Ana səhifə

Ölülərin ardından nələr edə bilərik ? Qur`an-i Kərim oxunula bilərmi ?


YazdırSend to friend
Sual Detayı: 
Rehmete getmiş birinin ruhu ucun hansi dualari oxuya bilerem?Və yaxud ne namazi qila bilerem,etraflica yazsaniz şad olaram.cox sagolun
Cavab: 

Ölülərimizin ardından Qur`an-ı Kərim oxumaq, onlar adına sədəqə verib, yaxşılıqlar etmək onların əməl dəftərlərinə hasənat (yaxşılıqlar) olaraq yazılar.

Qur`an-i Kərimin yalnız bir cəhəti yoxdur. Bədiüzzaman Həzrətlərinin ifadəsiylə,

"İnsana həm bir kitab-ı şəriət, həm bir kitab-ı dua, həm bir kitab-ı zikr, həm bir kitab-ı fikir, həm bütün insanın bütün hacat-ı maneviyəsinə (mənəvi ehtiyaclarına) mərci (mərkəz) olacaq çox kitabları tazammun (ehtiva) edən tək, cami bir kitab-ı müqəddəsdir.” (Sözlər.Səh.340)

Yəni Qur`an-ı Mübin həyatımızı tənzimləyər. Allah`a olan məsuliyyətlərimizi göstərər, dünyaya gəliş gayəmizi, nələr etməmizi, necə ibadət edəcəyimizi öyrədər və hər şeyin hikmət və mahiyyətini açıqlayar. Xülasə Qur`an-i Kərim bir zikr, fikir, dua və dəvət kitabıdır.

Qur`an-i Kərimin təsir sahəsi sadəcə dünya ilə məhdud deyil. Onun mömin ruhlara verdiyi fehiz həyatda ikən qalmaz, eyni şəkildə qəbir aləmində də davam edər, orada ikən də ruhlarımızı şənləndirər, qəbirimizdə nur və işıq olar.

Keçmişlərimizin ruhuna Qur`andan nələrin oxunması lazım olduğu barəsində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu tövsiyələri etmişdir:

"Yasin, Qur`anın qəlbidir. Onu bir kimsə oxuyar və Allah`dan axirət səadəti diləyərsə, Allah onu bağışlayar. Yasini ölülərinizin üzərinə oxuyun. " (Müsnəd, 5:26 )

Bu hədis-i şərif, Yasin Surəsinin həm ölüm döşəyində olan xəstəyə oxunmasına, həm də ölmüş möminlərin ruhuna bağışlanmaq üzrə oxuna biləcəyinə işarə etməkdədir.

Hz. Əbu Bəkir`in (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisi şərif də məsələni açıqlığa qovuşdurmaqdadır:

"Kim atasının və ya anasının və ya bunlardan birinin qəbirini Cümə günü ziyarət edərək orada Yasin Surəsini oxusa, Allah qəbir sahibini bağışlayar. " (İbni Macə Tərcüməsi, 4:274)

İslam alimləri, ölünün ruhuna Qur`an oxunduğu zaman ardında bir dua ilə ruhlarına bağışlanmasını tövsiyə etmişlər,Səhabələr də bu şəkildə etmişlər. İmamı Beyhakinin bir rəvayətində, Abdullah min Ömərin ölülərin ruhuna Bəqərə Surəsindən oxunula biləcəyini tövsiyə etdiyi nəql edilməkdədir. (Beyhaki, 4:56)

Bir Fatihənin və ya oxunan bir Yasinin bütün ölülərin ruhuna eyni şəkildə heç azalmadan necə çatdığını da Bedüzzaman`dan bir nəqllə öyrənək:

"Fâtır-ı Hakim necə ki, hava ünsürünü ; kəlimələrin, bərk (şimşək) kimi intişarlarına və təkəssürlərinə (yayılma və çoxalmalarına) bir məzraa (tarla) və bir vasitə etmiş və radio vasitəsiylə bir minarədə oxunan azan-ı Muhəmmədi (a. s. m.) ümumi yerlərdə və ümumi insanlara eyni anda yetişdirmək kimi; elə də oxunan bir Fatihə da, məsələn, ümumi əhl-i imanın emvatına (ölülərinə) eyni anda yetişdirmək üçün həddsiz qüdrət və sonsuz hikmətiylə mənəvi aləmdə, mənəvi havada çox mənəvi elektrikləri, mənəvi radioları sərmiş, səpmiş; fitri telsiz telefonlarda xidmət etdirir, işlədir.

"Həm necə ki, bir lampa yansa, müqabilindəki minlər aynaya, hər birinə tam bir lampa olar. Eynilə elə də, Yasin-i Şərif oxunsa, milyonlar ruhlara hədiyyə edilsə, hər birinə tam bir Yasin-i Şərif düşər.”  (Şüalar, s. 576)

Onsuz da qəbirdəki yaxınlarımız davamlı surətdə bizdən kömək gözləməkdədir. Bizdən gələcək bir dua, bir Fatihə, bir İxlasla nəfəs ala biləcəklərini bilməkdədir. Çünki qəbir o qədər çətin şərtlərlə iç içədir ki, ən kiçik bir mənəvi yardım belə onun ruhunu sərinlədəcək. Bir hədisdə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurarlar:

"Ölən kimsə qəbirinin içində boğulmaq üzrə olub da imdad istəyən kimsə kimidir. Atasından yaxud qardaşından və ya dostundan özünə çatacaq duanı gözləməkdədir. Nəhayət dua ona çatdığında bu duanın savabı ona dünya və dünyada olan hər şeydən daha qiymətli olar. Şübhəsiz ki, həyatda olanların ölülər üçün hədiyyələri dua və istiğfardır. " (Mişkatü'l- Məsabih, 1:723)

Hənəfi məzhəbinə görə də, bir insanın qohumunun və ya yaxın dostunun qəbiri başında Qur`an oxuması gözəl hesab olunur (V. Zuhayli, əl-Fıkhu'l-İslami, 8/49).

Bu ifadələr də Hənəfi alimlərinə aiddir. "Əhli- Sünnə və camaata görə, bir insan namaz, oruc, Qur`an oxumaq, zikr, həcc kimi işlədiyi gözəl əməllərinin savabını başqasına hədiyyə edə bilər" (bax. Fəthu'l-qadir, 6/132; əl-Bahru'r-Raik,7/379- Şamılə-; Rəddu'l-Muxtar, 2/263).

Maliki məzhəbində isə -şərtsiz olaraq- birinin, öz qəbiri üzərində Qur`an oxunmasını tövsiyə etməsi caizdir. (V. Zuhayli, əl-Fıkhu'l-İslami, 8/51).

Şafii və Hənbəli məzhəbinə görə, adamın öz qəbiri üzərində Qur`an oxumağı vəsiyyət etməsi caizdir. Çünki, bu üç halda Qur’ân oxumanın savabı ölüyə çatar: Qəbirin yanında oxumaq, oxyandan sonra dua etmək, savabını ölünün ruhuna niyyət edərək oxumaq.(bax. V. Zuhayli, əl-Fıkhu'l-İslami, 8/51).

İmam Nəvəvi`nin əl-Məmuunda da (15/521-522) bu məlumatlara yer verilmişdir: Şafii məzhəbində daha çox məşhur olmuş görüşə görə, Qur`anın savabı ölüyə çatmaz. Ancaq, üstün tutulan görüşə görə bu savab -xüsusilə ardından dua edildiyi zaman- ölüyə çatar.

- Bəzi Şafii alimlərinə görə, qəbirin sahibi, -arxasından dua oxunsun, oxunmasın- qəbiri üzərində oxunan Qur`an savabından faydalanar. (Yusuf əl-Ərdəbili, əl-Ənvar, 1/399).

- "Bir məzarlıqda oxunan və oradakı bütün ölülərin ruhuna hədiyyə edilən Qur`anın savabı, bölünərəkmi, yoxsa bölünmədənmi onların ruhuna gedər?" şəklindəki bir suala qarşılıq, Şafii alimlərindən İbn Həcər; "Hər ölüyə, oxunan Qur`anın savabı bölünmədən tam olaraq çatar, bu Allah’ın geniş rəhmətinə ən uyğunudur" deyə cavab vermişdir. (bax. Buğyətu'l-mustərşidin, s. 97).

Hənəfi məzhəbinə görə ölü yuyulmadan yanında Qur`an oxumaq məkruhdur. Başqa bir otaqda və ya uzaq bir yerdə oxunmasında bir günah yoxdur. Ayrıca ölü yuyulduqdan sonra yanında Qur`an oxunula bilər.

Ayrıca dəfin əsnasında Cənazənin dəfin işi davam edərkən Qur’ân oxunmaz. Amma dəfin işi tamamlandıqdan sonra qəbirin başında bir müddət oturmaq və ölü üçün dua edib Qur`an oxumaq müstəhəbdir. (İslam Fiqhi, Cəlal İldırım; Qəbir Həyatı, Dos Dr. Süleyman Torpaq) 

Vəfat etmiş mərhum üçün əsas olan, ardından xəttimlər oxunması, varsa borcları verilməsi, qohum və dostların savablar işləyib, ruhuna hədiyyə etmələridir.

Bu savablı işləyər, mərhumun əzabı varsa əzabını yüngülləşdirər, əzabı yoxsa Cənnətdəki dərəcəsini yüksəldər, mövqeyini âlî edər. Bu baxımdan, keçmişlərimizin arxasından işləyəcəyimiz hər hansı bir savablı iş, xeyirli xidmət, nə qədər erkən edilər, nə qədər tələsik icra edilərsə o qədər məqsədəuyğun, o qədər yerində olar. Çünki hədiyyələrin erkən çatması, olduğu halın məhrumiyyətlərinə bir an əvvəl son verilməsi kimi bir fayda ifadə edər.

Mənəviyyat böyüklərindən bir alim son anlarını yaşayarkən, yanında gözləyən oğulundan soruşmuş:

- Övladım, mənim vəfatımdan sonra iskatımı, vəsiyyətimi nə vaxt yerinə yetirəcək, mənim üçün xeyrləri nə vaxt işləyəcəksən? Oğulu belə cavab vermiş:

- Atacan, bunlar üçün gecikməyəcəyəm. Dəfindən sonra ilk işim, sənin vəsiyyətini yerinə yetirmək, sənin üçün xeyr, yaxşılıq etmək olacaq.

Böyük şəxs, kədərini bu dəfə bu cümlə içində ifadə etmiş.

- Demək, sən məzardan dönüb də evə gələnə qədər mən gözləyəcəyəm? Mənim üçün nə çətin zamandır o...

Demək ki, elə qırxıncı, yaxud əlli ikinci günü gözləməməli, ediləcək xeyrlər bir an əvvəl edilməlidir. Yəni, nə qədər əvvəl edilərsə o qədər xeyirli və məqbuldur. Gerçək olanı budur.

Gələk əlli ikinci gecənin seçilib yayılmasına.

Kimin yazdığı, kimin basdırdığı, hansı dini dəlilə söykəndiyi bilinməyən broşura kimi Türkcə bir əsərcikdə bu iddia ortaya atılmış. Bu yazıya görə, hər ölünün vəfatından sonra əlli ikinci gecəsində, sümükləri ilə ətləri biribirinden ayrılarmış, ölü bu hadisəninin vaqe oluşunda müdhiş əzab çəkərmiş. Bu əzabı hiss etməməsi üçün ayrılmanın baş verdiyi əlli ikinci gecədə xüsusi dua oxunarmış?.. Əlli ikinci gecənin şöhrət tapıb yayılmasının səbəbi, bu Türkcə risalədəki ifadə etdiyim iddiadır .

Alimlərimiz bu iddianın üzərində dayanmış, əlli ikinci gecədə meyidin ətiylə sümüklərinin biribirinden ayrıldığı, bu əzabı hiss etməmək üçün də əlli ikinci gecə duası deyə bir dua olduğu haqqında sağlam dini bir əmrə rast gəlməmişlər.

Demək ki, mərhum üçün dualar oxunmalı, hər cür xeyrlər edilməli. Amma, əsli olmayan ət, sümük hekayələri üzündən və mütləq o gecəyə məxsus olaraq deyil...

Olan hər fürsətdə, əldə edilən hər imkanda keçmişlər unudulmamalı, bizlərdən vəfa gözlədikləri unudulmamalı. Bilinməli ki:

- Vəfa göstərən vəfaya layiq olar. Vəfasızlıq edən də vəfasızlığa məruz qalar.

Ölünün ardından halva hazırlayıb paylamaq dinimizcə görə doğrumudur?




19-08-2014 08:33:29

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz