Ana səhifə

Öldürülən və ya intihar edən kəslər əcəlləriylə ölmüş olurlar?


YazdırSend to friend
Sual Detayı: 
Öldürülən və ya intihar edən kəslər əcəlləriylə ölmüş olurlar?
Cavab: 

Sizin bu sualınızı bəli və ya xeyr şəklində cavablandırmaq səhv olar. Çünki bəli desək cəbriyyəçi olar insanın iradəsini rədd etmiş, xeyr desək mutəziləçi olar qədəri inkar etmiş olarıq. Onsuz da ortada bir cənazə var. Bu səbəblə qısaca şərhi uyğun hesab edirik:

Sual: "Madam filan adamın ölməsi, filan vaxtda mukadderdir. Cuzi ixtiyarı ilə tüfəng atan adamın nə qəbahəti var, atmasaydı yenə öləcəkdi?" sözünə qarşı nə deyərsiniz?

Qədər, səbəblə səbəb olunana bir taalluku var. Yəni, bu səbəb olunan, bu səbəblə hadisəyə gələcək. Elə isə deyilməsin ki: "Madam filan adamın ölməsi, filan vaxtda mukadderdir. Cuzi ixtiyarı ilə tüfəng atan adamın nə qəbahəti var, atmasaydı yenə öləcəkdi?"

Sual: Nə üçün deyilməsin?

Cavab: Çünki qədər, onun ölməsini onun tüfəngiylə təyin etmişdir. Ya Cəbri kimi səbəbə ayrı, səbəb olunana ayrı bir qədər təsəvvür etsən və yaxud Mutəzilə kimi qədəri inkar etsən, Əhli Sünnə və Camaatı buraxıb təriqətə girərsən. Elə isə, biz əhli haqq deyərik ki: "Tüfəng atmasaydı, ölməsi biz tərəfindən məchul." Cəbri deyər: "Atmasaydı yenə öləcəkdi." Mutəzilə deyər: "Atmasaydı ölməyəcəkdi." ( Sözlər, 467)

Yəni, Cənabı Haqq bu aləmdə hikmətiylə, hər səbəb olunanı bir səbəbə bağlamışdır. Bu həqiqət, qədərin səbəblə səbəb olunana bir taaluk etdiyi, şəklində ifadə edilmişdir. Məsələn, bir uşaq səbəb olunan, ana və atası isə səbəbdir. Cənabı Haqq o uşağın yaradılmasını o ana və atadan təqdir etmişdir. Cəbriyyə, səbəblə səbəb olunana ayrı bir qədər etməkdə, yəni valideynlər ilə uşağı ayrı-ayrı nəzərə almaqdadır. Bunun nəticəsi olaraq, dünyaya gəlmiş olan bir uşaq üçün, madam ki onun qədəri dünyaya gəlməkdir. Valideynləri olmasa da o uşaq dünyaya gəlir, kimi səhvli bir fikirə düşməkdir.

Mutəzilə isə səbəblərə təsir verərək, valideynləri olmasaydı o uşaq dünyaya gəlməzdi, kimi yenə batil bir fikir irəli sürməkdədir.



04-01-2010 08:44:51

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz