:

   Hələ həyatda olanların bərzəxdəkilərlə görüşmələri ayıq və yuxu halında olmaq üzrə iki şəkildədir.

Oyaq olarkən görüşmənin ən böyük örnəyi və mümkünlüyünün dəlili, Rəsulullah (s.ə.s.) 'in Meracda bəzi peyğəmbərlərin ruhlarıyla qarşılaşdığını xəbər verən və qəbir ziyarətini öyrədən hədislərdir.

Cənab-ı Allah Qur'an-ı Kərimdə, Hz. Muhamməd (s.ə.s.) 'ə xitab olaraq:

"Səndən öncə göndərdiyimiz peyğəmbərlərdən soruş ki, biz, Rahmandan başqa ibadət olunacaq ilahlar icad etmişikmi?" (Zuxruf, 43/45.)

   buyurmaqdadır. Təfsirçilərin bir qismi buradakı soruşma felinin yalnız İsrâ və Merac gecəsinə xas olduğunu söyləyərkən, (baxın. İbn Kəsir, Təfsir, c. IV, s. 129.) bəziləri də hər istədiyi zaman Allah Təalâ'nın Rəsulullah (s.ə.s.)'ə öncəki peyğəmbərlərlə danışma imkanı verdiyi şəklində təfsir etmişlər. Bu ikinci fikirdə olanlara görə ayədəki mütləq ləfzi (sözü), İsrâ və Merac gecəsi ilə məhdudlaşdırmaq xətalı bir tə'vil olar. Və ayənin olduğu kimi başa düşülüb, hər istədiyi zaman Rəsulullah (s.ə.s.)'ə bu imkanın veriləcəyini söyləmək daha doğrudur. (baxın. Abdullah Siracuddin, a.k.ə, s. 109-110.)

    Hz. Peyğəmbər (s.ə.s.)'in əvvəlki peyğəmbərlərlə hələ özü həyatda olarkən görüşməsi mümkün olan işlərdəndir. Və Allah'ın qüdrətinə görə bunda heç bir çətinlik yoxdur. Allah Təala görüşdürüncə də bu hadisə baş vermişdir ki, Hz. Peyğəmbər (s.ə.s.) Merac gecəsində, oyanıq halda ikən digər peyğəmbərlərin ruhlarıyla Beytü'l-Makdisdə (Qüdsdəki Məscidi-i Aksâ'dan) bir araya gəlmişdir. Daha sonra səmavat (göylər) aləmində də onlardan bəziləri ilə bir araya gəlib danışdığına səhih xəbərlər dəlalət etməkdədir, (Bu xüsusdakı hədislər üçün baxın. Buxari, Səhih, Salât, l, c. I, s. 91-92; Ənbiyâ, 5, c. IV, s. 106-107; Müslim.Sahih.İman, 74, c.İ, s.l48; Fəzail, 42, c.IV, s.l845; Nəsâî, Sünən, Qıyâmu'l-Leyl, 15, c. m, s. 215; A-b. Hənbəl, Müsnəd, c. ffl, s. 120, 248; c. V. s. 59,143.)

   Yenə Hz. Ömər`dən rəvayət edilən bir hədisində Rəsulullah (s.ə.s.), Hz. Musa (as) in Allah Təalâ'ya dua edib, Hz. Adəm (as) ilə görüşmək istədiyini və Uca Allah'ın, hələ həyatda ikən və oyanıqkən, Adəm (as)`ı Hz. Musaya göstərib və bir-birləriylə danışmış olduqlarını xəbər vermişdir, (Əbu Davud, Sünən, Sünnə, 17, c. W, s. 226.)

    Peyğəmbərlərdən başqasının həyatda olarkən və oyanıqkən bərzəxdəkilərlə görüşmələri isə, ancaq Allah'ın ikram etdiyi kəslərə nəsib olmuşdur ki, bu xüsusda Allah'ın vəli qullarının, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm və bəzi böyük zaatlarla görüşdüklərinə dair bir çox hadisə nəql edilməkdədir. (baxın. Abdullah Siracuddin, a.k.ə, s. 110-113.)

    Qəbir ziyarətində ziyarət edənə "zair", ziyarət edilənə "məzur" deyilməsi də, ziyarət edilənin ziyarət əsnasında ziyarətçisini eşidib bildiyinə dəlildir. Çünki ziyarət edilən, ziyarətçisini bilməzsə buna "məzur = ziyarət edilən" deyilməz. Qaldı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ziyarət ədəbini öyrədərkən, qəbirisitanlığa çatanda ölülərə salam verilməsini öyrətmişlər ki, bu da onların dirilərlə olan münasibətləri cümləsindəndir. (İbnu'l-Qayyum, a.k.ə, s. 8; Rodosîzâde, a.k.ə, v. 8 b; Vücudi, Muhamməd b. Abdulaziz, Əhval-i aləm-i Bərzəx, v. 9 a, əlyazma, ist. Süleymaniye.Küt. Xələf Ef. Böl. Nr. 237.)

    Həyatdakıların bərzəxdəkilərlə röyada görüşmələri isə, İbnu'l-Qayyum`un bildirdiyinə görə, peyğəmbərliyin (nübüvvətin) bir parçası olan saleh röyalardandır və Elm ifadə edər. (İbnu'l-Qayyum, a.k.ə, s. 29; Rodosîzadə, a.k.ə, v. 39 b.)

Ərzurumlu İbrahim Haqqıda:

"Ölüləri yuxuda xeyirlə və ya şərlə görmək, onların halını eynilə bilməkdir. Bu, ölünün halını bildirmək və ya oyaq olmağı təmin etmək üçündür, .." (Ərzurumlu İbrahim Haqqı, Mərifətnâmə, c. I, s. 60.)

deyərək ölüləri yuxuda görməyin, sadiq yuxulardan olduğuna işarə etmişdir.

Röya ya da kəramət yolu ilə -Peyğəmbərlərdən qeyriləri üçün- olan bu görüşmələr və görülənlər, kəlam alimlərinə görə ümum üçün deyil, ancaq sahibi üçün (görən adamın özü üçün) dəlil ola bilər. Ancaq bizim burada onlardan bəhs etməyimiz, sadəcə mümkün olabiləcəyini bildirmək üçündür.

    Həyatdakılarla bərzəxdəkilərin röyada görüşmələri, ikisindən birinin arzusu və bəzi məqsədlər üçün bu görüşməyi Allah Təaladan istəməsiylə, Allah'ın bir lütfü olaraq meydana gəlməkdədir. Həyatdakıların görüşməyi istəməsinə -hamımızın ən böyük arzusu olan və bir çox möminə nəsib olan- Hz. Peyğəmbər (s.ə.s.) 'i röyada görmək istəməyi ya da çox sevdiyimiz yakınlarımızdan axirətə köçmüş olanları, röyada olsun görmək istəməyimizi misal verə bilərik.

İbnul-Qayyum deyir ki:

"Yuxuda ölülərlə görüşmək və onlarla bəzi xəbər mübadiləsi aparmaq; filan yerdə xəzinə var, filan yerdə bu var, filan iş belə olacaq, filan zamanda bizə gələcəksən ... kimi xəbərlər vermələri və bunların da eynilə çıxması, bu görüşmənin həqiqətini ifadə edər." (Rodesizadə, a.k.ə.)

    Rəvayətə görə Ashab-ı kiramdan Sa`b b. Cəssamə ilə Avf b. Mâlik (v. 73/692) qardaş olmuşlar və öldükdən sonra da bir-birimizdən xəbərdar olaq deyə sözləşmişlər. Aradan bir müddət keçdikdən sonra Sa'b ölür. Avf bir gecə yuxusunda, eynilə həyatdaymış kimi Sa'b'ın ona tərəf gəldiyini görür və Sa'b'a hesab və sual necə keçdiyini soruşur. O da hələlik yaxşı olduğunu söyləyib Allah'a hamd edir. Bu vaxt Avf, Sa'b'ın sinəsində gördüyü bir quru ləkənin səbəbini soruşur. O da bir Yəhudidən on dirhəm borc aldığını və pulların asılı olduğu yeri söyləyərək, o pulun sahibinə verilməsini istəyir. Yenə evdəki pişiyinin öldüyünü, qızının da yaxında öləcəyini xəbər verir və bütün bunlar eynilə çıxır.

   Sabah olub da Avf, yoldaşının evinə gedincə, pulun eynilə xəbər verilən yerdə olduğunu görür və götürüb yəhudiyə aparır. Yəhudiyə, ölmüş olan yoldaşının özündən borc pul alıb almadığını soruşduqda, Yəhudi aldığını və miqdarını söyləyir. Bunun üzərinə röyada gördüklərinin gerçək olduğunu anlayan Avf, əlindəki pulları, yoldaşının yuxudakı vəsiyyətinə tabe olaraq yəhudiyə verir. (Rodesizadə, a.k.ə.)

Prof. Dr. Süleyman TOPRAK, Kabir Hayatı, s. 247-258)



29-12-2015 10:09:39

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz